MTK dələduzları qurbanlarını belə tələyə salır-Hüquqşünas çıxış yolunu göstərdi

MTK dələduzları qurbanlarını belə tələyə salır-Hüquqşünas çıxış yolunu göstərdi"Mənzilin sahəsi hesablanarkən, xarici divarlar əsas götürüldüyünə görə, otaqlar ayrılandan sonra mənzilin sahəsi müqavilədə göstəriləndən az olur".
Yenicag.az xəbər verir ki, tanınmış hüquqşünas Vüsalə Muradova diqqəti mənzil-tikinti kooperativlərinin (MTK) alıcılara qarşı qanunsuz əməllərinə yönəldərək, vətəndaşların bu məsələdə öz hüquqlarını təmin etmələrinin yollarını göstərib.
Vüsalə Muradova MTK-ların dələduzluq əməlləri və qanunsuz tələbləri ilə üzləşən vətəndaşları öz hüquqlarını qorumağa çağırıb:

"Vətəndaşların mənzil-tikinti kooperativlərindən (MTK) şikayətləri bitmir. Vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsi, müqavilə şərtlərinin kobud surətdə pozulması, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxması, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsi, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsi, yol verilən süründürməçilik, qazın və suyun vaxtında verilməməsi, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılması ilə bağlı şikayətlərlə rastlaşırıq.

Dəfələrlə qəzet və sosial şəbəkələrdə siyahilara rast qəlirik ki, bəzi MTK-lar bir mənzili bir neçə nəfərə satıb, vətəndaşları aldadırlar. Belə ki, MTK-ların "dələduzluq" halları bununla yekunlaşmır. Çıxarış ("Kupça") verilməyən mənzilin sahibi onu başqa vətəndaşa satmaq istəyəndə, qanuna əsasən, mənzilin sahibi həm də MTK-nın üzvü olduğu üçün (payçı) hər hansı bir vəsait ödəmədən mənzili digər vətəndaşın adına keçirə bilər.

MTK-lar isə bunun üçün vətəndaşdan müəyyən məbləğ pul tələb edirlər. Bununla yanaşı, evin əvvəlki sahibinə verilən sənədi qanunsuz olaraq, cırıb atırlar. Nəticədə mənzilin MTK-dan birbaşa ikinci müştəriyə satıldığı məlum olur.

"İş başında olan" bir çox dələduz MTK rəhbərləri həmin insanların hüquqi savadsızlıqlarından və həm də qanunvericilikdə mövcud olan müəyyən boşluqlardan öz mənafeləri naminə məharətlə istifadə edirlər. Təbii olaraq, dövlətimiz müvafiq orqanları cəmiyyətimizin bu cür çirkin mənzərəsi ilə fasiləsiz mübarizə aparır və bu cür şəxslərin böyük əksəriyyəti özlərinin layiqli cəzalarını almaqdadırlar.

Qanunda MTK-ların qeyri-kommersiya qurumu olduqları göstərilir. Əslində isə MTK-lar biznes qurumlarıdır. MTK strukturu sadəcə, bu biznes qurumunun üzərinə çəkilmiş "pərdə" rolunu oynayır.

Müqavilədə binanın inşası ilə bağlı müddətin göstərilməməsi və tikinti şirkətlərinin mənzil sahəsini özlərinə sərf edən formada hesablaması, son nəticədə müqavilədə göstəriləndən az sahənin təqdim olunması mülkiyyət sahiblərinin haqlı narazılığına səbəb olur.

Bundan başqa, tikinti şirkətləri normalara, sahələrin hesablanması qaydalarına əməl etmirlər. Mənzilin sahəsi hesablanarkən, xarici divarlar əsas götürüldüyünə görə, otaqlar ayrılandan sonra mənzilin sahəsi müqavilədə göstəriləndən az olur.

Əslində tikinti şirkətlərinin əlində olan layihə ilkin layihədir. Mənzilin sahəsi ilə bağlı dəqiqləşmə bina təhvil verildikdən sonra məlum olduğundan, son hesablama bu zaman aparılmalıdır.

Mənzil alarkən, müqavilənin şərtlərinə diqqətlə baxmağı tövsiyə edirəm. Yaxşı olar ki, alıcı mənzildəki otaqların, eyvanın və sair hissələrin sahəsinin ayrı-ayrılıqda göstərilməsini tələb etsin. Müqavilədə bunlar aydın şəkildə göstərilsə, alıcı məhkəmədə hüquqlarını da asanlıqla müdafiə edə biləcək.

Tikintilərin Dövlət Reyestrinin yaradılması ilə bu problemlər mərhələli şəkildə öz həllini tapacaq, bu reyestr vasitəsi ilə tikinti müddətinə, yerləşdiyi ünvana, tikintinin aparılmasına, çox güman ki, sonradan satışına da nəzarət ediləcək. Bununla da tikinti şirkətlərinin alıcıları aldatma halları əhəmiyyətli dərəcədə azalacaq.

Başqa bir mövzu da MTK-ların dövlətin pulsuz verdiyi sayğacları pulla satmalarıdır. Lakin bu, bizim başqa ağrılı mövzumuzdur. Hazırda aparılan siyəsatin nəticəsi olaraq, binaların təhvili başlayıb, lakin bu dəfə məzil sahibinin çıxarışını əldə etməsi üçün tələb olunan sənədlər arasında MTK ilə bağlanmış müqavilədən başqa, ümumi iclasın protokolu və maliyə arayışı da tələb olunur.

MTK rəhbərliyi bu sənədlərin verilməsi üçün mənzil mülkiyyətçilərindən kütləvi qaydada pul tələb edir. Yenə el dilində desək, mənzil sahibinin "boğaz"ı MTK rəhbərliyinin əlində qalır.

Bu vəziyyətdə nə etmək olar? Mənzil sahibi heç bir halda bu pulu ödəmək məcburiyyətində deyil. Əgər, bina artıq təhvil verilibsə, Fövqəladə Hallar Nazirliyinin (FHN) istismar aktı varsa və Əmlak Komitəsinin rəsmi saytında qeydiyyatı mövcuddursa, o zaman məhkəməyə müraciət edərək, dərhal çıxarışın alınmasını məhkəmə qərarı şəklində təmin etmiş olacaq. Bu qanuni qüvvəyə minmiş qərarı Əmlak Komitəsinə təqdim edərək, çıxarış əldə etmək olar. Pul istəsələr də verməyin, haqqınızı tələb edin!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1606   Tarix: 15 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021