YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilibYanvarın 18-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Sonxeber.az xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tarix boyu xalqımızın faciələrlə üzləşdiyini və bu faciələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini bildirib. Əli Əhmədov qeyd edib ki, xalqımız zaman-zaman özünün azadlığı uğrunda mübarizədə itkilər verib.

YAP Sədrinin müavini söyləyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir: "Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 30 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur". Onun sözlərinə görə, 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Bu cinayətə hələ də beynəlxalq müstəvidə hüquqi qiyməti verilməyib, cinayəti törədənlər öz cəzalarını almayıblar. Buna görə də biz fəaliyyətimizi bu istiqamətdə gücləndirməli, beynəlxalq aləmin 20 Yanvar faciəsinə düzgün, obyektiv qiymət verməsinə nail olmalıyıq.

Əli Əhmədov deyib ki, biz 20 Yanvar hadisəsini yalnız faciə kimi xatırlamamalıyıq. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir. Onun sözlərinə görə, sovet imperiyasının rəhbərliyi dinc insanları qətlə yetirsə də, bu, imperiyanın süqutunu bir az da tezləşdirmiş oldu.

Əli Əhmədov qeyd edib ki, 20 yanvar facisənin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndərimiz Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ulu Öndərimizin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən bu faciədən xəbərdar oldular. Daha sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi.

Baş nazirin müavini, həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlər görülüb və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev bildirib ki, 20 Yanvar günü Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bir gün kimi hər il qeyd edilir. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirib. Nəticədə 147 insan amansızcasına qətlə yetirilib, 744 insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

A.Əliyev qeyd edib ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə Ümummilli Liderimiz Heydər Əliyevin böyük cəsarət hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış etməsi faciəyə verilən ilk siyasi qiymət olub. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərarla 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Nazir müavini diqqətə çatdırıb ki, 20 Yanvar gününün Ümumxalq hüzn günü kimi elan olunması, "20 Yanvar şəhidi" fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması da Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin sosial siyasəti həmin kateqoriyadan olan insanların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. İndiyədək nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələri sırasında, 20 Yanvar əlilləri və şəhid ailələrinin mənzillə, 20 Yanvar əlillərinin minik avtomobilləri ilə təminatı da həyata keçirilib.

Qeyd olunub ki, 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri Prezidentin təqaüdü ilə, 20 Yanvar əlilləri əliliyə görə müavinət və ya pensiya ilə təmin edilirlər. 2019-cu ildə təqdim edilən iki sosial paket çərçivəsində onların müavinət və təqaüdləri də orta hesabla 100 faiz artırılıb, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Müvafiq Tədbirlər Planına uyğun olaraq, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə (103-ü şəhid ailəsi üzvü və 287-si 20 Yanvar əlili olmaqla 390 nəfərə) birdəfəlik maddi yardım ayrılıb.

Tədbirdə həmçinin "20 Yanvar" İctimai Birliyinin sədri Sultan Əzimzadə, 20 yanvar 1990-cı ildə anadan olan Esmira Hüseynzadə və 20 Yanvar şəhidinin ailə üzvü Aslan Əzimzadə çıxış edərək 20 Yanvar hadisələrinə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıblar. Bu faciənin dünyada daha da çox təbliği üçün, habelə, Qanlı Yanvar hadisələrini törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində səylərin birləşdirilməsinin zəruriliyi qeyd olunub, eləcə də şəhid ailələrinə dövlət qayğısı yüksək qiymətləndirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5666   Tarix: 18 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel