"Sən o yeməkdən mənə verməyəcəksən, hə?"- Yemək davası edən aktyor- FOTOLAR

"Sən o yeməkdən mənə verməyəcəksən, hə?"- Yemək davası edən aktyor- FOTOLAR"Mənfi obrazı oynamağı sevirəm. Mən aktyoram. Bu mənim işimdir. Həyatda elə bir insan deyiləm".

Bunu Sonxeber.az-a Atv telekanalında yayımlanan "Bir qadın" serialından tanıdığımız, Aydın rolunu canlandıran Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Cümşüd Zeynalov bildirib. Avara həyat tərzi sürən, həm də evdə ancaq yemək davası edən rolu ilə tamaşaçıların rəğbətini qazanan aktyor serialda izlənən xüsusi personajdır:

""Bir qadın" serialı "Oskar Production" ın layihəsi idi. Serial həmin şirkətin istehsalıdır. Mən bu serialdan əvvəl "Uçurum" serialında oynamışam. Mövsüm finalı bitdi və məni həmin şirkətin baş prodüsseri Yaşar Əhmədov "Bir qadın" serialında Aydın obrazını canlandırmağa dəvət etdi. Məni dəvət edib rol haqqında məlumat verdilər və rol mənim çox xoşuma gəldi".

Aktyor obrazı xarakterik və gülməli nüansları olduğu üçün bəyəndiyini açıqlayıb. Real həyatda isə obrazdakı kimi qarınqulu olmadığını, həmçinin ailəsinə düşkün olduğunu bildirib. Həmçinin oynadığı rola görə əks cinsin gülüş hədəfində olmağından narahat olmadığını da açıqlayıb:

"Həmin işdə quruluşçu- rejissor Şahin Qəhrəman və rejissor Zaur Hüseynin rolu var. Ümumiyyətlə mən mənfi obrazları oynamağı daha çox sevirəm. Oynadığım rollarda çox zaman mənfi rolda çıxış etmişəm.
Mənfi və xarakterik obrazları oynamağı sevirəm. Həmin mənfiliyi göstərərək elə insanların olduğunu göstərməyə çalışıram. Həyatda o cür insanlar var. Məsələn, Aydın obrazını götürək, onun həyatda prinsipi nədir? Aydın üçün yemək olsun, işləmək olmasın. Yesin, yatsın. Nə uşaq qədri, nə ailə qədri bilir. Belə düşüncələr məni qətiyyən narahat etmir. Mən aktyoram. Bu mənim işimdir. O obrazdır, mən deyiləm. Həmin serialda mənim bir qızım var, amma həyatda iki qızım, bir oğlum var. Mənim aktyor dostlarım da bilir ki, mən həyatda ümumiyyətlə çox ailəcanlı insanam. Mən həqiqətən də ailəmi çox sevirəm, uşaqlarım üçün yaşayıram. Şablon səslənə bilər, amma həqiqətən də belədir".

Şəlalə Babayeva
"Sən o yeməkdən mənə verməyəcəksən, hə?"- Yemək davası edən aktyor- FOTOLAR"Sən o yeməkdən mənə verməyəcəksən, hə?"- Yemək davası edən aktyor- FOTOLAR"Sən o yeməkdən mənə verməyəcəksən, hə?"- Yemək davası edən aktyor- FOTOLAR"Sən o yeməkdən mənə verməyəcəksən, hə?"- Yemək davası edən aktyor- FOTOLAR"Sən o yeməkdən mənə verməyəcəksən, hə?"- Yemək davası edən aktyor- FOTOLAR"Sən o yeməkdən mənə verməyəcəksən, hə?"- Yemək davası edən aktyor- FOTOLAR"Sən o yeməkdən mənə verməyəcəksən, hə?"- Yemək davası edən aktyor- FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3378   Tarix: 15 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi

93 yaşlı əslən amerikalı media maqnatı Rupert Merdok ilk dəfə 67 yaşlı nişanlısı Elena Jukova ilə görüntülənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, cütlük "Breakthrough Prize" elm mükafatlarının təqdimetmə marasiminə birgə qatılıb. Xatırlada

20 aprel
.

"Qızlarıma cehiz vermək üçün bağımı satdım" -Əməkdar artist

Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:. "Bağım var idi. Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, ind

23 aprel
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı GÖRÜN NƏ PAYLAŞDI- FOTO

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

21 aprel
.

Cavanşir Məmmədovun ÖLÜM SƏBƏBİ BİLİNDİ

Əməkdar artist Cavanşir Məmmədovun vəfatından danışan Əməkdar artist Firuzə İbadovanın qızı onun ürəyində problem olduğunu vurğulayıb. O, -a açıqlamasında bildirib ki, Cavanşir Məmmədovun ürəyinə dörd ədəd stent qoyulub:. "Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Biz

20 aprel
.

Sərxan Kərəmoğlu məşhur aparıcını "yıxdı, sürüdü"

Aparıcı Kamran Həsənlinin dünən teleaparıcılar haqqında söylədiyi "Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği, verilişlərin aparıcılarının saxlayanı var" fikrinə cavab şoumen aparıcı Sərxan Kərəmoğludan gəlib. xəbər veri

19 aprel
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22 aprel
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21 aprel
.

Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22 aprel
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19 aprel