Hakim Solmaz Mustafayeva qərəzli, yoxsa təcrübəsizdir?

Hakim Solmaz Mustafayeva qərəzli, yoxsa təcrübəsizdir?Nəsimi Rayon Məhkəməsində taekvondoçu Fəridə Əzizova və tanışı Aysel İsgəndərovanın Open.az saytı və jurnalistlərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən proses ötən gün saat 17:45-də başlayıb.

İclasda müdafiə tərəfin vəkili Kamandar Nəsibov məhkəmə-psixoloji ekspertizasının təyin olunması barədə vəsatət verib.

Vəsatətdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri qarşısında aşağıdakı sualların qoyulması xahiş edilib:

1. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixoloji emosional vəziyyətləri necədir?

2. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixi yaşları və fərdi-psixi xüsusiyyətləri, intelektual inkişafı və emosional halları nəzərə alınmaqla onların eyni cinslərə qarşı münasibətləri necədir?

3. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızı eynicinsli hesab oluna bilərmi?".

Daha sonra vəsatət müzakirəyə çıxarılıb. Bu zaman vəkil K.Nəsibov söyləyib ki, hazırda saat 18:00 olduğu üçün iş vaxtı başa çatıb, məhkəmə iclası davam etdirilə bilməz: "Mən buna etriaz edirəm. Çünki hazırda iş vaxtı başa çatdı. Proses növbəti günə təyin olunmalıdır".

Hakim isə vəkilin etirazına baxmayaraq, prosesin davam etdirilməsi barədə qərar çıxıarıb.

Bundan sonra qarşı tərəfin vəkili Yaqub Məmmədli cavabdeh tərəfin qaldırdığı məhkəmə-psixoloji ekspertizası ilə bağlı vəsatətə etiraz edib. O, vəsatətin əsassız olduğunu, təmin olunmamasını istəyib.

Open.az saytı və jurnalistlərin nümayəndəsi isə bunun vacib olduğunu bildirib və vəsatəti əsaslandırıb: "Vəsatətdə qoyulan sualların bu məsələyə birbaşa aiddiyyatı var. Çox xahiş edirəm ki, vəsatət təmin olunsun".

Buna baxmayaraq hakim vəsatətin təmin olunmaması ilə bağlı qərar çıxarıb.
Hakim Solmaz Mustafayeva qərəzli, yoxsa təcrübəsizdir?Prosesdə idmançı və tanışının vəkili işlə bağlı çıxış edib. O, işin halları ilə bağlı qeyd edərəkən iddianın təmin olunmasını istəyib.

Məhkəmədə söz alan vəkil K.Nəsibov iddianın əsassız olduğunu, bununla bağlı mətbuatda təkzib verildiyini deyib: "Bu işdə Open.az saytının heç bir günahı yoxdur. Buna görə də iddia təmin edilməməlidir".

Bundan sonra hakim məhkəmənin müşavirə otağına yollandığını deyib. Lakin vəkil K.Nəsibov buna etirazını bildirib. O qeyd edib ki, indiyə qədər hakim məhkəmə araşdırmasının yekunlaşdırıldığı barədə qərar elan eləməyib: "Buna görə də bunlar çıxış sayılmır. Mən buna etiraz edirəm. Çünki mən hələ çıxış eləməmişəm. Hazırda məhkəmədə danışdıqlarım tərəflərin izahatları idi. Məhkəmə müşavirəyə getmək üçün gərək məhkəmə araşdırılmasının başa çatması elan edilsin və tərəflərə çıxış üçün söz verilsin. Əvvəl məhkəmə araşdırılması başa çatmalıdır, tərəflər çıxış etməlidir və daha sonra hakim müşavirəyə yollanmalıdır". Bundan sonra hakim geri qayıdaraq tərəflərə çıxış üçün söz verdiyini deyib. K.Nəsibov isə öz növbəsində artıq buna lüzum olmadığını, məhkəmənin gedişatında hakimin davranışından sonda hansı qərarın qəbul ediləcəyini güman etməyə əsas verdiyini bildirib.

Sonra hakim müşavirə otağına yollanıb.

Daha sonra hakim Solmaz Mustafayeva qərarı elan edib. Məhkəmə idmançı və tanışının xeyirinə 3 min manat maddi təzminatın təmin olunması, 200 manat ekspertiza xərcləri və 30 manat isə dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarıb.

Onu da əlavə edək ki, məhkəmə qərarı elan edən zaman iş vaxtı başa çatmışdı, yəni, saat 18:40 radələri idi.

Qeyd edək ki, taekvondoçu F.Əzizova və A.İsgəndərova Open.az və jurnalistlərinə qarşı iddia qaldırıb. Onlar iddialarında şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və digər tələblər irəli sürüblər.

Maraqlıdır, hakim Solmaz Mustafayevanın bu qədər əsaslandırılmış qeydlərə etinasız yanaşması, məhkəmə iclasını tələsik yekunlaşdırması nə ilə bağlı olub - qərarın əvvəlcədən yəqin etməsi, ya iş gününü tez başa çatdırması ilə?...

Onu da bildirək ki, 40 yaşlı Solmaz Mustafayeva Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsinə 2018-ci ilin dekabr ayında təyin edilib. Yəni, onun hakimlik təcrübəsi 1 ildir. Ondan əvvəl isə Ədliyyə Nazirliyində çalışıb.

Hakim Solmaz Mustafayeva qərəzli, yoxsa təcrübəsizdir?

Sosial   Baxılıb: 1587   Tarix: 14 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏT

Deputat deputat Nəsib Məhəməliyev Sonxeber.az-ın suallarını cavablandırıb. . . -Nəsib bəy bilirsiniz ki, ötən ilin noyabrında itkin düşən Nərmin Hüseynovanın cəsədi yanvarın 6-da evlərinin qarşısına atılaraq yandırılıb. Təəssüf ki, son dövrlər az yaşlılara qarşı zorakılıq halları artıb. Yeni formalaşaca

17 yanvar

Azərbaycanda "TikTok" istifadəçilərinə ŞOK XƏBƏRDARLIQ - Böyük təhlükə

"TikTok" boşluğu qurbanın ziyanverici URL ilə SMS göndərməsinə yol açır.. . Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin xəbərinə görə, "TikTok" son aylar ərzində inanılmaz dərəcədə məşhurlaşıb, lakin təhlükəsizliklə bağlı problemlə

14 yanvar

"Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz şərəfdir" - "BP-Azerbaijan"ın vitse-prezidenti

"Xəzərin geologiyası sahəsində böyük mütəxəssis və ünlü alim akademik Xoşbəxt Yusifzadə ilə yaxından işləmək bizim üçün sonsuz bir şərəfdir".. . Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.. . "Azərbaycand

14 yanvar

Azərbaycanın bu zonasında yaşayanların xərçəngə tutulması ilə bağlı maraqlı FAKT

Geologiya və Geofizika İnstitutu tərəfindən Azərbaycanın yüksək təbii radiasiya fonu olan ərazilərində yaşayan əhalinin həyat keyfiyyəti və uzunömürlük fenomeni tədqiq edilib.. . İnstitutdan verilən məlumata görə, tədqiqat zamanı Talış zonasında radiasiya səviyyəsinin monitorinqi aparılıb, ərazidə uzunömürlülüyü

14 yanvar

"Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Sonxeber.az-ın suallarını cavablandırıb. . . -Öncə istərdik ki, oxucularımız Tural bəy haqqında daha ətraflı məlumat əldə etsinlər. Odur ki, bir qədər özünüz barədə danışmağınızı xahiş edirik.. . -1980 – ci il avqustun 23-də Bakı şəhərind

14 yanvar

Vilayət Eyvazov rüşvət alan polisi İŞDƏN ÇIXARDI (VİDEO)

Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.. . Unikal.org-un əldə etdiyi məlumata görə, Vilayət Eyvazovun əmri ilə, Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına lək

14 yanvar

Ən çox bu dairənin namizədləri qeydə alınıb

2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb.. . Sonxeber.az xəbər verir ki, ən çox deputatlığa namizədlərin qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsind

14 yanvar

Aygün Kazımova SSRİ-nin tarixinə düşüb - FOTO

Azərbaycanın xalq artisti Aygün Kazımova tarixə düşüb.. . Sonxeber.az oxu24.com-a istinadən xəbər verir ki, xalq artistinin 1989-cu ildə ifa etdiyi "Bu sevgi" mahnısı SSRİ-nin plastinka istehsal edən "Melodiya" şirkətinin arxivinə düşüb. Belə ki, nüfuzlu "Melodiya" firmas

14 yanvar

Azərbaycanda şəhid adı ilə "dəfn edildi", 40 gün sonra ortaya çıxdı - VİDEO

İsmayıllı rayonunda maraqlı hadisə yaşanıb.. . Sonxeber.az Xəzər TV-yə istinadla xəbər verir ki, 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edən Şəbyan kənd sakini, 48 yaşlı Zöhrab Həmzəyevin şəhid olması xəbəri gəlib.. . Meyit tanınmaz halda olduğundan onu həmin şəxsin meyiti kimi qəbul edib və dəfnin

14 yanvar