"Mənim xanımım hara gedəcəyini bilən qadındır" - İmamoğlu

"Mənim xanımım hara gedəcəyini bilən qadındır" - İmamoğluİstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) rəhbəri Əkrəm İmamoğlu Fransada öldürülən Kürd Fəhlə Partiyasının yaradıcılarından biri Səkinə Cansızın "Hep kavgaydı yaşamım" adlı kitabının qurumun nəzdində fəaliyyət göstərən İstanbul Kitabçısı tərəfindən satışa çıxarılmasına münasibət bildirib.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, İmamoğlu jurnalistlərə açıqlamasında kitabın Türkiyə ərazisində hər yerdə satıldığını bildirib.

"Bu şəkildə aparılan müzakirələr bizi incidir. Kitab mövzusu illər öncə də başqa formada tənqidlərə səbəb olmuşdu. Cənab Dəmirtaşa (Xalq Demokratik Partiyasının (HDP) keçmiş həmsədri- red.) aid kitab hər yerdə satılır. Dövlətin qurumları da buna daxildir. Poçt və Teleqraf Təşkilatının (PTT), Türkiyə Böyük Millət Məclisinin (TBMM) saytında var, girib baxın.

İqtidara çox yaxın kitabçıda da var. Başqa yerlərdə də var. Ola bilər, olmalıdır da. Hər hansı bir kitabın ölkə ərazisində qadağan edilməsinə məhkəmələr, hakimlər qərar verməlidirlər. Digər kitabla ("Hep kavgaydı yaşamım"-red.) bağlı deyim ki, 5 ildir satışdadır. Yeni deyil yəni...5 ildir ki, İstanbul Kitabçısında satılır. Amma səsləndirilən haqlı tənqidlərdən sonra o kitabın satışını saytımızda ləğv etdik", - İBB rəhbəri vurğulayıb.

Əkrəm İmamoğlu bir müddət öncə xanımı Dilək İmamoğlunun Dəmirtaşın xanımı Başak Dəmirtaş və CHP sədri Kamal kılıçdaroğlunun xanımı Selvi Kılıçdaroğlu ilə birlikdə HDP-nin sabiq həmsədrinin "Devran" əsəri əsasında səhnələşdirilən tamaşasını izləməsindən sonra onun haqqında səsləndirilən tənqidi fikirlərə də reaksiya verib:

"Mənim xanımım yaxşı təhsil almış, universitet bitirmiş, magistratura, doktorantura təhsili alan bir türk qadınıdır. Xanımım hara gedəcəyini yaxşı bilir. Türkiyə və dünya ilə bağlı şərh verə bilən, ona görə də hara gedə biləcəyini bilən türk qadınıdır. Sadəcə mənim xanımımın deyil, ora gedən digər qadınların da eyni şəkildə olduğunu düşünürəm. Elədir də... Düşünürəm ki, qadınlar bu ölkənin birliyinə və qardaşlığına ən böyük töhfəni verəcəklər. Kaş ki, kişi çənələri bu mövzuda az danışa...".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 5327   Tarix: 15 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əsl anasını 25 il sonra efirdə tapdı - İzləyicilər ŞOKDA

Türkiyənin ATVkanalında yayımlanan Esra Erol proqramına qatılan 26 yaşlı Uğur Yeşilçimen 5 il əvvəl vəfat etdiyi deyilən anasının əslində xalası olduğunu öyrənib. Esra Erol Uğuru əsl anası Banu ilə görüşdürülüb. Türkiyə mediasına istinadla bildirir ki, hələ 17 günlük olarkən Antalyada övladlığa götürülə

22 aprel
.

İranın xarici işlər naziri İsfahan üzərində vurulan PUA-ları uşaq oyuncağı adlandırıb

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 19-da səhər İsfahan əyalətinə pilotsuz uçan aparatlarla (PUA) hücumun İsrail tərəfindən edildiyini təsdiqləməyib və onları "uşaq oyuncaqları"na bənzədib. "Dünən baş verənlər zərbə deyil. Bu, daha çox uşaqlarımızın oynadığı oyuncaqlar

21 aprel
.

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb, ölənlər var

Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb. Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilə

21 aprel
.

Myanmada toqquşmalar səbəbindən 3 minə yaxın sakin Tailanda köçüb

Myanmada son iki gündə hökumət qüvvələri ilə etnik silahlılar arasında qarşıdurma fonunda 3 minə yaxın sakin Tailandla sərhədi keçib. "Report"un "Maticon" qəzetinə istinadən xəbər verir ki, bunu Tailandın xarici işlər naziri Panpri Pittanukon deyib. "Hazırda Myanmadan olan

21 aprel
.

İntihar edən şəxsin məzarını açıb CANLI YAYIMDA yandırdı -Səbəbi hər kəsi ŞOK ETDİ - VİDEO

Türkiyədə intihar edən şəxsin məzarını yandırıblar. xarici mediaya istinadən xəbər verir ki, intihar edən şəxsin bir şəxsə borcu olub. Həmin şəxs intihar edən borclusunun məzarını açıb yandırıb. Borcu verən şəxs həmin anları sosial şəbəkədə canlı yayımlayıb. Hücum edən şəxs mərhumu təhqir edib: "B

23 aprel
.

İran-İsrail qarşıdurması: Yeni dünya müharibəsi realdırmı? - ARAŞDIRMA

HƏMAS-la İsrail arasında gərginlik səngiməmiş bəşəriyyət növbəti müharibənin baş vermə təhlükəsini yaşadı. Söhbət tarixə "qəribə" və "müəmmalı müharibə" kimi düşən İranla İsrail arasında yaşananlardan gedir. Əslində bu iki dövlət arasında qarşılıqlı hərbi həmlələrin baş verəcəyi gözlənilə

21 aprel
.

"Patriot"lar, qırıcılar lazımdır, kömək edin - Zelenski

"Patriot" zenit-raket sistemləri yalnız hərəkətdə olduqda hava hücumundan müdafiə sistemləridir. Müasir qırıcılar indiki nəsillərin övladlarının və nəvələrinin sülh və əmin-amanlıq içində yaşayıb-yaşamayacağına qərar verildiyi yerdə lazımdır. -a istinadən bildirir ki, bunu Ukrayna Prezident

21 aprel
.

Kuleba yardımın təsdiqlənməsinə reaksiya verib: ABŞ-nin tərəddüd edəcəyinə inananların bəd günüdür

Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardımı ehtiva edən qanun layihəsini təsdiqləməsini "Amerikanın tərəddüd edəcəyinə inanmağa cəsarət edənlərin bəd günü" adlandırıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın baş diplomatı sosia

21 aprel
.

Litva və Polşa birgə hərbi təlimlərə başlayıb

Litva və Polşa hərbçiləri NATO müttəfiqlərinin iştirakı ilə Suvalki dəhlizi adlanan ərazidə təlimlər keçirir. "Report" xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb. Təlimlərdə Samogitiya motoatıcı briqadası və müttəfiq birləşmələrdən 1,5 min hərbi qulluqçu, həmçini

21 aprel