"SEPAH-ın daxilində ali rəhbərə qarşı narazılıq elə də ciddi inkişaf edə bilməz"-RƏY

"SEPAH-ın daxilində ali rəhbərə qarşı narazılıq elə də ciddi inkişaf edə bilməz"-RƏYTehranda yüzlərlə tələbə hakimiyyətin səhvən Ukrayna təyyarəsini vurduğunu etiraz etməsindən sonra hökumətə qarşı etiraz aksiyası keçirib. Onlar İranın ali dini lideri Ayətullah Əli Xameneinin istefasını tələb ediblər.
Mövzu ilə bağlı politoloq Mübariz Əhmədoğlu Sonxeber.az-a danışıb. O, bildirib ki, İranda əhalinin kütləvi aktivliyinin əsas problemi budur ki, yerli xalq hökumətə dəstək adı ilə küçələrə çıxır amma qəflətən mövqeyini dəyişir:

"Bununla bağlı İranın müasir tarixində bir hadisəni demək istəyirəm. 2009-cu ildə İranda prezident seçkiləri keçirildi və əhali seçkilərin nəticələrinə etiraz etdi. Eyni zamanda iranlı müxalifət lideri Mehdi Kərrubi özünə böyük bir dəstək yığdı. Həmin il dekabrın 9-u Aşura günündə əhali Aşurə qeyd etməyə çıxdığı vaxt qəflətən hamı anti-hökumət şüarları səsləndirməyə başladılar. Bu dəfə də əhalinin Əli Xameneiə qarşı istefa şüarı çağırışı, vaxtı ilə prezidentliyə namizəd olmuş Mehdi Kərrubinin həmin o etiraz aksiyasında olmasının nəticəsidir. Çünki, Mehdi Kərrubi İranda çox yüksək vəzifədə olub. Hətta Xamenei ilə çox yaxın olub amma sonradan o həbs edilib. Mehdi Kərrubinin fikrincə Xamenei ona rəhm etməli idi amma əksinə, onu həbs etdirdi. Kərrubinin fikrincə özü Mahmud Əhmədinejaddan ağıllı və savadlı adamdır, Xamenei Əhmədinejadı yox, Kərrubini müdafiə etməli idi. Kərrubi orada olduğuna görə Xameneinin əleyhinə şüarlar səsləndirə bilirdi. Ümumiyyətlə İranda real hakimiyyət dini liderin əlindədir. Orada İran prezidenti Həsən Ruhaninin bir nazir qədər səlahiyyəti yoxdur. Ona görə də əhali əvvəl ayrı-ayrı məmurlardan, nazirlərdən narazılıq edirdi. Sonra prezidentdən narazılıq etməyə başladılar. Amma başa düşdülər ki, prezidentlik də bir şey yoxdur. İranda son dövrlərdə narazılığın böyük əksəriyyəti din xadimlərinə və xüsusən dini liderə qarşıdır. Burada əhalinin əsas tələbi ondan ibarətdir ki, ölkəyə gələn pul Suriyada, Liviyada, İraqda gedən müharibələrə deyil, əhalinin rifah halının yaxşılaşdırılmasına xərclənsin. Prezident Həsən Ruhaninin hər hansı bir ölkəyə pul vermək iqtidarı yoxdur, yəni ölkənin əsas qərarlarını məhz İranın dini lideri Əli Xamenei verir. Ona görə də bütün neqativlər Xameneinin üzərinə fokuslanıb.
Onu da qeyd edim ki, bu dəqiqə SEPAH tam Xameneiyə tabedir. Çünki, Xamenei SEPAH-a çox arxayındır. Amma indi bəlli olur ki, SEPAH-da ən xırda dərəcədə peşəkarlıq çatışmır. Yəni, faktiki olaraq Ukrayna təyyarəsinin vurulması İran üçün təkcə rüsvayçılıq deyil, həm də İran hərbisinin çox aşağı səviyyədə olduğunu və yüksək səviyyədə mütəxəssislərin olmadığını göstərdi. Gələcəkdə Xamenei SEPAH rəhbərliyinin qarşısına tələblər qoyacaq və bu da komandanlıq arasında narazılıq yarada bilər. Amma Xameneinin silahlı qüvvələrdə çox böyük dayağı var, SEPAH-da da bunu bilirlər. Yəni heç kəs Xameneiə qarşı silah çevirə bilməz. Çünki İranın Silahlı Qüvvələrinin qərərgah rəisi, bütün silahlı qüvvələri koordinasiya edən şəxs Məhəmməd Bageridir ki, o da Xameneinin çox yaxın həmyerlisidir. Onların hər ikisi də təbrizlidir. Eyni zamanda Məhəmməd Bageri tam olaraq Xameneiə sadiqdir. Ona görə də SEPAH-ın daxilində ali rəhbərə qarşı narazılıq elə də ciddi inkişaf edə bilməz.
Hadisələr arasında Britaniya səfirinin tutulmasını şərh etsək deyə bilərik ki, Britaniya səfiri o qədər sadəlöv deyil ki, etirazçıların arasına qoşulsun. Ola bilər Britaniya səfiri elə başa düşüb ki, orada Qasım Süleymani tərəfdarlarının anım aksiyasıdır və sadəcə izləməkdən ötrü gedə bilər. Yəni Britaniya səfiri etiraz aksiyasına getməsi heç bir halda ağıla batan deyil. Çünki onun bir-iki aksiyaçı ilə söhbət etməsi kimə nə fayda verə bilər? Həmçinin Britaniya tərəfindən yayılan məlumata görə onun evi və səfirliyin özü Əmir Kəbir universitetinə yaxın ərazidə yerləşir. Sadəcə həmin anda o, düküna daxil olub ki, evi üçün nəsə alsın. İran tərəfi də səfirin küçədə olmasından istifadə edərək ona qarşı hücum təşkil edib. Bilirsiniz ki, İranda Amerika, Avropa ölkələrinin səfirliklərinə hücum çox yüksək dəyərləndirilir. Əhalinin ayrı-ayrı qrupu maraqlıdır ki, səfirliklərə hücum eləsin. Yəni, hər hansı bir səfirliyə hücum çox böyük şan-şöhrət, maliyə gətirir. İranda Avropa ölkələrinin, Qərb ölkələrinin səfirliklərinə hücum çox böyük maliyə və şan-şöhrət mənbəyidir. Bəs Qasım Süleymanini Amerika niyə öldürdü? Çünki Qasım Süleymani Amerikanın İraqdakı səfirliyini partlatmağa girmişdi. Yəni Qasım Süleymani də səfirlik dağıtmağa cəhd edirdi və ona görə də onu öldürdülər. İranda əhalinin ən yüksək şan-şöhrət nöqtəsi hər hansı bir səfiri öldürməkdir. Çünki, 1979-cu ildə İranda İslam İnqilabı baş tutan kimi ilk addım ABŞ-ın İrandakı səfirliyini tutmaq oldu. İndinin özündə də o səfirliyi tutan insanlar İranda ən hörmətli, ən imkanlı adamlardır".

Fəridə Ağazadə
"SEPAH-ın daxilində ali rəhbərə qarşı narazılıq elə də ciddi inkişaf edə bilməz"-RƏY


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1738   Tarix: 13 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021