İlham Şaban: "SOCAR 2019-cu ildə tapşırıqların öhdəsindən gəlməyə nail olub"

İlham Şaban: "SOCAR 2019-cu ildə tapşırıqların öhdəsindən gəlməyə nail olub""Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu ildə ümumən dövlət tərəfindən onun üzərinə qoyulmuş tapşırıqların öhdəsindən gəlməyə nail olub".

Bunu "Report"a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, SOCAR-ın balansında yeni yataqların demək olar ki, olmamasına baxmayaraq, istər neft hasilatında, istərsə də qaz hasilatında artım əldə edilib: "Əgər 10 il əvvəl açılmış və 2012-ci ildə istismarına başlanılmış "Ümid" yatağını nəzərə almasaq. Bu baxımdan SOCAR-ın qazma işləri həcmini artırması hesabına əlavə həcmlər əldə etməsi təqdirəlayiq hadisədir".

Ekspert xatırladıb ki, ötən il SOCAR-ın tarixində tarixi hadisə baş verib: "Aprel ayında "SOCAR AQŞ" şirkəti "Ümid" yatağında SOCAR-ın quyuları içərisində ən dərinini qazmağa nail oldu - 6810 metr. İndiyə qədər SOCAR tarixində bu dərinliyə və mürəkkəb geoloji şəraitdə quyu qazılmamışdı".

İqtisadçı ekspert İlham Şaban:

"Azərbaycanın Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-ın fəaliyyətindən gəliri ildən-ilə qaz həcmlərinin ixracı artdıqca genişlənəcək".

İ. Şaban bildirib ki, SOCAR ötən il 2 zavod istismara verib - yanvarda "SOCAR Carbamide" zavodu və fevralda "SOCAR Polymer" zavodunun ikinci hissəsi istifadəyə verilib: "Bu müəssisələr xammalın yarımfabrikat və hazır məhsula çevrilməsi ilə SOCAR-a əlavə dəyər yaradılmasında xüsusilə seçilirlər. Onların fəaliyyətinin sonrakı illərdə genişləndirilməsi SOCAR-ın gəlirlərinin artımında da özünü göstərən amil kimi çıxış edəcək".

Ekspert həmçinin vurğulayıb ki, ötən il Azərbaycan sərhədlərindən kənarda SOCAR-ın ən böyük uğuru TANAP layihəsini tam istismara verməsi ilə yadda qalıb: "Meqa bir layihəni tikib başa çatdırarkən nəzərdə tutulduğundan 5 mlrd.dollar az vəsait hesabına ərsəyə gətirməsi SOCAR-ın operatorluğu ilə həyata keçirilən ilk infrastruktur layihəsində menecmentin yüksək səviyyədə aparıldığının nümayişi idi. TANAP-la ötən il ərzində 2,78 mlrd. kubmetr qaz ixracına nail olunub, bu kəmər işə düşəndən isə Azərbaycan Türkiyə bazarında əlavə 3,75 mlrd. kubmetr qaz satmaq imkanı əldə edib. Azərbaycanın Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-ın fəaliyyətindən gəliri ildən-ilə qaz həcmlərinin ixracı artdıqca genişlənəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2697   Tarix: 18 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Türkiyə 10 ildən sonra bu ölkəyə uçuşları bərpa etdi

Türk Hava Yolları 10 ildən sonra Liviyaya uçuşları bərpa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, uzunmüddətli fasiləyə səbəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar olub. Lakin hazırda ilk təyyarə Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Türkiyə

29 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT

Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart