"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏDövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Sonxeber.az-ın suallarını cavablandırıb.

-Öncə istərdik ki, oxucularımız Tural bəy haqqında daha ətraflı məlumat əldə etsinlər. Odur ki, bir qədər özünüz barədə danışmağınızı xahiş edirik.

-1980 – ci il avqustun 23-də Bakı şəhərində doğulmuşam. Ailədə 2 qardaşıq. Qardaşım məndən 8 yaş balacadır. Əvvəllər qardaşım da mətbuat sahəsində çalışıb. Lider TV, İTV-də işləyib. İTV-də xəbər aparıcısı olub. Hazırda başqa bir sferada çalışır. Atamı 2 ildir itirmişəm. Atam SSRİ dövründə Mənzil Kommunal Təsərrüfat Nazirliyində baş müfəttiş, nəzarət-təftiş şöbəsinin rəhbəri olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun illər Bakı Şəhər İcra Hakimiyyətində Mənzil-Kommunal Təsərrüfatı Departamentində baş müfəttiş, nəzarət təftiş şöbəsinin müdiri, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində sektor müdiri, FHN Layihə İnstitutunda direktor müavini vəzifələrində çalışıb. Atam maliyyəçi olub. O, hər zaman çalışıb ki, mən də bu sahədə çalışım. Hər zaman dostlarına da deyirdi ki, Tural sizin yanınızda olsun, maliyyə ilə maraqlansın. Amma mən o sahəyə bağlana bilmədim. Mənim diqqətimi mətbuat və televiziya çəkdi. Anam evdar qadındır. Mən Nəsimi rayonunda yerləşən Abdulla Şaiq adına 54 saylı orta məktəbdə oxumuşam. Məktəbdə oxuduğum zaman bədii tədbirlərin aparıcısı olmuşam. Mənim məktəb illərim keşməkeşli dövrə təsadüf edib. 1989-ci ildə artıq Topxana meşələrinin dağıdılması, erməni fitnə fəsadı barədə mütəmadi söhbətlərin şahidi olurdum. 1990-cı il yanvar hadisələrini evimizin içində hiss etdik. Fərizə, İlham və bir çox şəhidlərimiz 54 saylı məktəbin məzunu olmaqla yanaşı həm də bizə çox yaxın ərazidə yaşayırdılar. Evimiz 20 yanvar qırğınlarının baş verdiyi "Şamaxinka" deyilən ərazinin bir neçə addımlığında idi. Yanvarın 20 – si səhər atam əlimdən tutub mənə qanlı küçələri göstərdi. Bu günə kimi güllələnən binaları, dağılan əraziləri, o zaman "Şamaxinka"da yol ayrıcında dayanan tankları, əsgərləri, əzilən maşınları, Təcili Tibbi Yardım avtomobilləri ilə daşınan şəhidlərimizi xatırlayıram. Hər yer qan içində idi. Atam dedi ki, hadisəni gör və unutma. Unutma ki, illər sonra övladlarına bu hadisəni kitablarla yox canlı şahid kimi təbliğ edəsən. Atam risk edirdi. Ara sıra atəş səsləri eşidirdik. Amma o gün bir başqa idi. Heç kim qorxmurdu. Düşmən əsgərinin üzünə nifrətlə baxırdı hamı. 10 yaşı tamam olmayan övladı ilə əsgərlər arasında açıq aşkar, gizlənmədən, qorxmadan düşmənə nifrət təbliğ edə biləcək qədər güclü idi insanlar. Biz bu cür böyüdük. Məktəblərdə dərs yox idi. Məktəbə gəlib pioner qalstuklarına od vurduq. Daha sonra isə hakimiyyət çevrilişləri, torpaq itkiləri. Çox ağrılı bir uşaqlıq yaşamışıq.

Məktəbimizdə keçirilən mühüm tədbirlərin aparıcısı olmuşam. Az yaşlarımda o zaman fəliyyət göstərən Qazax Xeyriyyə Cəmiyyətinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirinin də aparıcısı olmuşam. 1993-1994 cü illər olardı. Bakıda 46 saylı məktəbdə keçirilən Ümumrespublika şeir müsabiqəsində 1 – ci yerə layiq görüldüm. Mən və Xocalıdan olan bir qız qalib oldu. Xatirimdədir bizə 500 rubl pul mükafatı da verdilər. İndi də bəzən olur şeir yazıram. Vahid Əziz və Nəriman Həsənzadə ilə çox yaxşı münasibətlərim var. Bir şeirimə Əməkdar artist Aygün Bəylər mahnı bəstələyib.

Ailəliyəm, 3 övladım var. Övladlarımı vətənpərvər böyütməyə çalışıram. Növbədənkənar Prezident seçkilərində oğlum Turxan onu da səsverməyə aparmağımı istədi. Mən ona səsvermə yaşının çatmadığını söylədim. Oğlum inadla cənab Prezident İlham Əliyevə səs vermək istədiyini bildirdi. Bu zaman dedim ki, videoçarx hazırlayaq. Sən də ürək sözlərini de. İlk video belə alındı. Başqa videoçarxları isə ordumzun, bayrağımızın 100 illiyinə həsr etdik. Mənim gözləmədiyim halda videoçarxlar Türkiyə xəbər saytları və televizyalarında yayımlandı.
Mən istəyirəm ki, uşaqlarım düşmənlərini tanısın. Böyük oğlum Turxanı Tapqaraqoyunlu ərazisində bir neçə dəfə ən soyuq havada səngərə də aparmışam. Reallığı görmək vacibdir. Gələcəkdə hər biri bilməlidir ki, harada və hansı peşənin sahibi olmalarından asılı olmayaraq erməniyə düşmən münasibəti bəsləməyə borcludurlar. Bu mənim fikrimdir. ermənilərə inanmaq olmaz. Ən yaxşı erməni ölü ermənidir. Onlar bizim əbədi və əzəli düşmənlərimizdir!

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ- İstərdik ki, məktəb illərinizdən danışaq. Məktəbdə ən çox sevdiyiniz müəllim və fənn hansıdır?

-Mən daha çox ibtidai sinif müəlliməm Zöhrə xanıma bağlı olmuşam. Bu günə qədər də Zöhrə müəllimə ilə görüşürəm, danışıram. Onun zəhmətlərini heç vaxt unuda bilmərəm. Çünki mənim və sinif yoldaşlarımın sərbəst böyüməsində Zöhrə müəlliməmin böyük əziyyətləri olub. Bizi heç vaxt incitmirdi. Ədəbiyyata və şeirə bağlılığı mənə Zöhrə müəllimə aşılayıb. Şagirdlərini önə çəkib, həvəsləndirib. Zöhrə müəlliməmə "Pioner" uşaq jurnalında şeir həsr etmişdim. Fənn olaraq da ədəbiyyata bağlı olmuşam.

- Tural bəy elə şagird yoxdur ki, bir dəfə də olsun dərsdən qaçmasın.

Bəli olub. Amma o dövrdə mobil telefon olmasa da atam dərsdən qaçdığımı bilmişdi və nəticəsi ağır olmuşdu.

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ- Bir çox gənclərin ilk sevgiləri məktəb illərindən başlanır. Bəs sizin məktəb sevginiz olubmu?

-Uşaqlıq illərində yaşanan hər hadisə xoş xatirədir.

- Bildiym qədərilə televiziyaya gəlişiniz tələbəlik illərinə təsadüf edib. Neçə keçib o illər?

-Mən bir qədər əvvəl də qeyd elədiyim kimi atam, mənim maliyyəçi, iqtisadçı olmağımı istəyirdi. Təhsil və peşə seçimimi də demək olar ki, özü yönəldirdi. Amma mən iqtisadiyyat peşəsi üzrə təhsil alsam da həvəsim və məqsədim jurnalistika olub. Deyim ki, tələbəlik illərim pis keçib, nəyinsə həsrətini çəkmişəm yalan olar. Bir neçə tələbə yoldaşlarımla indi də əlaqəm var. O dövrlərdə Azərbaycan yeni-yeni müstəqillik əldə edirdi, insanlarımızın rifah halı yaxşılaşmağa doğru gedirdi. Tələbəlik illərində mən atamdan xəbərsiz "Sara" televizyasında işə düzəlmişdim. Atam xəbər tutan kimi məni televizyadan uzaqlaşdırdı. Amma yenə getdim tv sahəsinə. Öyrəndim ki, yeni fəaliyyətə başlayan "Space" Teleradio Kompaniyasında müsabiqə keçirilir. Sənədlərimi verdim. Müraciət edən 400 nəfərin içərisindən çox az seçim oldu. Seçilənlərdən biri də mən idim. Nərgiz xanım Cəlilova dedi ki, mətn verin oxusun. Mən mətni oxuyandan sonra Nərgiz xanım bildirdi ki, bu cavan oğlanı xəbərlərə yönəldin. Və mənim peşəkar telejurnalistika fəaliyyətimə start verildi.

Qeyd edim ki, mənim hər zaman televizyaya və aparıcılığa marağım olub. 90-cı illərdə yeni yeni istifadə edilməyə başlayan o zaman üçün müasir olan "Panasonic M3000 – M3500" kamerası var idi. Atam gördü həvəsim var. Mənə kamera aldı. Mən də çəkilişlər edirdim. Videolar hazırlayırdım. Amma indiki kimi yayımlamaq imkanları məhdud idi.

- Jurnalist kimi fəaliyyət göstərdiyiniz dövrdə hansı maraqlı hadisələrlə qarşılaşmısınız?

-Bəli bu günə kimi xatırladığım hadisələr olub. 8 ilə yaxın Xəbərlər Departamentində çalışmışam. İlk efir günümdən, hazırladığım reportajı efirdə izlədiyim ana qədər hər biri mənə çox doğmadır. Unudulmazdır. "Space" televiziyasında yeni çalışmağa başladığım dövrlərdə Prezident Administrasiyasında akkreditasiya olma məsələsi gündəmə gəlmişdi. Mənim adım Prezident Administrasiyasına verildi və təsdiqləndi. Bununla da həyatımda yeni bir səhifə açıldı. Mən Ümumilli Lider Heydər Əliyevlə bərabər səfərlərə getdim. Prezidentin rəsmi görüşlərini işıqlandırdım, qəbullarında iştirak etdim. 18-19 yaşında olan bir gənc üçün bu böyük bir hadisə idi. Eyni zamanda Prezident Cənab İlham Əliyevin seçki təbliğatını işıqlandırmaq da qismətim olub. Daha sonra isə Cənab Prezidenti ölkə daxili və xarici səfərlərdə müşaiət etmişəm, rəsmi görüşlərini, qəbullarını işıqlandırmışam. Bu illər mənim ömür tariximə qızıl hərflərlə yazılan illərdir.

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ- Ulu Öndər Heydər Əliyevin dövründə fəaliyyət göstərən jurnalistlərdən birisiniz? Ulu öndərlə bağlı xatirələrinizi bizimlə bölməyinizi istərdik.

-Ulu Öndərlə bağlı xatirələrim çoxdur. Ulu öndər Heydər Əliyev onunla səfərə gedən, görüşlərdə iştirak edən jurnalistləri şəxsən tanıyırdı. Fövqəlgücə sahib dövlətlərin marşal və generalları Heydər Əliyevlə görüşən zaman dedilər ki, Cənab Prezident bizim Prezidentin sizin məsləhətinizə ehtiyacı var. Heydər Əliyev böyük və miqyaslı siyasətçi, şəxsiyyət idi. Biz hər zaman Heydər Əliyevlə fəxr etmişik. Biz jurnalistlər Ulu Öndər Heydər Əliyevin diqqətinin, rəğbətinin və xüsusi münasibətinin şahidi olmuşuq. Bu da təbii ki, bizə güc verib. O güc bizə fəaliyyətimizdə çox böyük stimul olub.

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏƏn önəmlisi isə Heydər Əliyev vətənini sevən lider olub. Naxçıvanda Azərbaycan-Ermənistan prezidentləri arasında görüş keçirilirdi. Jurnalistlər üçün ağ çadır qurulmuşdu. Orada biz erməni jurnalistləri ilə birlikdə oturmuşduq. Görüşlə bağlı ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri bəyanat verməli idi. Jurnalist sayı çox idi. Müsahibə alınacaq məkan isə geniş deyildi. Belə razılaşdıq ki, ermənistan xarici işlər nazirindən biz, Azərbaycan Xarici İşlər Nazirindən isə ermənilər müsahibə alar. erməni nazirin mətbuat konfransında yalnız biz iştirak etdik. Dünyaya bu bəyanat Azərbycan mediası vasitəsilə yayıldı. ermənilərin xəbər vermə arzusu ürəklərində qaldı. Bizim Xarici İşlər Naziri mətbuat konfransı keçirəndə isə ermənilər həvəslə "indi bizim növbəmizdir" deyəndə razılaşdıq, amma.... Amma onlarla birgə mətbuat konfransına TRT-nin jurnalisti də getdi. Axı o Beynəlxalq jurnalist sayılırdı. Bu dəfə də ermənilər uduzdu. Mətbuat Konfransında səslənən bəyanatı TRT müxbiri vasitəsilə ilk olaraq biz yaydıq. ermənilər isə tində bucaqda telefonlarının işləməməsindən narazılıq edib öz hallarına acıyırdılar. Bu bizim üçün kiçik də olsa yadda qalan Qələbə idi.

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ- Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xitmətinin rəisi, FHN Muğan Regional Mərkəzinin rəis müavini, bu gün isə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırsınız. Sizcə mətbuat xidmətinin rəhbəri təmsil etdiyi qurumun qarşısında yoxsa ictimaiyyətin qarşısında daha çox məsuliyyət daşıyır?

-Mən 2006 – cı ildə "Space" televiziyasından ayrıldıqdan bir neçə ay sonra Fövqəlada Hallar Nazirliyində mətbuat xidməti rəhbəri vəzifəsinə təyin edildim. Mən nazirlikdə mətbuat xidmətinin rəhbəri olaraq 8 il çalışdım. Daha sonra Fövqəlada Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışmışam. Hər iki vəzifədə çalışan zaman mətbuata daha çox bağlı olmuşam. Bütün görülən işlərimizin mətbuatda işıqlandırılmasının tərəfdarı olmuşam. Bu işdə mənə dəstək verdiklərinə görə həmkarlarıma bir daha təşəkkür edirəm. Bildirmək istəyirəm ki, mətbuat katibi çalışdığı qurumun rəhbəri, həm də ictimaiyyət qarşısında məsuliyyət daşıyır. Zamanında məni tənqid edən həmkarlarımla da xoş və səmimi münasibətlərim var. Çox razıyam onlardan.
"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ- Bu gün bir çox mətbuat xidmətinin sahib olmadığı sevgiyə və hörmətə sahibsiniz. Sizə görə mətbuat xidmətinin rəhbəri necə olmalıdır?

-Hər bir qurumun fərqli xüsusiyyətləri var. Dövrün, zamanın tələbi var. 2006-cı illə bu gün arasında böyük fərq var. Bu gün sevinirəm ki, bir çox peşəkar jurnalistlər mətbuat xidmətinin rəhbəri təyin olunur. Onlar jurnalistikaya bağlı insan olaraq, mətbuat xidməti rəhbərinin hansı yükü daşıdığını yaxşı hiss edir. Heç bir mətbuat xidmətinin rəhbəri istəməz ki, ona edilən zənglərə cavab verməsin. Amma bəzi xəbərlər var ki, bu xəbəri yayarkən ehtiyatlı olmaq lazımdır. Hər bir məlumat dəqiqləşdirilməlidir. Şübhəsiz ki, mətbuat xidmətinin rəhbəri baş verən hər hansı hadisə ilə bağlı operativ cavab verməyə də hazır olmalıdır. Nə qədər peşəkar, işini bilən şəxs olsan sənin cavabın təmsil etdiyin qurumun mövcud vəziyyətinə öz müsbət təsirini gösətrmiş olur.

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ- Sizin və yaxud da sizdən inciyən jurnalistlər olubmu?

-Mən Fövqəlada Hallar Nazirliyində mətbuat xidmətinin rəhbəri olan zaman bəzi həmkarlarım məni suallara cavab verməyən mətbuat xidmətinin rəhbəri hesab edirdi. Bəzi jurnalistlərin bu yanaşmasından isə heç zaman inciməmişəm. Onlar öz vəzifə borclarını yerinə yetiriblər. Zamanla məni də anlayıblar. Həmin jurnalistlərlə bu gün çox yaxşı münasibətimiz var. Bəzən olub ki, düzgün suallar ünvanlanmayıb. Hətta mənə sual veriblər ki, nazir işdədir? Mən bu suala necə cavab verməli idim axı? Nazirliyin fəaliyyətindən çox dedi qodulara, əsassız söz söhbətlərə münasibət bildirməyimi istəyirdilər. Mən də cavabsız qoyurdum. Rəsmi xəbərlər heç zaman ara söhbətlərinə əsaslana bilməz. Şər, böhtan, uydurma fikirlərə mətbuat katibi nə desin?

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ- Son dövrlər dövlət qurumlarına mətbuat xidməti təyin olunanların bir çoxu məşhur aprıcılardır. Bu sizcə təsadüfdür?
İstənilən rəhbər işi peşəkara həvalə etmək istəyir. Düşünürəm ki, hər işi öz bilicisinə tapşırmaq lazımdır. Eyni zamanda mətbuat katibinin jurnalistlərlə xoş dostluq münasibətləri varsa bu həm də onun təmsil etdiyi qurumun xeyrinədir. Reallıq budur ki, münasibətlər çox böyük rol oynayır.

- Elə olubmu ki, televizyada işlədiyiniz zaman canlı yayımda çıxılmaz vəziyyətdə qalasınız?
İnanın səmimiyyətimə heç zaman çıxılmaz vəziyyətdə qalmamışam.

- Bu gün bir çox televiziya aparıcıları tənqid olunur. Siz hansı aparıcıların təqdim etdiyi verlişlərə baxırsınız?

-Siz AzTV – də qulaq deşən səsə, səhv nitqə, insanda ikrah doğuracaq görüntüyə rast gələ bilməzsiniz. Orada hər şey yerindədir. AzTV – də səliqə, balans qorunur, peşəkarlıq öz sözünü deyir. Aparıcı efirə çıxan zaman tamaşaçı ilk öncə onu gözü ilə sevir. Qısa müddətdən sonra ona qulaq asmağa başlayır. Səslə görüntü üst-üstə düşmədikdə tamaşaçı kanalı dəyişir. Azərbaycanda özəl tv-rin yaranmasının kökündə AzTV dayanır. İstənilən kanalda Azərbaycan Televiziyasında illərlə zəhmət çəkmiş şəxslərə rast gələ bilərsiniz. AzTV böyük məktəbdir. Azərbaycan radiosu da həmçinin. Şübhəsiz ki, özəl tv hamısı bərbad vəziyyətdə deyil. Çox yaxşı aparıcılar, reportyorlar var. Sadəcə ad çəksəm inciyəcəklər. Amma təəssüf ki, tənqid ediləsi "aparıcılar" hələ ki, çoxluq təşkil edir. İndi bəziləri hesab edir ki, əgər aparıcıdırsa o reportyor kimi çalışmamalıdır. Yalnız xəbərləri, reportyorların çəkdiklərini arda arda düzüb təqdim etməlidir. Bu diktorluqdur. Aparıcılıq deyil. Hər aparıcı təqdim etdiyi xəbərin nədən bəhs etdiyini bilməlidir. Bilirsiz mən "Hər Gün" İnformasiya Proqramının, "Rəsmi Gün" verilişinin aparıcısı olmuşam. Biz efirə çıxacağımız gün ən azı 2 reportaj hazırlayırdıq. Çəkilişlər edirdik. Axşam da efirlə məşqul olurduq. Bundan əlavə, çəkilişdən qayıdıb materialları hazır edən həmkarlarımızın videolarını, müsahibələrini izləyirdik, montaj prosesinə baxırdıq. Ən yaxşı məqamları aparıcı sözü olaraq özümüz yazırdıq. Təqdim etdiyimiz videoxəbər də bizim özümüzün məhsulu kimi doğma olurdu. Tamaşaçı da hiss edirdi ki, təqdimat süni deyil.

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏEfirə dəvət etdiyimiz qonaqla bağlı kifayət qədər məlumatlı olurduq. Qonağa demirdik ki, ürəyiniz nə istəyir danışın, sualları da siz müəyyən edin. Biz işimizə sevgi ilə və ən əsasə peşəkarların nəzarəti ilə yanaşmışıq. Hər gün efirimiz yazılırdı və efirdən sonra monitorinq edirdik. Səhvlərimizi düzəldirdik.

Efirdə lüzumsuz jestlər etmək olmaz. Sənin jestin çərçivədən kənara çıxmamalıdır. Aparıcılar nitqlərində çox ciddi səhvlərə yol verirlər. Danışıq və yazılış, xəbərin dinamikası fərqldir. Vurğular yanlış deyilir. Məncə bütün bunlar zamanla təmizlənəcək. Efirə çıxan aparıcının ilk öncə özünə inamı olmalıdır. Bu gün sosial şəbəkələr televiziyanın işinə çox mənfi təsir göstərir. Tamaşaçısını əlindən alıb. İndi Tv lər də daha fərqli layihələrlə tamaşaçıları cəlb etməyə çalışırlar. Amma yenə də sosial şəbəkənin imkanlarından istifadə etməli olurlar.

- Təbiətən necə insansınız?

-Mən təbiətçə həssas, dostcanlı insanam. Ailəmə, övladlarıma və dostlarıma bağlı insanam.

- Bağışlamağı və üzr istəməyi bacarırsınızmı?

-Bağışlamağı bacarıram. Əgər səhv edirsənsə üzr istəməyi bacarmalısan. Amma elə bir addım atmalısan ki, üzr istəməli olmayasan.

- Bəs Sirr saxlamağı?

-Əlbəttə.

- İnsanlar üçün önəmli olan Vicdan, əxlaq və ya hüquq normaları var. Sizcə insanlar şəxsi həyatında və ya xidməti fəaliyyətlərində hansını rəhbər tutmalıdır?

-Vicdan çox önəmlidir. İnsanın vicdanı həm də onun əxlaqını formalaşdırır. Sən vicdanın səsinə qulaq asmasan həm qanunu, həm də əxlaq normalarını poza bilərsən. Vicdan həm də Allaha bağlılıqdır. Əgər sənin vicdanın olsa heç vaxt əxlaqsızlıq edə bilməzsən. Bu işdə ailə, mühit, tərbiyə də rol oynayır.

- Tural bəy bilirik 2 oğlul bir qız atasısınız. Övladlarınızdan jurnalist və ya aparıcı olmaq istəyəni varmı?

-Hələ bu barədə fikir söyləyə bilmərəm. Çünki övladlarımın ən böyüyünün 12, ən kiçiyinin isə 6 yaşı var. Heç vaxt onların ixtisas seçiminə qarışmayacam. Övladlarım hansı peşəni seçəcəklərsə istəyirəm ki, o sahənin peşəkarı olsunlar. Hesab edirəm ki, ən yaxşı kapital övladın təhsilinə qoyulan kapitaldır. Mənim bu gün istədiyim tək şey övladlarımı əxlaqlı, savadlı, vicdanlı və vətənə bağlı böyütməkdir.

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏÖvladlardan söz düşmüşkən deyim ki, atamın arzusuna uyğun olaraq böyük oğlum qardaşımın (Turxan), qardaşımın oğlu isə mənim (Tural) adımı daşıyır.

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ- İşlərinizin çoxluğundan övladlarınızın incidiyi olubmu?

İşlərim nə qədər gərgin və çox olsa da onları diqqətsiz qoymuram. Çünki çalışıram ki, övladlarımın hər anlarında yanlarında olum ki, məndən inciməsinlər. Çünki nə onlar nə də mən bir də bu yaşda olmayacağıq.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

-Boş vaxtlarımı mən uşaqlarımla, dostlarımla, əzizlərimlə dəyərləndirirəm. Amma əsas uşaqlardı. Mənim boş vaxtım ola və onu övladlarım bilməyə. Bu mümkünsüzdür.

Aysel Yusifqızı

FOTO: Leyla Mustafazadə
"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3669   Tarix: 14 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021