"ABŞ Süleymanini öldürməklə İranın yaxın ölkələrdəki əməliyyatlarına son vermək məqsədi güdürdü"-RƏY

"ABŞ Süleymanini öldürməklə İranın yaxın ölkələrdəki əməliyyatlarına son vermək məqsədi güdürdü"-RƏYABŞ Dövlət katibi Mayk Pompeo Süleymaninin ölümündən sonra dünya daha təhlükəsiz oldu deyib.
O, bildirib ki, yalnız "Əl-Qaidə" terror qruplaşmasının keçmiş lideri Usama Ben Laden İran generalı Qasım Süleymanidən daha çox amerikalı öldürüb.
"Usama Ben Laden istisna olmaqla, əlində Süleymanidən daha çox amerikalının qanı olan başqa bir terrorçu yoxdur. Süleymani 600-dən artıq ABŞ vətənpərvərini öldürüb. Onun ölümündən sonra dünya daha təhlükəsiz oldu", - Pompeo bildirib.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sonxeber.az-a danışıb. O, bildirib ki, Qasım Süleymaninin mənsub olduğu İslam Keşikçiləri Korpusu Amerikada bir müddət öncə terrorçular siyahısına salındı. Aydındır ki, onun liderini də amerikalılar terrorçu kimi qələmə verirlər. Halbuki digər dövlətlər İslam Korpusu ilə bağlı fərqli mövqedədilər. Yəni, Qasım Süleymanini terrorçu yox, İran generalı hesab edirlər. Yalnız Amerika onu terrorçu adlandırır və ona görə onu qətlə yetirdi.
Amerika onu niyə öldürmək istəyirdi və nəyə görə deyirdilər ki, o Amerikaya böyük ziyan vurub?
Çünki Qasım Süleymaninin rəhbəri olduğu Əl Qüds qrupu İrandan kənarda əməliyyatlar həyata keçirirdi. Amma amerikalılar hesab edirlər ki, İraqda olan şiə qruplarını Qasım Süleymani formalaşdırıb və amerikalı hərbçilərin ölümündə onun əli olub. Ona görə də onu neytrallaşdırdılar. Qeyd edim ki, Qasım Süleymanini neytrallaşdırmaqda Amerikanın başqa bir məqsədi, İranın yaxın ölkələrdəki əməliyyatlarına son vermək idi. Çünki Qasım Süleymani çox güclü general idi. Yəməndə, İraqda, Suriyada, Livanda şiə qruplarına maliyə, texniki dəstək verirdi, onları Amerika, İsrail maraqlarına qarşı formalaşdırırdı. Ona görə də Amerika bu cür generalı təhlükə sayırdı. İranın bu boşluğu doldurmağı çətin olacaq. Çünki 20 il Qasım Süleymani bu istiqamətdə fəaliyyət göstərdi. Xarizmatik general idi. Amerikalılar da bunu elə hesablayıblar ki, Süleymanini öldürməklə İranın bölgədəki maraqlarına zərbə vurmuş olacaqlar".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3355   Tarix: 14 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel