""Ayaks"ın təcrübəsindən yararlanacağıq"-Almaniydakı Naxçıvan klubunun prezidenti ilə müsahibə

""Ayaks"ın təcrübəsindən yararlanacağıq"-Almaniydakı Naxçıvan klubunun prezidenti ilə müsahibəAydin Karaca: "Bu Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir"
Almaniyada fəaliyyət göstərən AZE Nakhchivan-Köln SK klubunun prezidenti Aydin Karacanın Sonxeber.az-a müsahibəsi:
-Aydın bəy, mümkünsə oxucularımıza özünüz barənizdə məlumat verərdiniz, harda yaşamısınız, nə ilə məşğul olmusunuz? Futbola gəlişiniz nə zamandan başladı? Bu kimi suallara ətraflı cavab verəmənizi xahiş edirik. Çünki Avropada belə bir futbol komandamızın yaradılması oxucularımız üçün nə qədər maraqlıdırsa bu işə rəhbərlik edən şəxs kimi haqqınızdakı bilgilər ictimaiyyətimiz üçün bir o qədər maraqlıdır. Beləliklə söz sizdə :
-Öncə məni oxucular tanıtmaq üçün azərbaycanlı qardaşlarımızla bizim aramızda körpü yaratdığınız üçün sizə təşəkkür edirəm.
1967-ci il iyunun 16-da Türkiyənin Akhisar qəsəbəsində dünyaya gəlmişəm. 1979-ci illərdə Almaniyaya ailəlikcə köç etdik. Burada orta məktəbi bitirdik və həyatımıza davam etdik. Futbola marağım isə kiçik yaşlarımdan olub. Çox kiçik yaşlarından futbol həyatına atıldım. 7 yaşındaykən Türkiyədə futbol oynamağa başladım, 11 yaşındaykən Almaniyanın PSV-Köln komandasında oynamağa başladım. 1995-ci ildə Fatihspor futbol komandasını qurduq.
Daha sonra bu komandanın adı dəyişdik. 1996-cı ildə komandamız JSV Köln-96 adlandı. 1996-cı ildən bugünə qədər bu futbol komandasına rəhbərliyə davam edirəm. Bundan başqa Atletiko Köln-96 futzal komandamız da fəaliyyət göstərir.

-Necə oldu ki, bu Azərbaycan adına futbol komandası qurmağa qərar verdiniz? Niyə məhz Naxçıvan? Naxçıvanla sizi bağlıyan bir səbəb var idimi ?
-Bizim Avropada Türkiyə türkləri olaraq sayımız demək olar ki, 10 milyona yaxındır. Yalnız Almaniyada yüzlərlə Türkiyə adı ilə bağlı futbol komandalarımız fəaliyyət göstərir. Digər Avropa ölkələrini də bura qatsaq belə klublarımızın sayı minə çatır. Apardığım araşdırmalara görə Avropada Azərbaycan adına professional anlamda fəaliyyət götərən klub yoxdur. Biz AZE Nakhchivan-Köln SK klubunu təsis etdiyimiz zamanlarda Avropada yalnız Avstriyanın paytaxtı Vyanada Qarabağ klubu vardı. Aldığımız son məlumatlara görə o klub da satılıb. Bu hal əlbəttə təssüffedicidir. Arzu edərdik ki, Avropada Azərbaycan adına futbol klublarının sayı çoxalsın. Bu cür olması Azərbaycan futbolunun inkişafına ciddi töhfə verə bilər.
Hazırda Avropada fəaliyyət göstərən peşəkar Azərbaycan klubu yoxdur. Biz də qərar verdik ki, Azərbaycanla bağlı olan futbol klubu təsis edək. Bununla bağlı bir araşdırma etdik. Sevindirici haldır ki, Qarabağ futbol klubu artıq Avropada tanınır, Bakının güclü Neftçi və digər klubları var. Naxçıvan kimi qədim tarixi və zənginlikləri olan bir bölgənin beynəlxalq arenada tanınan futbol klubu yoxdur, eyni zamanda blokadada olan bu muxtar vilayətin tanınmasına ehtiyac olduğunu düşünürük. Naxçıvanın tanınması demək, Azərbaycanın tanınması deməkdir. Həm də Azərbaycan tarixinə baxdığımız zaman bu bölgə həm tarixin həm də tarixi şəxsiyyətlərin vətəni olub. İnanıram ki, komandamızla Avropada Azərbaycanın səsi daha güclü eşidiləcək.
-Perspektivdə hansı pılanlar var, məqsəd və hədəflər nədən ibarətdir?
-Futbolda səbr çox önəmlidir. Əgər gələcəyə yönəlik uğur əldə etmək istəyirsinizsə mütləq səbr edəcəksəniz. İlk növbədə uşaq futbolunun inkişafı barədə düşünmək lazımdır. Bir çox komandaların uğursuzluqlarının əsas səbəbi alt yapının yetişdirib əsas heyətə gənc oyunçu verməməsidir. Bunun nəticəsində maddi potensial transferlərə sərf edilir. Bu da gələcək dönəmdə maliyyə sıxıntılarının yaranmasına səbəb olur. Biz əsas diqqəti gənc oyunçuların yetişməsinə, futbolçu bazasının formalaşdırılmasına yönəltməyə qərarlıyıq.
Komandanı qurmaqda digər məqsədlərimizdən biri də Azərbaycanın futbol klubları üçün təlim məşq mərkəzi formalaşdırmaqdır. Gələcəkdə Azərbaycan futbol komandaları Kölnə gələrək təlim məşq toplanışlarını məhz bizim mərkəzimizdə həyata keçirə bilərlər. Bir sözlə Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik. Bu Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir.
-Bu yaxınlarda mətbuatda gedən məlumatlardan məlum olur ki, klubun akademiyasını qurmağa qərar vermisiniz. Avropada xüsusən Almaniyada uşaq futbolu inkişaf edib. Bu təcrübədən yararlanacaqsınızmı?
-Haqlısınız. Avropa uşaq futbolunda çox böyük yol qət edib. Bu anlamda Avropanın təcrübəsindən yararlanmamaq mümkünsüzdür. Hollandiyanın xüsusən "Ayaks" ın təcrübəsindən yararlanmağı qərara almışıq. Avropanın digər komandaları ilə əməkdaşlıq edərək onların da təcrübələrindən yararlannmağı planlaşdırırıq.
-Azərbaycan qurumları ilə xüsusən AFFA ilə əməkdaşlıq etməyi planlaşdırırsınızmı?
-Bütün qurumlarla qapımızın açıq olduğunuzu, bəyan etmək istəyirəm. AFFA ilə əməkdaşlığa maraqlıyıq və bu məqsədlə AFFA rəhbərliyinə də müraciət etmişik. Ümid edirik ki AFFA rəhbərliyi müraciətimizi müsbət dəyərləndirəcək və bizimlə yaxından əməkdaşlıq edəcək. Eyni zamanda media vasitətənizlə Azərbaycan futbol klublarına da müraciət edərək onlarla əməkdaşlığa hazır olduğumuzu bəyan etmək istərdim.
Bu arada qeyd edim ki, Naxçıvan Muxtar Respublikası rəhbərliyinə razılığımızı bildirmək istərdim. İlk gündən komandamıza göstərilən diqqətdən və mənəvi dəstəyindən dolayı Naxçıvan MR Gənclər və İdman Naziri Azad Cabbarova təşəkkür edirəm.
-Bu yaxınlarda AZE Nakhchivan Köln SK-nın rəsmi açılış törəni olacaq. Hazırlıqlar nə yerdədir?
-Açılışımız 15 fevral 2020-ci il tarixində Almaniyanın Köln şəhərində keçiriləcək. Açılışa bir çox yerli alman futbol mütəxxəsisləri, başqa ölkələrin də futbol ekspertləri dəvət olunub. Klubumuzun strategiyası, məqsəd və vəzifələrini qonaqlarımıza və mediaya açıqlayacağıq.
Komandamızın açılışında iştirak etmək arzu edənlər, facebookda fəaliyyət göstərən səhifəmiz vasitəsi ilə bizi tapa və buradan müraciət edə bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1289   Tarix: 13 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021