"Bu uğurlu layihə neqativ halları aradan qaldıracaq"-Ekspert uşaq bağçalarına elektron qəbul sistemindən DANIŞDI

"Bu uğurlu layihə neqativ halları aradan qaldıracaq"-Ekspert uşaq bağçalarına elektron qəbul sistemindən DANIŞDI2020-ci ilin əvvəlində Bakının Nizami rayonunda uşaqların uşaq bağçalarına qəbulu üçün elektron sistemin tətbiqini nəzərdə tutan pilot layihə start götürür. Toplanmış təcrübənin gələcəkdə elektron sistemin paytaxtın digər rayonlarında tətbiqi zamanı istifadə edilməsi planlaşdırılır.
Sözü gedən layihənin icrası zamanı əsas üstünlüyün əhəmiyyətli antikorrupsiya effekti olacağını qeyd edərək material hazırlamaq tövsiyə olunur. Yerlərin məhdud olması səbəbindən Bakı şəhərindəki dövlət uşaq bağçalarına qəbul ənənəvi olaraq bir sıra çətinliklərlə (qeydiyyat məsələsi, ailənin yaşadığı coğrafiyanın uşaq bağçasının yerləşdiyi ərazi ilə üst-üstə düşməsi) müşayiət olunur, bütün bunlar isə uşaq bağçalarının rəhbərliyi tərəfindən sui-istifadə üçün geniş meydan yaradır.
Bu layihənin aztəminatlı və çoxuşaqlı ailələr üçün hansı mühüm sosial əhəmiyyəti olacaq?

Mövzu ilə bağlı təhsil eksperti Kamaran Əsədov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, hazırda ölkədə 1670 məktəbəqədər təhsil müəssisəsi, yəni körpələr evi, uşaq bağçası var. Bu qədər uşaq bağçasında yüz iyirmi minə yaxın uşaq təlim-tərbiyə prossesinə cəlb olunub.
Qeyd edim ki, bu say ümumi uşaqların yalnız 25% faizni əhatə edir. Azərbaycanda yalnız Bakı şəhərində 320-ə qədər məktəbəqədər təhsil müəssisəsi, körpələr evi, uşaq bağçası var. Amma regionlarda bu yoxdur.Hətta, elə bölgələr var ki, məslən Daşkəsən, Qax, Zaqatala, Naftalanda bir və yaxud iki körpələr evi, uşaq bağçası var, bu da ümumi uşaqların çox az faizini təşkil edir. Nəzərə alsaq ki, bir yaş həddində minimum ölkə ərazisində 120-130 min nəfər uşaq var. Deməli vəziyyət yaxşı deyil. Təəssüflər olsun ki, mövcud uşaq bağçalarına qəbul zamanı neqativ hallar var. Bağça rəhbərliyi qəbul zamanı valideynlərdən pul istəyir, digər tələbləri irəli sürür. Digər tərəfdən uşaq bağçalarında sıxlıq hədsiz dərəcədə çoxdur. Bir otaqda təlim-tərbiyə prosesi üçün 15-17 uşaq cəlb olunmalıdırsa, biz görürük ki, daha çox sayda uşaq var. Xüsusən Bakının Xətai, Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarında bağçalarda hədsiz dərəcədə uşaq sıxlığı müaşaiyət olunur. Yəni, tutumu 150-200 nəfər olmalı olan uşaq bağçalarında 400-450 hətta 500-ə qədər uşaqlar cəlb olunub. Təbii ki, bu bağçaların olmamasından irəli gəlirsə, digər tərəfdən sui-istifadə halları da var.Hər hansısa bir uşaq bağçasına yaxın ərazidə yaşayan valideyn müraciət etmək istədikdə ona yer olmadığı bildirilir. Amma kənardan gələn şəxs bu və ya digər ödənişi ödədikdən sonra onun övladı bağçaya qəbul edilir. Təbii ki, burada qeyri-qanuni ödənişdən söhbət gedir, bu da düzgün deyil. Bilirsiniz ki, 2017-ci ildə məktəbəqədər təhsil haqqında qanun layihəsi qəbul edilib. Qanun layihəsində qeyd olunur ki, ilk növbədə müəyyən sosial statusa malik olan şəxslərin övladları məktəbəqədər təhsil müəssisələrinə, ondan sonra yaxın ərazilərdə yaşayanlar cəlb olunmalıdır. Amma təəssüf ki, qəbul zamanı qeyd olunan prioritetlər əsas götürülmür. Mikro ərazi prinsipi mütləq təqdim olunmalıdır. Nizami rayonunda başlayan pilot layihə olduqca uğurlu bir variantdır. Bilirsiniz ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2011-ci ildə dövlət orqanlarında elektron xidmətin göstərilməsi ilə bağlı qaydaları artıq qüvvədədir. Bütün qəbul prosesi elektron qaydada olmalıdır. Əgər valideynlər həmin ərazidə yaşayırlarsa, birbaşa onlar istifadə etməlidirlər. Eyni zamanda bu uğurlu layihə neqativ halları aradan qaldıracaq, sosial ədalət prinsipi təmin olunacaq.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3543   Tarix: 14 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart