Başqa qurumdan ehtiyata buraxılan polkovnik Müdafiə Nazirliyindən nə istəyir? (REPLİKA)

Başqa qurumdan ehtiyata buraxılan polkovnik Müdafiə Nazirliyindən nə istəyir? (REPLİKA)Son günlər Azərbaycan hökumətinə, islahat və stabilliyi tənqid etməyə meylliyi ilə məşhur olan sosial şəbəkələrin Azərbaycan seqmenti və bir sıra aztanınan xəbər portalları Milli Ordu və onun komandanlığının imicini var gücləri ilə ləkələməyə çalışırlar.

Maraqlısı odur ki, uzun zamandır mövzu və ittihamlar eynidir, lakin qəhrəmanlar fərqlidir və onlardan biri – öz daimi narazılığı ilə məşhur olan keçmiş komissarlıq işçisi Fəttahov Ağaverdi Xanağa oğludur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin polkovniki formasını geyinən A.Fəttahov gecə-gündüz bilinməyən səbəblərdən Müdafiə Nazirliyinin ona boclu olduğu imtiyazları tələb edir. Əlbəttə ki, o Müdafiə Nazirliyində xidmət edib, lakin ehtiyata tamam başqa təşkilatdan çıxıb! Bəs niyə öz narazılığını onlara bildirmir?

1989-cu ilə qədər Odessa, Türkmənistan və Zaqafqaziya Hərbi Dairəsində xidmət etdikdən sonra A.Fəttahov özünü beynəlmiləlçi-döyüşçünün, Əfqanıstan və işğal olunmuş Qarabağ ərazilərində müharibə iştirakçısının şöhrətini özünə yazır. Maraqlıdır ki, hansı adla?

Bəlkə o unudub ki,1990-cı ildən başlayaraq ölkəmizin sərhəd bölgələrində qızğın döyüşlər getdiyi bir vaxtda bu adam hərbi komissarlıq sistemində xidmət edib və müxtəlif rayonlarda məsul vəzifələrdə çalışıb. A.Fəttahov səfərbərlik və çağırışla əlaqəli vəzifələrdə- fiziki hazırlıq təlimatçısı, şəxsi heyətlə iş üzrə təlimatçı (zampolit), rayon Hərbi Komissarlıqların rəisi işləyib. Nəticə etibarilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti formalaşdıqdan sonra şirin tort payının arxasınca düşərək digər tərəfə keçib, çünki hərbi zabitin ağır iş rejimi onun kimi lüks həyat tərzi sürən insana uyğun gəlmirdi.

Qeyd etmək lazımdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə keçdikdə onun 20 il xidməti yox idi, ona görə onun Müdafiə Nazirliyinə qarşı narazılığının nəyə əsaslandığı aydın deyil.

Əgər tənqid etdiyin Müdafiə Nazirliyi belə pisdirsə, bəs nəyə görə sən MN-nin Mərkəzi Klinik Hospitalında müalicə keçməkdən diksinmədin? Axı, Müdafiə Nazirliyi müalicə müddətində hər şeylə təmin edərək sənə yaxşılıq etdi. Bəs onda niyə narazılığını bildirərək müalicədən imtina etmədin?

Başqa qurumun hospitalında niyə müalicə almadın?

Həsənov Əhməd
Ehtiyatda olan polkovnik


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1902   Tarix: 16 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021