Vüqar Rəhimzadə: "Xoşbəxt Yusifzadə dünyada yüksək səviyyədə özünü təsdiq etmiş mütəxəssisdir"

Vüqar Rəhimzadə: "Xoşbəxt Yusifzadə dünyada yüksək səviyyədə özünü təsdiq etmiş mütəxəssisdir"Azərbaycan neft sənayesinin canlı ensiklopediyası, bu sahəyə böyük töhfələr vermiş akademik, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. O, 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilərək istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var.

Onun xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyev ötən il dekabrın 19-da Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Xoşbəxt Yusifzadə ilə tanış olan, onunla ünsiyyətdə olmuş insanlar da onun haqqında müsbət fikirdədirlər.

"İki Sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, akademik Xoşbəxt Yusifzadə canlı korifeydir: "O, neft-qaz sahəsində kifayət qədər fədakarlıq etmiş, xidmətlər göstərmiş, özünü təsdiq etmiş bir insandır. Mən onu 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm".

Onun sözlərinə görə, Xoşbəxt Yusifzadənin adı gələndə ilk öncə neft-qaz, geologiya və qazma işləri yada düşür: "O, fəaliyyətə başladığı illərdən bu günə qədər bu sahənin inkişafında çox böyük töhfələr verib və mən cənab Prezidentimizə ürəkdən təşəkkür edirəm ki, belə bir insanın 90 illik yubileyini rəsmi şəkildə dövlət səviyyəsində qeyd olunması ilə bağlı xüsusi sərəncam imzalayıb".

Qəzetin redaktoru bildirib ki, o, Xoşbəxt müəllimi uzun illərdir tanıyır: "Uzun illər deyəndə bəlkə də çox böyük səslənir. Amma bizim hörmətli akademiklə tanışlığımız 30 ilə yaxındır davam edir. Xoşbəxt müəllim yaxşı, peşəkar mütəxəssis olmaqla yanaşı, eyni zamanda gözəl insan, gözəl yol yoldaşı və gözəl həmsöhbətdir. O, çox diqqətcil insandır. Mən sadə bir qəzetçiyəm, qəzet adamıyam, amma istənilən bir əlamətdar gündə - bu, istər doğum günüm, istər qəzetimizin əlamətdar günü, istərsə də hər hansı bir yazı ilə bağlı olun- o qədər həssas diqqət görmüşəm. Hər zaman çox böyük səmimiyyətlə istənilən insana qarşı o münasibəti və diqqəti göstərir. Mən də ondan həmin bu münasibəti görmüşəm".

YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə:

"Xoşbəxt Yusifzadə başlıca olaraq xalqına, dövlətinə, cənab Prezidentə və Ulu Öndərə sədaqətlə xidmət edən, neft sahəsinə xidmət göstərən gözəl bir mütəxəssisdir".

V. Rəhimzadənin vurğulayıb ki, Xoşbəxt Yusifzadə olduqca səmimi insandır: "O, çox gözəl yol yoldaşıdır. Onunla harasa səfərə çıxan insan düşünmürəm ki, yorular və "yoruldum" deyər. O, yorğunluq və digər mənfi emossiyaları keçirmir. Xoşbəxt müəllim o qədər enerjili və müsbət auralı insandır ki, onunla harada olursan ol, ondan yalnız və yalnız müsbət aura, yüksək enerji alırsan. Hörmətli akademik diqqətcil olmaqla yanaşı, həm də gözəl insandır. Xoşbəxt Yusifzadə başlıca olaraq xalqına, dövlətinə, cənab Prezidentə və Ulu Öndərə sədaqətlə xidmət edən, neft sahəsinə xidmət göstərən gözəl bir mütəxəssisdir. Bu gün Azərbaycanda tarixdə iz qoymuş kifayət qədər neftçilərimiz var. Hesab edrəm ki, bu neftçilər arasında hazırda yaşayan və sağlığında özünü təsdiq etmiş korifey olan kifayət qədər neftçilərimiz Xoşbəxt müəllimin timsalında var. Xoşbəxt Yusifzadə ən öncül və birincilərdən olan neftçilərimizdən biridir. Xoşbəxt müəllim istənilən insanla ünsiyyət qurmağı, istənilən insanı dinləməyi və bir ağsaqqal və gözəl mütəxəssis kimi xoş tövsiyələrini verməyə hazır olan insandır".

X. Yusifzadə çox peşəkar olduğunu xatırladan V. Rəhimzadə bildirib ki, o, neft-qazçıxarmada, geoloji-kəşfiyyat işlərinin və qazma işlərinin aparılmasında çox gözəl mütəxəssisdir: "Hesab edirəm ki, təkcə Azərbaycanda deyil, bütün dünyada sayılıb seçilən və yüksək səviyyədə özünü təsdiq etmiş mütəxəssisdir".

O, X. Yusifzadəni təbrik edib, ona uzun ömür, can-sağlığı arzulayıb: "Düşünürəm ki, o Azərbaycan neft sənayesinə hələ uzun illər lazım olacaq, onun akademik kimi yazıb-yaratdıqları əsərləri uzun illər Azərbaycan neft sənayesinə töhfə verəcək. Azərbaycan cəmiyyəti üçün faydalı olan bu əsərlər gənc mütəxəssislərin formalaşmasında mühüm əhəmiyyət kəsb edəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3432   Tarix: 13 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel