"Bəzi məmurlar o qədər rahatdırlar ki, üzlərindən sanki qan damır"- Hafiz Hacıyev
Xəbər verdiyimiz kimi yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə prezident İlham Əliyev vəzifələrindən sui-istifadə edən məmurlara irad tutmaqla yanaşı, onlara xəbərdarlıq da edib.
Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, cənab prezident dünən keçirdiyi iclasda haqlı iradlar Yalanları ilə cənab Prezidenti aldatmağa çalışırlar. Amma onlar unudurlar kimi prezident hər şeydən xəbərdardır. Cənab prezidentimizə xalqımızın köməyi və dəstəyi lazımdır. Əgər xalqımız cənab prezidentimizə dəstək olmasa bəzi məmurlar yalanları ilə onu aldatmağa çalışacaqlar. Çünki cənab prezidentimizin hər şeyi yoxlama imkanı yoxdur. Gərək ona bizlər də dəstək olaq. Düşünürəm ki, o məmurlar bu cür addımlarla ölkəni hara apardıqlarından xəbərsizdirlər. Cənab Prezidentimiz hər zaman xalqının taleyindən narahatdır. Bilirsiniz ki, düşmənlər torpaqlarımızı işğaldan azad etməyiblər. Əksinə, orada məskunlaşma işləri aparırlar. Çox təəssüf ki, bəzi məmurlar o qədər rahatdırlar ki, üzlərindən sanki qan damır. Hər biri kef içində yaşayır. Bəlli oldu ki, onlar millətin kartını oğurlayırlar. Əlbəttə, onların bir hissəsi həbs edildi. Digərlərinin həbs üçün işlər görülməlidir. Niyə tutulan icra başçılarına rəhbərlik edənlər həbs edilmədi? Bunların hamısı böyük faktlardır. Onların hər biri ortaya çıxmalıdır. Biz nəsə deyən zaman bizi qaralamağa çalışırlar. Hər halda çox ciddi proseslər başlayıb. Bu proseslərdə əminəm ki, cənab Prezidentimiz öz iradəsini göstərəcək".
Hafiz Hacıyev vurğulayıb ki, onun ətrafında olanların bəziləri bu günə kimi iqtisadi, siyasi və fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı tapşırıqları yerinə yetirməyib: "Bu gündən alverə başlayıblar. Dairə seçki komissiyalarında, rayonlarda saxta deputatların seçilməsinə çalışırlar. 25 il deputat olanları və "mən həzz alıram" deyənləri yenidən parlamentə qaytarmaq istəyirlər. Onlar çalışırlar ki, bu yolla ölkədə siyasi sabitliyi pozsunlar. Sabitliyi pozmağın da bir yolu var ki, cənab Prezidentin verdiyi bütün tapşırıqlara kölgə salsınlar. Cənab Prezidentimizin özü dedi ki, insanlarımızın yaxşı yaşaması üçün təyin etdiyim müavinatların kartlarını aparıb qohumlarının adına keçirdilər. Orada oturanlar bu prosesi görmürdülər? Bu gün parlament seçkilərində xalqın bir səsi nəzərə alıncaqmı? Çağırırlar birini metroya, digərini başqa yerə, rüşvətini alır. Ona görə xalqımızda böyük inamsızlıq yaranıb. Mən hər zaman cənab Prezidentimizi və onun siyasətini dəstəkləmişəm. Özü də gördü ki, ətrafındakılar düzgün olmayan, yalan informasiyalar verirlər. Deyilənlər üst-üstə düşmür".
Aysel Yusifqızı
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3749 Tarix: 14 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşGüclü leysan yağacaq, külək əsəcək - Bayram gününün HAVASI
Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabi
19 martƏhaliyə XƏBƏRDARLIQ - Martın 20-si gecə 3-dən etibarən... - FOTO
Sabah paytaxt Bakıda zəif və az səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq. xəbər verir ki, zəif səviyyəli qasırğa bu gecə saat 3-dən etibarən hiss edilməyə başlayacaq, səhər saat 9-a qədər davam edəcək. Həmçinin, martın 20-si günorta 12:00-da az səviyyəli geomaqnit qasırğası başlayacaq, 15:00-
19 martZəngilan aeroportuna aparan yolun tikintisi nə zaman başa çatdırılacaq?
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun Zəngilan beynəlxalq hava limanına qədər olan hissəsi tamamlanmaq üzrədir. Bunu "Report"a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin "Proyapı" şirkətinin idarə heyətinin sədr müavini Aki
19 martBalaəli estetik əməliyyat etdirəcək
Balaəli Maştağalı bir müddət əvvəl keçirdiyi avtomobil qəzası haqqında danışıb. O, bir müddət əvvəl keçirdiyi qəza zamanı avtomobili aşıb və nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Meyxanaçı özü də xəsarət alıb. O bildirib ki, qəza zamanı rolun burnuna dəyməsi səbəbindən burnu pis vəziyyətə düşüb v
19 martMəhkəmə institut direktorunun ölümü ilə bağlı qərar verdi
Ali Məhkəmədə Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Hüseynovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəm
19 martBakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
Bakı Kənar Dairəvi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisəyə səbəb yağışlı hava səbəbindən yolun sürüşkən olmasıdır. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Qəza yerindən görüntüləri təqdim edirik:
19 martAzərbaycanda üçüncü kurs tələbələri işlə TƏMİN EDİLƏCƏK? - AÇIQLAMA
Günümüzün ən böyük problemlərindən biri gənclərimizin iş tapa bilməməaisidir. Belə ki, tələbələr universitetdən məzun olduqdan sonra ixtisaslarına uyğun iş tapa bilmirlər. Bu baxımdan tələbələrin ikinci kursdan sonra, rəsmi əmək müqaviləsi ilə işləməsi üçün hansı addımlar atıla bilər? . Mövzu ilə bağl
19 martBayram günlərində bölgələrdə hava necə olacaq?
Azərbaycanın bölgələrində bayram günlərində, yəni martın 20-24-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərd
19 mart