Evlərin sığortalanması mövzusuna nöqtə qoyuldu - VİDEO

Evlərin sığortalanması mövzusuna nöqtə qoyuldu - VİDEOİcbari Sığorta Bürosunun yaşayış yerləri və mənzillərin icbari sığorta məsələsi ilə bağlı verdiyi açıqlama, nəhayət ki, vətəndaşlar arasında yaranmış müzakirələrə aydınlıq gətirib.

Sonxeber.az xəbər verir ki, "İTV xəbər-Yekun"da məsələyə münasibət bildirən qurumun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, dövlət qeydiyyatında olan evlərin siyahısının Dövlət Əmlak Komitəsindən İcbari Sığorta Bürosuna ötürülməsi üçün zəruri qanunvericilik aktı yoxdur:

"Qanunvericilik əmlak məsələləri üzrə komitənin bizə məlumatı ötürməsini nəzərdə tutmayıb. Bu səbəbə görə də biz hələ ki, inteqrasiyanı həyata keçirə bilməmişik. Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra inteqrasiyanın həyata keçirilməsi mümkün olacaq. Sığorta şəhadətnamələri elektron olacaq və elektron sistemlərdə hansı ünvanda sığortanın olub-olmaması müəyyən ediləcək".

İqtisadçı ekspert Samir Əliyev bildirib ki, İcbari Sığorta Bürosunun rəhbərinin açıqlaması ajiotaja bir müddətlik nöqtə qoyub:

"Söhbət ondan gedir ki, Dövlət qeydiyyatında olan (kupçalı) evlərin siyahısının İSB-nin Dövlət Əmlak Komitəsindən alması üçün zəruri qanunvericilk aktı yoxdur. Yəni, bu qayda olmayınca DƏK qeydiyyatlı evlərin siyahısını İSB-yə ötürə bilməz. Bu məlumat ötürülmədiyi üçün kimin evinin sığortalı, kiminkinin isə sığortasız olduğunu müəyyənləşdirmək mümkün olmayacaq və deməli, cərimə də olmayacaq. Ona görə də, Nazirləri Kabinetinin müvafiq qərarı olmadan kiminsə cərimələnməsi real deyil. Əslində, ajiotaja səbəb Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı olub. Sığorta şirkətləri də vəziyyətdən istifadə ediblər.

Odur ki, əmlakın sığortasının icbariliyi aradan qaldırılmalı, könüllü mexanizmə keçilməlidir. Əgər dövlət icbarilikdə qərarlıdırsa, hansı ki bunun qəti əleyhinəyəm, bu halda heç olmazsa, 3 ili öz büdcəsi hesabına ödəməlidir. Bu il isə icbari sığorta tətili olmalıdır, yəni cərimə məsələsi gələn ildən başlamalıdır".

Qeyd edək ki, Bakı şəhəri üzrə 25000 manat sığorta məbləği olmaqla sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20000 manat sığorta məbləği olmaqla sığorta haqqı 40 manat, digər şəhər və rayonlarda 15000 manat sığorta məbləği olmaqla sığorta haqqının 30 manat təşkil etdiyi barədə məlumatlar yayılmışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6639   Tarix: 13 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart