"2020-ci ildə neftlə bağlı hansısa ciddi qiymət artımının olacağı gözlənilmir"-RƏY

"2020-ci ildə neftlə bağlı hansısa ciddi qiymət artımının olacağı gözlənilmir"-RƏYOPEK-in yanvar hesabatında deyilir ki, OPEK 2020-ci ildə neft tələbatının artması ilə bağlı proqnozunu sutkada 0,14 milyon barel artıraraq sutkalıq 1,22 milyon barelə qaldırıb.
Dünyada neftə tələbatın artmasının "Azeri Light" markalı neftin qiymətinə necə təsir göstərə biləcək və bu Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Elşad Məmmədov açıqlama verib. O, bildirib ki, bu gün neft bazarındakı tələbatın artımı və gələcəkdə də gözlənilən artım o səviyyədə deyil ki, qiymətlərin hansısa bir artım korreksiyasına təsir göstərsin. Digər tərəfdən biz görürük ki, ABŞ neft hasilatı ilə bağlı faktiki olaraq aparıcı dövlətə çevrilir və neft təklifi kəskin şəkildə artır. Əgər OPEK razılaşması olmasaydı bu gün biz başqa neft qiymətlərinin, yəni neftin xeyli dərəcədə daha aşağı qiymətlərdə olmasının şahidi olacaqdıq. Dünya iqtisadiyyatında baş verən proseslərə nəzər salsaq görərik ki, pul emissiyasının artımına görə müəyyən mənada Amerika ilə Çin arasında müvəqqəti razılaşmaların əldə olunmasına görə, bu gün proqnozlar verilir ki, qiymət artımı ola bilər. Çünki tələbat artacaq. Amma bu müvəqqətidir, daha dayanıqlı proses ondan ibarətdir ki, neftə olan tələbat təklifdən üstün olmayacaq. Hesab etmirəm ki, 2020-ci ildə biz neftlə bağlı hansısa ciddi qiymət artımının şahidi olaq. Ola bilər ki, bu olsun amma cüzi formatda. Daha sonra yenidən qiymətlərin sabitləşməsi və endirilməsi prosesi daha realdır. Ona görə də Azərbaycan neftinin qiyməti müvəqqəti qalxsa belə, biz həmin vəsaitləri mütləq şəkildə ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yerli istehsalın gücləndirilməsinə istiqamətləndirməliyik.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1768   Tarix: 16 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mikayıl Cabbarov: "Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir"

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib. Bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb. "11 fevral - Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətl

11 fevral
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Süni uşaq qidaları bahalaşıb: Sakinlər qiymət artımından narazıdırlar - VİDEO

Süni uşaq qidaları bahalaşıb. Sakinlərin sözlərinə görə, uşaq qidalarında 5-11 manat aralığında bahalaşıb. Əczaçılar isə hesab edirlər ki, qiymət artımı yalnız bahalı süni uşaq qidalarında gözə çarpır. Məsələn, 0-6 aylıq uşaqlar üçün nəzərdə tutulan 800 qramlıq uşaq qidasının qiyməti 98 manatdan 12

4 fevral
.

Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub

Mərkəzi Asiyada ən çox təbii qaz satan Türkmənistan 2023-cü ildə hasilatını 6,9 %, ixracını isə 12,6 % artırıb. 2023-cü ildə ölkə qazını əsasən Çinə, o cümlədən Rusiya, Azərbaycan və Özbəkistana satıb və ümumilikdə 80,6 milyard kubmetr qaz hasil edib. Bu rəqəmlər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovu

10 fevral
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Azərbaycan süd və qaymaq idxalını 16 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib. Bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır. Ötən ay süd və qaymaq idxalın

17 fevral
.

Azərbaycanda dəmir yolları ilə yükdaşıma azalıb, sərnişindaşıma isə artıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb. Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % az və 30,1 % çoxdur. Ötən ay orta hesabla sutkada 326 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şima

17 fevral
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart