Ekspert: "Son bir ildə Azərbaycanın ixrac potensialının genişlənməsində Karbamid zavodunun mühüm rolu var"

Ekspert: "Son bir ildə Azərbaycanın ixrac potensialının genişlənməsində Karbamid zavodunun mühüm rolu var"2019-cu il yanvarın 16-da SOCAR-ın Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodunun açılışı keçirilib. Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir.

Bəs, bu zavodun ölkə iqtisadiyyatı üçün hansı üstünlükləri var? Ümumiyyətlə, bir il ərzində zavod hansı töhfələr verib?

Zavodun fəaliyyətini şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, Karbamid zavodunun istismara verilməsi ilə Azərbaycanın qeyri-neft sektoruna böyük töhfə verilmiş oldu. O qeyd edib ki, bu zavod kimya sənayesi ilə əlaqəli olsa da, bilavasitə onun məhsulları qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli olduğundan fəaliyyətini birmənalı şəkildə ölkənin qeyri-neft sektoru üçün vacib hadisə hesab etmək olar: "Karbamid zavodunun fəaliyyəti ölkədə bilavasitə qeyri-neft sektorunun inkişafı üçün olduqca zəruri əhəmiyyət kəsb edir. Zavodda istehsal olunan məhsul kənd təsərrüfatı üçün olduqca gərəklidir. Zavod kənd təsərrüfatını karbamid gübrəsi ilə təmin edir".

Ekspertin qənaətincə, bu zavodun Azərbaycanda olması hər şeydən öncə xarici valyutanın ölkədən axınının qarşısının alınma vasitələrindən biri hesab olunmalıdır. "Əvvəllər karbamid gübrəsi xaricdən gətirilirdi. Zavodun fəaliyyətinin ən mühüm əhəmiyyəti odur ki, bu məhsullarla bağlı ölkədən xarici valyuta axınının qarşısı alındı. Həmin zavodun fəaliyyətinin ən birinci əhəmiyyəti budur",- deyə o vurğulayıb.

P.Heydərov xatırladıb ki, zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) çərçivəsində tikilib. Ekspert bildirib ki, bu isə həmin zavodun ölkənin aqrar sektoru üçün nə cür əhəmiyyət kəsb etdiyinin əsas göstəricisidir.

O, zavodun məşğulluq yaratmaq baxımından da əhəmiyyətini vurğulayıb: "Zavod elə formada investisiya qoyularaq təşkil olunub ki, orada istismar dövründə 400-500 nəfər işlə təmin olunur".

İqtisadçı-ekspert zavodun ölkəyə valyuta cəlb etmək baxımından da rolunu qeyd edib. "Zavodda istehsal edilən məhsul daxili tələbatı ödəməkdən əlavə, həm də ixrac edilir. Beləliklə, ölkəyə valyuta cəlb olunur, xarici valyuta gətirilməsi təmin edilir. Yəni, bu zavodun əhəmiyyəti çox böyükdür",- o bildirib.

P.Heydərov, həmçinin əlavə edib ki, zavod son bir il ərzində ölkənin ixrac potensialının genişləməsi, ölkədən qeyri-neft məhsullarının ixracının genişlənməsi tempində mühüm rol oynayır: "2019-cu ildə ölkədə qeyri-neft xarakterli məhsulun ixracında əldə edilən valyutada bu zavodun da fəaliyyətinin mühüm rolu olub".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1398   Tarix: 16 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel
.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel