Bu ay pensiyalar yenidən artırılacaq - Nazir AÇIQLADI

Bu ay pensiyalar yenidən artırılacaq - Nazir AÇIQLADI"Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım ediləcək".

Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib.

2019-cu ilin yekunlarını qeyd edən S.Babayev sosial sahədə inqilabi addımların atılmasını, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib. Sosial ödənişlərdə edilən ciddi artımların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edib. O, 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını söyləyib.

Nazir vurğulayıb ki, Bakıda daha 2, bölgələrdə isə 6 DOST mərkəzinin yaradılması planlaşdırılır.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Fərmanı ilə ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və Agentliyin 1 və 2 saylı Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu inovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib: "1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub. "Könüllü DOST" proqramına 6900 müraciət edilib, 250 könüllü işə cəlb edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi tanınır. Təsadüfi deyil ki, 2 saylı DOST mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev DOST xidmətinin fəaliyyətinin başqa ölkələrdə maraq doğuracağına və təcrübə mübadiləsi üçün müraciətlər daxil olacağına əminliyini bildirib".

Nazir cari ildə Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlərin aparıldığını deyib.

Sosial   Baxılıb: 6833   Tarix: 18 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Bu videoda polis rüşvət almayıb" - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə paytaxtda yol polisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntülər Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsində tam və hərtərəfli araşdırılıb. Görüntülərdə qeyd olunan olunan iddilar əsassızdır". . . Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi

18 yanvar

Nazir onu rəis təyin etdi

Daxili İşlər orqanlarında növbəti təyinat olub. . . Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib.. . Xəbəri Xaçmaz RPŞ-dən Unikal.org-

18 yanvar

Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır

Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar. Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olmasının şahidi oluruq.. . Sonxeber.az xəbər verir ki, sürücülərin diqqət etdiyi məsələlərdən biri də DYP avtomobillərində yerləşdirilən radarlardır.

18 yanvar

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntular

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb.. . Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntular

17 yanvar

Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.. . Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri, əməkdaşlar, komitədə fəaliyyət göstərən gənc könüllülər iştira

17 yanvar

Dövlət Komitəsində qanvermə aksiyası keçirilib

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar yanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti dəfə "Qanımız bir, canımız bir" şüarı altında könüllü qanvermə aksiyası keçirilib. Qanvermə aksiyanın keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrund

17 yanvar

"Sovetski"də söküntü işləri dayandırıldı

"Sovetski" ərazisində söküntü işləri dayandırılıb.. . Bu barədə "Report"a həmin ərazidə yaşayan sakinlər məlumat verib.. . Bildirilib ki, sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib.. . Qeyd edək ki, bu gün "Sovetski" ərazisində 24 ailənin yaşadığı evləri

17 yanvar

Prezident Cənnət Səlimovanı təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. . . . Sənəd AZƏRTAC-da dərc olunub. . . Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova "Şərəf" ordeni ilə təltif edilib.

17 yanvar

Professor SOCAR-a "yaxşı" qiymətini verdi

"SOCAR-ın 2019-cu il üzrə fəaliyyəti uğurludur" . . Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il üzrə göstəricilərini açıqlayıb.. . Hesabata görə, 2019-cu ildə SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlardan 7,7 mln. ton neft, 6,8 mlrd. kubmetr qaz hasil edib. Şirkəti

17 yanvar