Sabah bu ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQBazar gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, yanvarın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeronda gecə 2-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacaq.

Sosial   Baxılıb: 11676   Tarix: 18 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Qarabağ qazisinin evi uçuruldu, Binəqədi Rayon İcra Hakimiyyəti iddialara cavab verdi-VİDEO

Ötən gün Qarabağ qazisinin evi uçurulub. Bu barədə Sonxeber.az-a şikayət daxil olub. Qarabağ qazisi Natiq Hüseynxanov şikayət edərək bildirib ki, 4 il bundan əvvəl övladlarının ali məktəbə qəbul olması ilə əlaqədar ailəvi olaraq Bakı şəhərinə köçərək, kirayədə yaşamağa başlayıblar. Bu müddət ərzind

18 yanvar

"20 Yanvar xalqımızın azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir"-Əli Əhmədov

Bir neçə gündən sonra Azərbaycan tarixinin ən qanlı faciələrindən olan "20" Yanvar qırğınının 30 ili tamam olur.. Sonxeber.Az-ın məlumatına görə, bunu YAP-ın icra katibi və partiya sədrinin müavini Əli Əhmədov hakim partiyanın 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirində deyib.

18 yanvar

Ceyhun Bayramovdan yeni TƏYİNAT

Təhsil Nazirliyində kadr dəyişikliyi olub.. . Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.. . Əmrə əsasən, Orxan Abbasov Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.. . O.Abbasov bundan əvvəl Təhsilin inkişafı proqramları şöbəsini

18 yanvar

İlham Şaban: "SOCAR 2019-cu ildə tapşırıqların öhdəsindən gəlməyə nail olub"

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu ildə ümumən dövlət tərəfindən onun üzərinə qoyulmuş tapşırıqların öhdəsindən gəlməyə nail olub".. . Bunu "Report"a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.. . Onun sözlərinə görə, SOCAR-ı

18 yanvar

Bakıda həkim əməliyyat etdiyi qadına yumruq vurdu: Xəstəxanadan açıqlama - YENİLƏNİB + FOTO

"Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində elə bir hadisə olmayıb, ola bilməz. Sadəcə mən bir söz demək istəyirəm ki, xəstələrə xoş münasibət göstərilir, pulsuz müayinələr olur, ən son aparatlarla yüksək səviyyəli əməliyyatlar həyata keçirilir".. . Oxu.Az xəbər verir ki, bu sözlər

18 yanvar

Bu ay pensiyalar yenidən artırılacaq - Nazir AÇIQLADI

"Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım ediləcək".. . Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib.. . 2019-cu ilin yekunlarını qeyd edən S.Babayev sosial sahədə inqilabi addımların atılmasını

18 yanvar

"Bu videoda polis rüşvət almayıb" - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə paytaxtda yol polisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntülər Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsində tam və hərtərəfli araşdırılıb. Görüntülərdə qeyd olunan olunan iddilar əsassızdır". . . Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi

18 yanvar

Nazir onu rəis təyin etdi

Daxili İşlər orqanlarında növbəti təyinat olub. . . Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib.. . Xəbəri Xaçmaz RPŞ-dən Unikal.org-

18 yanvar

Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır

Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar. Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olmasının şahidi oluruq.. . Sonxeber.az xəbər verir ki, sürücülərin diqqət etdiyi məsələlərdən biri də DYP avtomobillərində yerləşdirilən radarlardır.

18 yanvar