"Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏT

"Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏTDeputat deputat Nəsib Məhəməliyev Sonxeber.az-ın suallarını cavablandırıb.

-Nəsib bəy bilirsiniz ki, ötən ilin noyabrında itkin düşən Nərmin Hüseynovanın cəsədi yanvarın 6-da evlərinin qarşısına atılaraq yandırılıb. Təəssüf ki, son dövrlər az yaşlılara qarşı zorakılıq halları artıb. Yeni formalaşacaq Milli Məclis azyaşlılara hər hansı cinayət törədənlərə qarşı cəzaları sərtləşdirə bilərmi?

- Zamana və gedən proseslərə uyğun olaraq qanunlar da dəyişdirilir, təkminləşdirilir. Dövlətin və xalqın mənafeyinə uyğun olaraq yeniləri qəbul edilir. Bu hər zaman belə olub. Bilirsiniz ki, bıçaqla törədilən silsilə hadisələrlə bağlı Milli Məclisin plenar iclasında bu cinayətlərə görə cəzanın sərtləşdirilməsi təklifi ilə çıxış etmişəm. Düşünürəm ki, gələcəkdə bu tipli cinayətlərin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi üçün cəzalar sərtləşdirilməlidir. 10 yaşlı Nərminin başına gətirilən bu cinayət hər bir normal təfəkkürə sahib olan insanı şoka saldı. Hesab edirəm ki, bu tipli cinayətlərə görə cəzalar daha da sərtləşdirilməlidir. Növbəti formalaşacaq Milli Məclisdə hesab edirəm ki, millət vəkilləri bu məsələyə qayıda bilər.

"Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏT-2019-cu ildə hər kəsin yaddaşında islahatlar ili kimi yadda qaldı. Cənab prezidentimiz tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması üçün çox ciddi addımlar atıldı. Bu islahatlar 2020-ci ildə də davam edəcəkmi?

-2019-cu ilin əvvəlində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi iki sosial paket nəticəsində minumum əmək haqqları, pensiyalar və müavinətlar artırıldı. Qeyd edim ki, minumum əmək haqlarının qaldırılması yalnız dövlət müəssisələrində çalışanlara deyil, həm də özəl sektorda işləyənlərin maaşlarına da təsir etdi. Bütövlükdə 4.2 milyon əhalini əhatə edəcək paketlər qəbul olundu. Təbii ki, bu tədbirlər hər bir azərbaycanlı ailəsinə müsbət təsir göstərdi. Bu proses davam edir. Xalqımız bu qərarları çox yüksək səviyyədə qiymətləndirdi. Dövlətmizdə gedən ictimai, siyasi proseslər də gəstərdi ki, xalq cənab prezidentimizin siyasətini tam dəstəkləyir və alqışlayır. Cənab prezident iqtisadi blokun rəhbərləri ilə keçirdiyi müşavirədə növbəti illərdə də sosial islahatların aparılacağı anaonsunu verdi. Təbii ki, bu bütövlükdə dövlətin apardığı sosial siyasətin nəticəsidir. Hörmətli Mehriban xanım Əliyeva Birinci Vitse-Prezident təyin olunduqdan sonra bilavasitə sosial sahəyə rəhbərlik etməyə başladı. Çox böyük rəqəmlərlə əhatə olunan sosial layihələr icra olundu. Minlərlə qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin edildi. Onların mənzil şəraitinin yaxşılaşdırılması xalqımız tərəfindən alqışlandı. Eyni zamanda Qarabağ əlilləri və şəhid ailələri minlərlə avtomobillə təmin edildi və birdəfəlik 11 min manat yardım verildi. Ərazilərimizin bütövlüyü uğrunda vuruşmuş insanların müalicəsi dövlət tərəfindən həm ölkə daxilində, həm də xaricdə aparıldı. Təbii ki, görülən bu işlər hər bir azərbaycanlının ürəyincədir.

- Təəssüf ki, maaş və pensiya artan kimi bəzi işbazlar bazarlarda qiyməti artırırlar. Bu da haqlı olaraq narazıçılğa səbəb olur? Həmin işbazlara qarşı tədbirlər görülməlidir?

-Cənab prezidentin bununla bağlı çox ciddi tapşırığı var. O, hər zaman vurğulayıb ki, artırılan əmək haqqları, pensiyalar və müavinatlar infilasiyaya qurban verilməməlidir. Süni qiymət artımının qarşısı mütləq şəkildə alınmalıdır. Qiymətlər bazar iqtisadiyyatına uyğun şəkildə formalaşmalıdır. Çünki dövlət əsasən sahibkarlıqlarla bağlı məsələlərə o qədər də müdaxilələr etmir. Ancaq qanuni yollarla süni qiymət artımının haqsız rəqabətin aradan qaldırılması üçün dövlət tənzimləmə prosesini həyata keçirir. Düzdür, müəyyən vaxtlarda bundan sui-istifadə edən işbazlar olur. Onlar da tam nəzarətdədir. Artıq bəzi istehlak malları əvvəlki qiymətindən də aşağı satılır. Biz bir dəfə monitorinq keçirmişdik. Gördük ki, bir çox məhsullar cənab Prezidentin tapşırığı ilə əvvəlkindən də ucuz qiymətə əhaliyə təklif edilir. Yəni dövlət imkan vermir ki, süni şəkildə qiymətlər qaldırılsın. Ənənəvi bazarlardan əlavə yaradılmış yarmarkalar da bu məqsədi daşıyır.

"Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏT- Bilirsiniz ki, 2018-ci ildən başlayaraq cənab Prezidentimiz tərəfindən köklü struktur islahatları aparılmaqdadır. Gəncləşmə siyasəti ölkəmizə nələri qazandıracaq?

-Ümumiyyətlə bütün sahələrdə nəsillərin əvvəzlənməsi prosesi təbii yolla getməlidir. Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yaşlı nəsilin gedib, gənclərin gəlməli olduğu ilə bağlı fikirlərə rast gəlirik. Bu mövzu süni şəkildə gündəmdə saxlanılır. Ancaq aparılan islahatlar təkamül yolu ilə aparılmalı və hədəflər düzgün seçilməlidir. Yəni, kampaniya xarakterli olmamalıdır. Uzun illər dövlət idarəetmə sistemində çalışmış 65-70 yaşında insan həyatının müdriklik dövrünü yaşayır. Müəyyən həyat təcrübəsi var. Belə insanlar gənclərə örnək olmalıdır. Bu insanların kütləvi şəkildən işdən atılması təbii ki, ümimi işə zərər ola bilər. Gənclərin yetişdirilməsi də təkamül yolu ilə aparılmalıdır. Yəni, mərhələli şəkildə olmalıdır. Təxminən 3 il bundan öncə Milli Məclisdə respublika üzrə kadr bankının yaradılması ilə bağlı təkliflə çıxış etmişdim. Çox yaxşı oldu ki, cənab Prezident kadr bankının yaradılması ilə bağlı sərəncam verdi. Bu sahədə iş aparılır. Son dövrlər gənclər məsul vəzifələrlə irəli çəkilirlər. Bir çox hallarda da vəzifəyə təyin olunan gənclər özlərini doğruldurlar. Gənclik müasir dövrdə baş verən prosesləri operativ şəkildə dərk edir, görür və müsbət olanları, rəhbərlik etdiyi sahələrədə tədbiq edir. İnsanlar səhv etdikcə yetişir, kamilləşir və ən önəmlisi isə peşəkarlaşaraq dövlətinə, xalqına xidmət edir. Bu normaldır. Bu sahədə cənab Prezidentin apardığı siyasət hesab edirəm ki, gələcəyə hesablanmış addımdır. Gələcək gənclərindir. Bu dövləti gənclər idarə etməlidir.

"Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏT- Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilib. Bu həbs az da olsa insanları incidən vəzifəsindən sui-istifadə edən məmurlara dərs olacaqmı? Başqa hansı İcra başçıların işdən çıxarılması gözlənilir?

- Mütləq dərs olacaq. Mən də uzun illər İcra başçısı işləmişəm. Bu hal dövlətçiliyimizə, xalqımıza təhqir və ləkədir. Sosial baxımdan imkansız ailələrin normal yaşaması üçün prezidentin humanistliyi ilə verilən müavinətın imkanlı məmurlar tərəfindən mənimsənilməsi ləkə olmaqla yanaşı həm də ağır cinayətdir. Bu hadisə böyük siqnal oldu. Hesab edirəm ki, bir çox icra başçıları öz fəaliyyətlərinə fərqli yanaşacaqlar. Cənab prezident Yevlax və Xaçmaz rayonlarına icra başçısı təyin eləyəndə onların qarşısında bu məsələləri qoydu. Digər rəhbər işçiləri qəbul edəndə də cəmiyyətə mesaj verdi. Cənab prezidentin mesajı tək yeni təyin olunanlara deyildi. Bütün xalqa və digər struktur rəhbərlərinə, icra başçılarına idi. Təəssüf ki, bu insanlar köhnə əməllərindən əl çəkmədilər. Nəticəsi də çox ağır və biabırçı oldu. İcra başçılarının vəzifəyə təyin və azad olunması müstəsna olaraq Prezidentin səlahiyyətinə aiddir. Daha kimlərin azad olunması barədə heç nə deyə bilmərəm.

-Cənab prezident hər zaman xalqla iç-içə olub. O, heç bir zaman xalqla görüşən zaman cangüdənlərini qabağa verməyib. Amma bəzi məmurlar və icra başçıları insanlarla görüşən zaman cangüdənlərini qabağa verərək insanların onlara yaxın durmasına icazə vermir. Bu nə qədər doğrudur?

- Heç bir İcra başçısının, məmurun cangüdənə ehtiyacı yoxdur. Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunub. İnsanlar gecə-gündüz qorxmadan, sərbəst şəkildə gəzə bilirlər. 10 il bundan öncə məmurlardan biri məni şəhərdə gəzdiyimi görən zaman, niyə tək gəzdiyimi soruşmuşdu. Mən heç vaxt cangüdən gəzdirməyin tərəfdarı olmamışam. Məmur xalqdan ayrılmamalı, çəkinməməli və qorxmamalıdır. Hesab edirəm ki, məmurla vətəndaş arasında heç bir baryer olmamaldır. Əgər məmurlar və vətəndaşlar qanuna uyğun davransalar neqativ hallar baş verməz. Bu gün informasiya, komunikasiya, tenxologiya sahəsi o dərəcə də inkişaf edib ki, hər bir vətəndaşın evdə oturub məmura müraciət etmə imkanı olmalıdır. Bunun üçün də hər bir məmurun sosial şəbəkədə səhfəsi açıq olmalıdır. Hesab edirəm ki, bu məmur üçün də yaxşıdır. İnsanlar saatlarla icra hakimiyyətlərinin, məmurların qapısında dayanmamalıdır. Belə olan halda onlar bəzən qeyri-qanuni tələblər irəli sürürlər. Məmur və vətəndaş münasibətləri nə qədər şəffaf olarsa, cəmiyyət bundan müsbət enerji alar.

-Bəzi məmurların övladları sosial şəbəkələrdə özlərin lüks həyatlarını nümayiş etdirirlər. Buna münasibətiniz necədir?

- Məmur övladlarının ərköyün və lyuks həyatlarını sosial şəbəkələrdə nümayiş etdirmələri həmin ailələrdə verilmiş tərbiyə məsələsidir. Uşaqlıqdan tərbiyə o səviyyədə qurulmaldır ki, məmur övladı deməsin ki, mən flankəsin oğlu və ya qızıyam və xüsusi imtiyazlara malikəm. Bu qəti yolverilməzdir. Xoşbəxtəm ki, övladlarım bu düşüncə tərzindən qəti uzaqdırlar. Bizim ailədə heç vaxt fılankəsin övladı söhbəti olmayıb. Kimliyindən asılı olmayaq sosial məsuliyyəti aşağı olan insanları qəbul etmirəm. Məncə məmur övladları digərləri üçün yaxşı nümunə olmalıdır. Belə olarsa cəmiyyətdə mənəvi saflıq olar.

"Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏT-Nəsib bəy 2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmısınız. Həmin rayonların sakinləri daha çox sizə hansı problemlə bağlı müraciət edirdilər?

-Yerli icra hakimiyyəti başçısı elə vəzifədir ki, cəmiyyətin bütün sahələrini əhatə edən strukturlarla işləyir və onları koordinasiya edir. Əvvəllər daha çox torpaq, əmlak, komunal qaz, işıq içməli su, tikinti maddi yardım və digər problemlərlə bağlı müraciətlər olurdu. Elə müraciətlər də olurdu ki, icra hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Belə olanda da aidiyyəti qurumlar qarşısında məsələləri qaldırırdıq. İşimizi mövcud qanunlara və sosial ədalət prinsiplərinə uyğun qururduq ki, vətəndaşlar dövlətdən narazı qalmasınlar.

-Cəzalandırdığınız işçi olubmu?

-Təbii ki, cəzalandırdığım işçilərim olub. Bunsuz olmaz. Amma kimi cəzalandırmışamsa onları səhv etdiklərinə inandırmışam. Əksəriyyəti qəbul edib ki, qanunu pozduqlarına və yaxud vəzifənin öhdəsindən gəlmədiklərinə görə işdən uzaqlaşdırılıblar.

-Bəs deputatlığınız dövründə seçicilərinizin müraciətləri hansı istiqamətlərdədir?

-Təəssüf ki, əhalidə deputatların vəzifəsi və öhdəlikləri ilə bağlı məlumat olduqca çox azdır. Düşünürlər ki, deputat yol çəkməli, körpü tikməli, məktəb və evlər təmir etməlidir. İmkanım daxilində hər zaman çalışmışam ki, mənə müraciət edən insanlara kömək edim. Yol, körpü, məktəb, xəstəxana, fərdi ev, uşaq bağçası, sahil bərkidici bəndlərin tikintisindən tutmuş, məscidlərin təmiri, bərpası, fasiləsiz elektrik enerjisinin verilməsi, təhsil haqqlarının ödənilməsi, cərrahiyyə əməliyyatları, içməli su, subartezian quyularının qazılması, işə düzəlmə, məhkəmə, maddi yardımlar, pensiya təminatı, əlillliyin müəyyən edilməsi, az təminatlı ailələrin uşaqlarına məktəbli formalarının verilməsi, sahibkarlıq, bank kreditləri və digər sahələrlə bağlı müraciətlər olmuşdur.

- Elə olubmu ki, seçicilərinizin şikayəti ilə bağlı dövlət orqanlarına müraciət etmisiz, amma cavabsız qalıb?

-Təəssüf ki, olub. Müəyyən məsələlərlə bağlı nazirlərə məktub yazmışam. Bəzi vaxtlarda heç bir reaksiya olmayıb və yaxud da cavab qane etməyib. Elə hal olub ki, nazirə müraciət etsəm də reaksiya olmayıb, sonra həmin problemləri Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi müşavirədə qaldırmışam. Bir müddət sonra cənab Prezident sərəncam verərək həmin problemləri həll edib. Bununla bağlı hətta sosial şəbəkədə də yazmışam.

"Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏT- Bir çox gənclər iddia edir ki, bölgələrdə iş yoxdur. Ona görə də iş üçün Bakıya üz tuturlar. Bu iddia nə qədər doğrudur?

-Bu məsələyə birmənalı yanaşmaq doğru olmaz. Bazar iqtisadiyyatı şəraitində dövlətin əsas funksiyası vətəndaşlar üçün münbit şəraitin yaradılmasıdır. Gənclərin işlə təmin edilməsi məsələsi, onların savadından, peşəsindən, peşəkarlığından, əməksevərliyindən, öz üzərində çalışmasından, regionda və dünyada baş verən hadisələri qavrama qabiliyyətindən asılıdır. Azərbaycanın hər rayonunun özünə məxsus xüsusiyyətləri var. Çalışqan və əməksevər gənc özünə yol tapır.

Balakən rayonunda yaşayan İbrahim adlı bir gənci "Facebook" vasitəsi ilə aşkar etdim. 25 yaşlı həmin gənc özünə 2 sayt açıb. Köməkçimə 3-4 ay bundan öncə tapşırdım ki, o gənci tapsın. O gənc çox gözəl proqramist, intellekt sahibidir. Təklif etdim ki, o buraya gəlib işləsin. Təşəkkür edib bildirdi ki, mən evdə oturmaqla ailəmi təmin edirəm. Bu gün qloballaşma o səviyyədə gedir ki, Balakən rayonunun ucqar kəndində oturub müxtəlif ölkələrlə əlaqə qurmaq mümkündür. Kənd təsərrüfatına cənab Prezident çox böyük diqqət ayırır. Subsidyalar verilir. İslahatlar nəticəsində o zamanlar ulu öndər Heydər Əliyev tərəfindən torpaqlar, əmlak insanlara pulsuz paylandı. Hazırda kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə pulsuz gübrələr paylanılır. Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət quluğu ilə bağlı tez-tez müsabiqələr keçirilir. Əmək bazarına minlərlə vakant yerlər çıxarılır. Sadəcə gənclərə öz üzərlərində işləyərək biliklərini artırmaq lazımdır. Çox təəssüf ki, bəzi gənclər sosial şəbəkələrin verdiyi imkandan lazımsız istiqamətdə istifadə edirlər. Bəziləri hətta uğur qazanan insanlara qarayaxmaqla məşğuldurlar. Bu gün gənclər istənilən kənddə oturub distand təhsili ala bilərlər. Əgər gənc özünü həyata hazırlayırsa, ciddidirsə, qarşsına qoyduğu məqsədə nail olmağa çalışırsa o heç vaxt işsiz qalmayacaq. İşləmək istəyənə hər yerdə iş var. Olduqca aktual bir məsələni də vurğulamaq istərdim. Bir çox gənclər peşə seçimlərində yanlışlığa yol verərək, fərqinə varmadan nəyin bahasına olur olsun, ali təhsil almaq üçün zərurət olmayan ixtisas seçirlər. Nəticədə aldıqları ixtisasa uyğun iş tapmaq çətin olur. Çox yaxşı olar ki, gənclər ixtisas seçimində müasir dövrün tələblərini dərk etsinlər. Təhsil aldıqdan sonra bilikləri həyatda tətbiq edə bilsinlər.

-Bəzi deputatlar jurnalistlərlə əməkdaşlıqdan qaçır. Sizcə, bu nədən qaynaqlanır?

- Hesab edirəm ki, istənilən ictimai, siyasi cəhətdən üzdə olan insan mətbuata açıq olmalıdır. Tam məsuliyyətlə deyə bilərəm ki, bu günə kimi heç bir jurnalistin sualından qaçmamışam. Yaxşı olar ki, jurnalist verdiyi sualın mahiyyətini dərk etsin. Kiminsə sifarişi, yaxud tapşırığı ilə deyil, daha çox cəmiyyəti maarifləndirən və məlumatlandıran suallar versin. Deputat və digər şəxslərin verəcəyi cavabın cəmiyyət üçün bir xeyri olmaldır.

-Nəsib bəy bilirik ki, gərgin iş rejimində çalışırsınız. Övladlarınızın sizdən incidiyi vaxtlar olubmu?

-Bizim ailədə heç bir zaman belə bir şey olmayıb. Onlar işimə anlayışlı yanaşıblar. Bəzən olub ki, gecə saat 1-ə kimi işləyib, səhər yenidən işə qayıtmışıq. Ailədə hamı anlayışlı olub. Amma hər zaman çalışmışam ki, işim nə qədər çox olsa da ailəmə və övladlarıma zaman ayırıb, onların tərbiyyəsi ilə məşğul olum.

-Bəs övladlarınızın ixtisas seçiminə təsir etmisinizmi?
-Mənim 2 oğlum, bir qızım var. Bir dəfə cəhd etdim ki, qızımın ixtisas seçiminə təsir edim. Amma sonra anladım ki, səhv edirəm. Bizim ailədə çox demokratik mühit var. Ailə qurmaq, ixtisas seçimi və harda işləmələri ilə bağlı mən onlara ancaq məsləhət verə bilərəm. Düşünürəm ki, hər kəs öz həyatını yaşayır və kiminsə şəxsi həyatına müdaxilə etmək xasiyyətimə ziddir.

- Ən bahalı saatınızın neçədir?

- Mənim ən bahalı saatım 1500 manat olub. O saatı da mənə hədiyyə ediblər.

- Asudə vaxtınızı necə keçirirsiniz?

-Dostlarla görüşməyi, idmanla məşğul olmağı, kitab oxumağı, xizək sürməyi, tüfəng atmağı sevirəm. Əvvəllər tez-tez qolf oynayırdım. Arada özüm üçün şəkillər çəkirəm. Vaxt tapdıqca ingilis dilini öyrənirəm.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
"Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏT"Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3863   Tarix: 17 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ayxan" ticarət mərkəzində yanğın olub - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub. Qurumdan verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğı

19 mart
.

Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi — VİDEO

Təhsil almaq heç vaxt gec deyil. Qəbələ sakini Musa Mahmudov da belə düşünür. xəbər verir ki, arıçılıqla məşğul olan M.Mahmudov digərləri ilə müqayisədə daha az məhsul götürdüyünü gördükdən sonra bu istiqamətdə peşə təhsili almaq qərarına gəlib. Üç övladı, səkkiz nəvəsi olan Musa Mahmudov Azərbaycanı

19 mart
.

Sabahdan Novruz tətili başlayır

Sabah, martın 20-dən Azərbaycanda Novruz bayramı ilə əlaqədar bir həftə (yeddi gün) qeyri-iş günü olacaq. xəbər verir ki, Nazirlər Kabinetinin "2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2024-cü il martın 20-si, 21-i, 22-si, 23-

19 mart
.

Bakıda DƏHŞƏT: qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO

2022-ci il avqustun 15-də Bakının Yasamal rayonu 3-cü Alatava massivi, Salamzadə küçəsində, "Betonpark" adlanan yerüstü piyada keçidin yaxınlığında qətl hadisəsi baş verir. Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və qətl

19 mart
.

Ermənistan bu 4 kəndi Azərbaycana geri qaytarır - ARAŞDIRMA

Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxın Əskipara kəndinə səfərinin detalları ilə bağlı mətbuatda xəbərlər yayılıb. Paşinyan Əskiparada, Bağaniz Ayrımda və ətraf ərazilərdə məskunlaşmış ermənilərlə görüşüb və onlara bu kəndlərin Azərbaycana qaytarılmasının vacibliyini izah edib. Görüşdən sonr

19 mart
.

Şəkidə 13 yaşlı məktəbli vəfat edib

Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan vəfat edib. APA-nın məlumatına görə, bu gün axşam saat 18 radələrində 2011 təvəllüdlü Şəki şəhər sakini Tunar Asim oğlu Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Həkimlərin səyinə baxmayaraq T. Məmmədov xəstəxanaya daxil oduqdan bir müddə

18 mart
.

Avtobus sürücüləri nəqliyyatı idarə etməkdən başqa hər işlə məşğuldur: sərnişinə nömrə verir, kinoya baxır, kofe içir - AÇIQLAMA

Artıq neçə vaxtdır ki, avtbus sürücüləri arasında xoşagəlməz hallara rast gəlinir. Buna bir sıra halları nümunə göstərmək olar. Belə ki, 49 nömrəli avtobusun sürücüsü sükan arxasında "TikTok"da videolara baxıb. 211 nömrəli marşrut avtobusunun sürücüsü sükan arxasında tum çırtlayaraq, serial

19 mart
.

Gömrük Komitəsi məhkəməyə verildi - SƏBƏBİ

Dövlət Gömrük Komitəsi (DGK) məhkəməlik olub. -ın əldə etdiyi məlumata görə, Həsənov Anar Sədrəddin oğlu komitənin işindən narazı olub və Bərdə Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə işinim mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - əmək məsələlər

19 mart
.

AXCP-nin şöbə sədrinə narkotiklə bağlı cinayət işi açılıb

Sosial şəbəklərdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb. DİN-in mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərl

19 mart