"Ukrayna cəmiyyətinin yaxın vaxtlarda hansısa dövlətlə yumşaq siyasət aparacağı gözlənilmir"-RƏY

"Ukrayna cəmiyyətinin yaxın vaxtlarda hansısa dövlətlə yumşaq siyasət aparacağı gözlənilmir"-RƏYUkraynanın yeni Milli Təhlükəsizlik Strategiyası layihəsində Rusiya ilə gərginliyi yumşaltmaqla bağlı təkliflər yer alıb.
Milli Təhlükəsizlik Strategiyası layihəsində prioritet istiqamət ölkənin müstəqilliyi və dövlət suverenliyinin təmin olunması, insan kapitalın inkişafı, Avropa və Avroatlantik inteqrasiya, ərazi bütövlüyünün təmin olunması qeyd edilib.
Yaxın zamanlarda Strategiya müzakirəyə çıxarılacaq. Belə görünür ki, yeni prezident Zelenski Rusiya ilə danışıb anlaşmağa, gərginlyi yumşaltmağa çalışacaq. Bu isə Ukraynada birmənalı qarşılanmaya bilər.
Bu yumşalmanın Ukrayna üçün təsi, ümumilikdə regional vəziyyətə təsiri necə olacaq?
Ukrayna və Rusiya arasında münasibətlərin yumşalması bölgəyə nə vəd edir?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Mübariz Əhmədoğlu açıqlama verib. O, bildirib ki, ilk növbədə yumuşalma dedikdə Ukraynanın Rusiya ilə münasibətlərinə diqqətlə nəzər yetirmək lazımdır. Məhz Rusiya-Ukrayna münasibətlərinin yumuşalmasından ötrü Ukraynada hansısa prezident və yaxud hansısa bir hakimiyyət özünü qurban verməlidir. Yəni, hansısa hakimiyyət Rusiya ilə münasibətlərin yaxşılaşmasında prezident kimi fəaliyyət göstərə bilər, bu, Ukraynanın indiki siyasi həyatında mümkündür. Yaxın 10-15 ildə də belə hakimiyyət orada mövcud olmayacaq. Çünki Ukraynada çox müxtəlif düşüncə tərzi, ümumiyyətlə ictimai və milli şüur çox parodoksal dərəcədə inkişaf etmiş kimi regionları var. Hətta, orada elə regionlar var ki, Rumınyanı, Macarıstanı belə qəbul etmirlər. Onlara da qarşı mədəniyyət, dil, tarixi iddialar irəli sürür. Ona görə də Ukrayna cəmiyyətinin yaxın vaxtlarda kiminləsə yumuşaq siyasət aparmasını, həmçinin Ukraynanın parçalanmasını da gözləmirəm. Çünki müəyyən qüvvələr var ki, Ukraynanın məhz parçalanmasına çalışırlar. Amma bütün Ukraynanın münasibətlərində ən əsas aparıcı faktor, onun Rusiya ilə münasibətidir. Bu gün Qərb də çalışır ki, Ukrayna Rusiya ilə münasibətləri normallaşsın. Elə başa düşürəm ki, Ukrayna ilə Rusiyanın münasibətləri normallaşmasa, Qərb Ukraynaya da axıra qədər dəstək verməyəcək. Bu aspektən Gürcüstanı misal göstərsək görərik ki ,Gürcüstan bu gün inkişafına görə bir neçə ölkədən də geri qalır. Regionda üçüncü dövlətə çevrilib. Səbəb ondan ibarətdir ki, MDB məkanındakı dövlətlərlə, xüsusilə Cənubi Qafqaz dövlətləri üçün hər baxımdan təhlükəsizlik, siyasi, iqtisadi baxımdan Rusiya ilə münasibətlər vacibdir. Tutaq ki, Gürcüstanla bağlı iki dəfə donor konfransı keçirildi və hər birində 5-6 milyard dollar pul vəd verildi amma gəlmədi. Çünki, heç kim Rusiyanın qorxusundan Gürcüstana iri investisiya qoymur. Yalnız xırda humanitar yardımlar reallaşdırılır. İndi o qaydada Dünya Bankı Ukraynaya da külli miqdarda pul vəd vermişdi. Amma sonra bu təxminən 2-3 milyard dollar ilə məhdudlaşdı. Yəni Ukrayna üçün 2-3 milyard dolar elə də böyük pul deyil. Buna görə də Rusiya ilə münasibətləri gərgin olan Ukrayna Qərb üçün o qədər də ciddi faktor kimi qəbul olunmur. Onda nəzərə alınmalıdır ki, Ukrayna Avropa qitəsinin kiçik hissəsidir. Eyni zamanda Ukraynadakı gərginlik elə Avropanın daxilindəki gərginlikdir. Ona görə də Qərb dövlətlərinə maraqlıdır ki, gərginlik onların ərazisinə daxil olmasın, xüsusilə Ukrayna vasitəsilə. Ukraynanın Rusiya ilə münasibətləri yumuşaltma strateji konsepsiyası doğru, düzgün konsepsiyadır. Amma o konsepsiyadan ötrü özünü fəda edən prezident, hakimiyyət lazımdır. Zelinski bu yolu seçəcək və yaxud seçməyəcək, bunu da gözləmək lazımdır.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 6152   Tarix: 18 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021