Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilibYanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri, əməkdaşlar, komitədə fəaliyyət göstərən gənc könüllülər iştirak ediblər.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı apardığı ədalətsiz və qərəzli siyasətə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə amansız divan tutulduğunu xatırladıb. Qeyd edilib ki, milli azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxan əhali həm də yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz edirdi. Vurğulanıb ki, 20 Yanvar faciə kimi yadda qalsa da, Azərbaycanın istiqlal mübarizəsinin rəmzidir.

Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev öz etirazını bildirib. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider keçirdiyi mətbuat konfransında bu vəhşiliyi və onu törədənləri kəskin ittiham edib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi pisləyib.

Xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsi zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına diqqət və qayğı göstərir. Şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verilməsi, mənzillərlə təminatı göstərilən diqqətin bariz nümunəsidir. Şəhidlər Xiyabanının vahid kompleks kimi yenidən qurulması da dövlətimizin başçısının şəhidlərin ruhuna olan ehtiramının ifadəsidir.

Prezidentin İlham Əliyev Azərbaycan ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin – günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini əziz tutaraq, faciənin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb.

Bu gün 20 Yanvar faciəsi müstəqil dövlətçiliyimizin rəmzi abidəsinə çevrilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının problemlərinə də böyük qayğı ilə yanaşır. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür.

Tədbirdə 20 yanvar hadisələri qurbanlarına həsr olunmuş "Şəhidlər" kitabının müəllifi tanınmış yazıçı-publisist Rafiq Səməndər çıxış edərək, həmin dövrdə baş şahidi olduğu hadisələr, kitabı yazarkən keçirdiyi görüşlər barədə ətraflı söhbət açıb.

Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.

Sosial   Baxılıb: 5251   Tarix: 17 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntular

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb.. . Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntular

17 yanvar

Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar yanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti dəfə "Qanımız bir, canımız bir" şüarı altında könüllü qanvermə aksiyası keçirilib. Qanvermə aksiyanın keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrund

17 yanvar

"Sovetski"də söküntü işləri dayandırıldı

"Sovetski" ərazisində söküntü işləri dayandırılıb.. . Bu barədə "Report"a həmin ərazidə yaşayan sakinlər məlumat verib.. . Bildirilib ki, sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib.. . Qeyd edək ki, bu gün "Sovetski" ərazisində 24 ailənin yaşadığı evləri

17 yanvar

Prezident Cənnət Səlimovanı təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. . . . Sənəd AZƏRTAC-da dərc olunub. . . Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova "Şərəf" ordeni ilə təltif edilib.

17 yanvar

Professor SOCAR-a "yaxşı" qiymətini verdi

"SOCAR-ın 2019-cu il üzrə fəaliyyəti uğurludur" . . Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il üzrə göstəricilərini açıqlayıb.. . Hesabata görə, 2019-cu ildə SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlardan 7,7 mln. ton neft, 6,8 mlrd. kubmetr qaz hasil edib. Şirkəti

17 yanvar

Vilayət Eyvazovdan iki YENİ TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.. . Sonxeber.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.. . Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliye

17 yanvar

Məşhur azərbaycanlı idman xadimi Ağsaqqallar Şurasının sədri seçildi

Bu gün Yasamal rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirildi. . Konfransda rayonun rəsmiləri, Azərbaycan Ağsaqqallar Şurasının rəsmiləri, Yasamal rayonunun seçilən ağsaqqalları, millət vəkilləri, jurnalistlər və qonaqlar iştirak edib. Rayon İcra hakimiyyəti və ağsaqqallarının, idarə heyətini

17 yanvar

Rasim Balayev medalla təltif olundu

Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi "Nəsimi" medalı ilə təltif edilib.. . BAKU.WS xəbər verir ki, Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.. . Tədbir çərçivəsind

17 yanvar

Polis rəisləri Vilayət Eyvazova hesabat verdi

Yanvarın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.. . Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, müşavirəni giriş söz

17 yanvar