Professor SOCAR-a "yaxşı" qiymətini verdi

Professor SOCAR-a "yaxşı" qiymətini verdi"SOCAR-ın 2019-cu il üzrə fəaliyyəti uğurludur"

Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il üzrə göstəricilərini açıqlayıb.

Hesabata görə, 2019-cu ildə SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlardan 7,7 mln. ton neft, 6,8 mlrd. kubmetr qaz hasil edib. Şirkətin qaz hasilatı 2018-ci ildən 4,5%, neft hasilatı isə 1,8% artıq olub.

Hesabata əsasən, 2019-cu ildə Azərbaycanda təbii qazın ümumi daxili istehlakı 918 milyon kubmetr və ya 8,7% artaraq 11,5 mlrd. kubmetr təşkil edib. Ölkədə təbii qaz infrastrukturunun genişlənməsi nəticəsində əhali arasında qaz istehlakının səviyyəsi də təxminən 8,5% artıb. 2019-cu ildə SOCAR təqribən 2,2 mln. ton neft emalı və neft-kimya məhsulları ixrac edib ki, bu da əvvəlki illə müqayisədə təqribən 22% artım deməkdir.
Bildirilib ki, neft və qaz-kimya ixracının artması SOCAR-ın yeni Karbamid zavodu və "SOCAR-Polymer" kompleksinin fəaliyyəti, eləcə də SOCAR-ın Metanol zavodunda istehsalat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.

Eldar Süleymanov:
"SOCAR-ın 2019-cu il üçün fəaliyyətini müsbət qiymətləndirirəm".

Bəs ekspertlər SOCAR-ın bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirir?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-Neft Mədən fakültəsinin professoru Eldar Süleymanov SOCAR-ın 2019-cu il üztə fəaliyyətinin uğurlu olduğunu bildirib.

"SOCAR-ın 2019-cu il üçün fəaliyyətini müsbət qiymətləndirirəm.Neft-qaz hasilatında artım varsa, deməli qazma həyata keçirilir, hasilat da normal templə artır. Bu artım faizləri yaxşı göstəricilərdir. SOCAR-ın faiz göstəriciləri çox normal artım faizləridir. Bu, həm də o deməkdir ki, işlər plan üzrə gedir".

E. Süleymanovun fikrincə, işlərin planlaşdırılmış şəkildə aparılması göstərir ki, yeni quyuların qazılması, onların istismara verilməsi, neftin və qazın nəqli, həmçinin digər proseslər layihə üzrə davam etdirilir: "Bunlar müsbət göstəricilərdir".

Professor bildirib ki, neft emalı və neft-kimya məhsullarının ixracının 22 faiz artması isə SOCAR-ın yeni bazarlara çıxmasının göstəricisidir. "Şirkətin neft-kimya məhsullarının ixracında 22 faiz artıma nail olması kiçik göstərici deyil. Bu, çox böyük rəqəmdir. Əgər bu sahədə bu həcmdə, artım varsa, deməli SOCAR yeni xarici bazarlara çıxıb, istehsal etdiyi məhsulların satışı üçün yeni imkanlar yaradıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5519   Tarix: 17 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel
.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

Marketdən 8 min manatlıq spirtli içki oğurlandı - ANBAAN VİDEO

Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 800 manat dəyərində spirtli içki oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərl

18 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel