"Günü bu gün raport yazıb işdən gedərəm" - Vaqif Əsədov
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sonxeber.az xəbər verir ki, V.Əsədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu informasiyanı sosial şəbəkələrdə yayılan yazılar əsasında jurnalistlərdən eşidib:
"Bu məlumatlarla tanış olanda kimin dost olduğunu, kimin məni istəmədiyini hiss elədim. Əgər mənim işdən çıxmağımı doğrudan da kimsə istəyirsə, mən istəmərəm onların qəlbi qırılsın, onlar narahat olsun. Günü bu gün raport yazıb işdən gedərəm. Təki bu informasiyanın yayımlanmasında maraqlı olan şəxslər narahat olmasın. Amma kimsə mənim qalmağımı, xidmət aparmağımı istəyirsə, onlara deyirəm ki, narahat olmasınlar. Mən funksional vəzifəmi qanunda göstərilən tələblər üzrə yerinə yetirirəm. Söz yox ki, rəhbərliyin verdiyi əmr müzakirə olunmur. Nə vaxt təqaüdə çıxmağımı əmr etsələr, onda da getməliyəm və gedəcəyəm. Heç kim daimi deyil, əvəzedilməz insan yoxdur. Sadəcə bilmək istəyirəm ki, mənim işdən getməyimi bu səviyyədə işıqlandırmaq nə deməkdir? Mən elə dünən işdən çıxarıldığım barədə məlumat yayılan tribunada hava şəraiti və yol polislərinə verilən yeni forma ilə bağlı məlumatlar verdim. Mənim işdən çıxdığımı yayan şəxslər bu açıqlamaları oxumadılar?".
Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti sərəncama götürülüb. Hazırda köhnə əməkdaşlar vəzifələrini icra edirlər. Lakin yeni şəxsi heyət təsdiqlənəndə kimlərin vəzifədə qalıb, kimlərin çıxarıldığı bəlli olacaq.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 1889 Tarix: 14 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacaq
"Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacaq".. . Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.. . Aparat rəhbəri xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda islahatlar aparılır.. . "Azərbaycan Milli Məclisinin Aparatında da kad
14 yanvar 2020Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub.. . Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sonxeber.az-a verilən məlumata görə, yeraltı təkan yanvarın 13-ü yerli vaxtla saat 23:18-də qeydə alınıb.. . Dərinliyi 43 km, maqnitudası 3.0 olan zəlzələ hiss olunmayıb.
14 yanvar 2020Nərgiz Paşayevanın qızı doğum gününü QEYD ETDİ - FOTO
Nərgiz Paşayevanın qızı, "Nargis" nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudova dünən doğum gününü qeyd edib.. . Sonxeber.az xəbər verir ki, Ü.Mahmudova doğum gününü ailə üzvlərinin əhatəsində keçirib.. . Prezident İlham Əliyevin qızı Arzu Əliyeva, Arif Paşayev, Nərgiz Paşayevanın iştirak etdiy
14 yanvar 2020Bakıda qızının ölüm xəbərini alan ata qurulan YAS ÇADIRINDA TOY ETDİ - VİDEO
Əsl adı əvvəllər Anar olan, sonradan dəyişdirilərək Orxan qoyulan 33 yaşı gənc "Bizimləsən"də acı taleyi ilə bağlı tükürpədici açıqlamalar edib.. . Milli.Az xəbər verir ki, Orxan verilişə doğma anasını axtarmaq üçün çıxıb.. . O, illər öncə atasının qayınatasına zəng edərək qızının (Orxanı
14 yanvar 2020Prezidentdən kreditlərlə bağlı vacib XƏBƏRDARLIQ - VİDEO
"Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin.. . Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexaniz
14 yanvar 2020Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illiyi münasibətilə paylaşım edib.. . Sonxeber.az-ın məlumatına görə, paylaşımda deyilir:. . "Bu gün Azərbaycan Respublikas
14 yanvar 2020Prezidentdən imkansız ailələrə ŞAD XƏBƏR - VİDEO
"Ünvanlı sosial yardımla bağlı işlər nə yerdədir, mən keçən il sizə göstəriş vermişdim ki, bu vəsaiti, yardımı alan ailələrin sayı artırılsın və meyarlara da yenidən baxılsın. Çünki bəzi hallarda çox sərt meyarlar qoyulubdur. Bu, ədalətli olmalıdır".. . Sonxeber.az xəbər verir ki, bunu Azərbayca
14 yanvar 2020