Ev və maşın arzusunda olanları aldadıb 60 min manat aldı - FOTO

Ev və maşın arzusunda olanları aldadıb 60 min manat aldı - FOTOAzərbaycanda iş, təqaüd və sosial yardım düzəltmək adı ilə vətəndaşlara qarşı 60 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.

Sonxeber.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Beyləqan rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq etdiyinə görə məhkum olunmuş Beyləqan rayonu, Əhmədli kənd sakini Rauf Süleymanov tutulub.

İstintaq zamanı R.Süleymanovun Beyləqan rayonu ilə yanaşı, Bakı, Gəncə və Ağcabədi şəhər və rayonlarında yaşayan ayrı-ayrı vətəndaşları işə düzəltmək, xəstəliklərə görə təqaüd və sosial yardım düzəltmək, həmçinin Qarabağ əlillərinə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə inandıraraq, onlara qarşı dələduzluq etdiyi, ümumilikdə 60 min manata yaxın məbləğində ziyan vurduğu müəyyən olunub.

R.Süleymanovun digər şəhər və rayonlarında analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Beyləqan Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02122) 5-20-15 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.


Sonxeber.az Telegramda izləyin
Kriminal   Baxılıb: 2950   Tarix: 14 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bakıda 6 qızı kişilərə satan Təranə HƏBS EDİLDİ

Bakıda insan laveri ilə məşğul olan qadın məsuliyyətə cəlb edilib.. . News24.az-ın məlumatına görə, Abdullayeva Təranə Qurban qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1-ci, yəni, insan alveri - iki və ya daha çox şəxs barəsində törədildikdə maddəsilə açılan işin ibtida

14 yanvar

Bakıda sürücü müdirinin seyfini oğratdı - külli miqdarda pul... - FOTO

Mənzildən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar. . . AZXEBER.COM xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində ötə

14 yanvar

Bakıda kişi baldızını öldürdü, arvadını bıçaqladı - Məhkəmə

Bakıda baldızını bıçaqlayaraq öldürməkdə, arvadına isə xəsarət yetirməkdə təqsirləndirilən İmişli rayon sakini, 1981-ci il təvəllüdlü Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.. . Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tuta

14 yanvar

İşə düzəlmək istəyən qızı aldadıb evinə gətirdi, sonra... - Azərbaycanda ŞOK OLAY

Bakıda zorlama və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Xəqani Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.. . Publika.az-ın xəbərinə görə, ailəli olan Xəqani Paşayev hazırkı cinayət işindən əvvəl də cinayət törədib. Başq

14 yanvar

Bakıda quldurluq edən şəxs tutuldu - FOTO

Binəqədi rayonunda quldurluq edən şəxs saxlanılıb.. . Sonxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Əliyev yanvarın 13-də saat 15 radələrində S.Məmmədova küçəsində 1 nəfərin onu bıçaqla hədələyərə

14 yanvar

Mənzildən oğurladığı pulları restoranlarda xərcləyən şəxs saxlanıldı

Xaçmazda mənzildən oğurluq edən şəxs saxlanılıb.. . Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.. . Bildirilir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-c

14 yanvar

Bakıda direktorun otağından pul oğurlandı

Bakıda çörək zavodunun direktorunun otağından pul oğurlanıb.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən "Muğan" ASC-yə məxsus çörək zavodunda qeydə alınıb.. . Belə ki, ASC-nin direktoru Kamil Mirişovun xidməti kabinetindən 4000 mana

13 yanvar

Bakı sakininin evində 1 kq-dan heroin aşkarlandı

Bakı sakinindən narkotik vasitə götürülüb.. . Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bak

13 yanvar

Bakıda qadından dəhşətli cinayət - Affekt vəziyyətdə törətdi

Bakıda həmcinsini qətlə yetirən qadın barəsində açılan cinayət işinin ibtidai sitintaqı başa çatıb.. . News24.az-ın məlumatına görə, Aynur Səmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 122.1-ci (Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsı

13 yanvar