"Azərbaycanda yeni özəlləşdirmə proqramı hazırlanmalı, dövlət müəssisələri özəlləşdirilməlidir"-RƏY
Ötən ilin yekunlarına dair dünən keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirlikdə Azərbaycanda gedən prosesləri nəzərə alaraq, yeni özəlləşdirmə proqramının hazırlamağa başlandığını bildirib.
İnkişafın indiki mərhələsində özəlləşdirmənin hansı formasının Azərbaycan üçün də məqbul olacağı gözlənilir?
Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli açıqlama verib. O, bildirib ki, özəlləşdirmə Azərbaycanda vacib olan amillərdən biridir:
"Elan edirik ki, biz bazar iqtisadiyyatında keçid dövrünü keçmişik. Amma məsələ burasındadır ki, biz bazar iqtisadiyyatına keçidi tam başa vurmamışıq. Bu gün Azərbaycanda xidmət sektorunun 80-90%-i dövlətə məxsusdur. Məsələn "Azərsu","Azərişıq", "Azərqaz" və sairə bu cür kifayət qədər müəssisələrimiz var. O, müəssisələri normal bazar iqtisadiyyatına oturuşması üçün həmin xidmət müəssisələrinin hamısı özəlləşdirilməlidir. Özəlləşdirməyə çıxarılması məsləhət olmayan çox az xidmət növləri var ki, bunlar təcilli yardım ,yanğınsöndürmə xidmətidir. Qeyd edim ki, hətta dünya təcrübəsində bunların da müəyyən şərtlər altında özəlləşdirilməsi təcrübəsi var. Bu gün bir çox şirkət özəlləşdirilməlidir. Bu səbəbdən də mən Mikayıl Cabbarovun fikrini məqbul hesab edirəm. Azərbaycanda yeni özəlləşdirmə proqramı hazırlanmalı, dövlət müəssisələri özəlləşdirilməlidir. Özəlləşdirmə zamanı da monopoliya məsələsi diqqət mərkəzində olmalıdır. Özəlləşdirmə proqramı elə seçilməlidir ki, bazarda rəqabət mühiti formalaşsın. Hazırki dövrdə ölkə iqtisadiyyatında inhisarçılıq var ki, onların bir hissəsi özəl sektora, digər hissəsi müxtəlif məmurlara məxsusdur. İnhisarçılıq da bazar iqtisadiyyatının ən böyük düşmənidir. Bazar iqtisadiyyatının özəyini də rəqabət təşkil edir. Ona görə də rəqabəti formalaşdırmaq üçün həm özəl sektordakı inhisarçılığı, həm də dövlət inhisarçılığı aradan qaldırılmalıdır. Bundan sonra da Azərbaycan iqtisadiyyatının inkişaf imkanları daha da genişlənəcəkdir".
Fəridə Ağazadə
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
"Azərbaycan ərazisində təkcə cənubda yox, şimalda da çay əkmək olar"-Ekspert rəyi
Rəsmi bayram olmasa da, dünyanın aparıcı çay məhsulları istehsalçıları Hindistan, Şri-Lanka, Banqladeş, Nepal, Vyetnam, İndoneziya, Keniya, Malaziya, Uqanda və Tanzaniya onu bayram kimi qeyd edir. Bu gün həmin ölkələrin ictimaiyyəti çay məhsulları istehsalı sahəsində işçilərin vəziyyəti, kiçik çay istehsalçılarını
15 yanvar 2020"Sahibkarlar öz şirkətlərini səhmləşdirməkdə maraqlı deyillər"-RƏY
Azərbaycanda müşahidə olunan proseslər - banklarda əmanətlər üzrə faiz dərəcələrinin azalması, daşınmaz əmlak bazarında müsbət dinamikanın olmaması, habelə əsas dünya valyutalarının məzənnələrinin yüksək dəyişkənliyi vətəndaşların pullarını qorumaq və artırmaq üçün yeni vasitələrin yaradılması məsələsin
11 yanvar 2020Sosial müavinət və pensiyaların təyini üçün elektron sistemin FAYDALARI
Ötənilki islahatlar sayəsində 2020-ci ilin əvvəlindən Azərbaycanda pensiyaçılar və sosial müavinət almaq hüququ olan şəxslər üçün sosial müavinətlərin və yaşa görə pensiyalarının təyin edilməsi üçün elektron sistem istifadəyə verildi. Sistem 19 növ sosial ödəniş həyata keçirməyə imkan verir.. Sistemi
8 yanvar 2020"Rusiyaya ixracatımızın həcmini 3-4 milyard dollara çatdırmaq imkanımız var"-RƏY
Rusiyada kontr-sanksiya tədbirləri çərçivəsində kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş məhdudiyyətlər 31 dekabr 2020-ci ilə qədər uzadıldı. Rusiyaya qarşı sanksiya tətbiq edən dövlətlərdən gətirilən quş növləri, ət, süd məhsulları, balıq, habelə qoz-fındıq, meyvə, tərəvəz və digər kənd təsərrüfat
8 yanvar 2020"Bu il özəl şirkətlərdə də əmək haqqı artacaq"-RƏY
2019-cu ildə Azərbaycanda inflyasiyanın cəmi təxminən 2,3 faiz həddində olmasına baxmayaraq, keçən il dövlət sektoru işçilərinin əmək haqları əhəmiyyətli dərəcədə artmışdır. Bu təşəbbüs özəl sektoru da əhatə edəcəkmi? Əgər belədirsə, o zaman iqtisadiyyatın hansı sahələrində əmək haqqlarının ən əhəmiyyətl
7 yanvar 2020"Dünya bazarında neftin qiyməti kəskin artacaqmı?"-Ekspert rəyi
İranlı genaral Qasım Süleymaninin öldürülməsindən sonra dünya neft bazarında qiymətlər kəskin yüksəlib.. "CNBC" nəşri yazır ki, "Brent" markalı neft 2,3% bahalaşaraq 70,18 dollar olub.. WTI (West Texas Intermediate) markalı neftin qiyməti isə 2,1% artaraq 64,38 dollar təşkil edib.
6 yanvar 2020