"Azərbaycan ərazisində təkcə cənubda yox, şimalda da çay əkmək olar"-Ekspert rəyi

"Azərbaycan ərazisində təkcə cənubda yox, şimalda da çay əkmək olar"-Ekspert rəyiRəsmi bayram olmasa da, dünyanın aparıcı çay məhsulları istehsalçıları Hindistan, Şri-Lanka, Banqladeş, Nepal, Vyetnam, İndoneziya, Keniya, Malaziya, Uqanda və Tanzaniya onu bayram kimi qeyd edir. Bu gün həmin ölkələrin ictimaiyyəti çay məhsulları istehsalı sahəsində işçilərin vəziyyəti, kiçik çay istehsalçılarının iri korporasiyalarla mübarizədə qarşılaşdıqları çətinliklər, həmçinin bu içkinin dünyada populyarlaşması kimi məsələləri müzakirə edir.
Azərbaycanda çay sənayesinin gələcək inkişaf potensialı və imkanları nələrdir?
İxrac və Azərbaycana valyuta mədaxilləri məsələləri necədir?

Sonxeber.az mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirlini danışdırıb. O, bildirib ki, Azərbaycanda ölkəyə əsas valyuta gətirən məhsul karbohidrogen ehtiyatlarının satışından əldə olunan gəlirlərə aiddir:
"Ölkədə çay istehsalı ənənəsi olsa da, son illər çay sənayesinə diqqət müəyyən qədər azalıb. Bu sənaye hazırda ölkənin daxili tələbatının ödənilməsində əsas yer tutur. Lakin, bu çay məhsullarının ixracı hesabına ölkəyə valyutanın gətirilməsi məsələsi çox kiçik rəqəmlə ifadə oluna bilər. Bunun dəqiq məbləğini bilmirəm amma onu bilirəm ki, çay ixracatı, ölkə ixracatının heç 1%-i həcmində də deyil. Bu sahənin böyüməsi, imkanların genişləndirilməsi, ölkə daxilindən dünya bazarına məhsul çıxarılması imkanları var. Məsələn, sadaladığınız ölkələrdəki qədər olmasa da amma ixracatın bu istiqamətini genişləndirmək olar. Ölkədə buna mane olan əsas məsələ bu sahədə ciddi rəqabətin olmaması və çay istehsalına dəstəyin azalmasıdır. Məsələn Sovetlər dönəmində çay təkcə cənub bölgəsində yox, həmçinin şimal bölgəsində, yəni, Zaqtala rayonunda əkilib. Zaqtalada əkilən çay dünya bazarında rəqabət qabiliyyətli çay olub. Həmin çay birbaşa SSRİ-nin ixracat məhsulları siyahısına daxil edilib. SSRİ dağıldıqdan, Azərbaycan müstəqillik qazandıqdan sonra Zaqtaladakı çay plantasiyaları da diqqətsiz qaldı. Həmin vaxt çayın növündən yoxsa iqlimindən asılı idi, dəqiq deyə bilmərəm. Amma onu bilirəm ki, Zaqqtala çayı dünya bazarında rəqabət qabilliyyətli məhsul olubdur. Cənubda istehsal edilən çay isə əsasən yerli istehsal üçün nəzərdə tutulub. Yəni, Hindistan, Şri-Lanka, Banqladeş, Nepal, Vyetnam, İndoneziya, Keniya, Malaziya, Uqanda və digər ölkələrdə əkilən çaylarla rəqabət aparan çay deyil. İqlimə uyğun çay sortlarının gətirilməsi çox güman ki, cənub bölgəsində də dünya bazarında rəqabət qabiliyyətinə malik olan çaylar yetişdirmək olar. Ümumiyyətlə bunun üçün ölkədə çay istehsalçılarının genişləndirilməsinə, onların stimullaşdırılmasına ehtiyac var ki, ölkənin daxili bazarı tam təmin edilsin və bu mərhələdə dünya bazarında rəqabət apara biləcək çay sortları ortaya çıxsın ki, bizim bu məhsulun ixrac potensialı genişlənsin. Hesab edirəm ki, Azərbaycan da, çay istehsalçısı kimi bu günü qeyd etməlidir. Biz bununla həm iqtisadi, həm də, dünya bazarına çıxmaq üçün özümüzü mənəvi olaraq haqlı hesab etməliyik. Bu sahə potensialı geniş olan sahədir. Azərbaycan ərazisində təkcə cənubda yox, şimalda da çay əkmək olar. O təcrübəni yenidən geri qaytarıb, dünya bazarında rəqabət qabiliyyətli çay istehsal edə bilərik. Əlbəttə, çox yaxşı haldır ki, Azərbaycanın cənub bölgəsində "Astaraçay", "Lənkərançay" brendi altında ən müasir texnologiya ilə yerli çaylar istehsal olunur. Bu çayların istehsalını, eyni zamanda keyfiyyətinin daha da yaxşılaşdırılmasını, dünya ölkələrindəki çaylarla rəqabət qabilliyyətinə malik olmasını təmin etmək üçün xüsusi mütəxəssilər və düyna ölkələri ilə təcrübə mübadiləsi çox vacibdir.
Qeyd edim ki, dünyada çay istehsalında belə bir tendensiya var, çaya qatılan süni rənglərin istifadəsindən çəkinmək. Dünya bazarında bu gün brend çayların tərkibini süni qatqıların vurulması aşkarlanan kimi, o çayların reytinqi tamamilə aşağı düşür. Ona görə də mən Azərbaycan çayçılarını süni dad, rəng, ətir vurmadan təbii çay istehsal etməyə çağırıram. Sortlaşdırsınlar, texnologiyanı yüksəltsinlər yəni bu yolla istehsalı və onun keyfiyyətini artırsınlar. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu gün Azərbaycan bazarlarında satılan çayların 90%-də süni rəng və dad qatqıları var".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1599   Tarix: 15 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021