Baş Prokurorluqda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

Baş Prokurorluqda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixdə "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlər keçirilir.

Sonxeber.az xəbər verir ki, Baş Prokurorluqda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən anım mərasimi keçirilib.

Xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş prokuror Zakir Qaralov bildirib ki, hələ 1987-ci ildə Sovetlər ittifaqının həmin dövrdəki rəhbərliyinin ulu öndər Heydər Əliyevi hakimiyyət strukturlarından uzaqlaşdırması ilə xalqımızın ağır və məhrumiyyətli günləri başlanmış, hadisələrin bu cür gedişatı isə son nəticədə azərbaycanlıların öz əzəli torpaqlarından deportasiya edilməsinə, Bakı şəhərində dinc əhaliyə qarşı kütləvi qırğınların baş verməsinə, eləcə də erməni işğalçıları tərəfindən torpaqlarımızın işğalına gətirib çıxarıb.

Həmin dövrdə Azərbaycanda başlanmış milli azadlıq hərəkatını boğmağa çalışan və var gücü ilə erməni separatizmini dəstəkləyən Mixail Qorbaçov və onun məqsədli şəkildə Azərbaycan xalqına sırıdığı, faktiki olaraq Moskvanın oyuncağına çevrilən Əbdülrəhman Vəzirov yaranmış vəziyyətlə əlaqədar xalqla birbaşa dialoqa girmək, onları narahat edən məsələlərin həlli istiqamətində real işlər görmək əvəzinə açıq aşkar satqınçılıq mövqeyi sərgiləməsi xüsusilə vurğulanıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı milli azadlıq mübarizəsini boğmaq məqsədi ilə totalitarizmin törətdiyi ən qanlı terror aktlarından birini - 20 Yanvar cinayətini törədib. Hadisələr nəticəsində 132 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs edilib.

Z.Qaralov deyib ki, 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi cinayətlərə etiraz olaraq ümummilli lider Heydər Əliyev həmin vaxt yaşadığı Moskva şəhərində cəsarət göstərərək oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın nümayəndəliyinə gələrək doğma xalqına qarşı cinayət törətmiş şəxslərin cəzalandırılmasına dair kəskin bəyanatla çıxış edib.

Əhaliyə fövqəladə vəziyyətin elan edilməsi haqqında fərman elan edilmədən qoşun hissələrini Bakı şəhərinə yeridib günahsız insanların qətlə yetirilməsi, yaralanması və digər faktlar üzrə dərhal cinayət işinin başlanmaması və istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməməsi o zamankı Azərbaycan SSR Baş Prokurorluğunun rəhbərliyi tərəfindən cinayət-prosessual qanunvericiliyinin ən kobud pozuntusu kimi qiymətləndirilməlidir.

Baş prokuror qeyd edib ki, 20 yanvar faciəsi ilə bağlı cinayət işi hadisələrdən yalnız iki il sonra, 14 fevral 1992-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanılsa da, cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tutarlı tədbirlər görülməyib, səthi istintaq aparılıb, faktiki olaraq təqsirkar şəxslərin əməllərinə hüquqi qiymət verilməyib. Cinayət işi üzrə təqsirləndirilən şəxslər olmadan mümkün olan bütün istintaq hərəkətləri yerinə yetirilib, axtarışda olan təqsirkar şəxslərin tutulub istintaqa təqdim edilmələri üçün Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına qanunla müəyyən edilmiş bütün zəruri sənədlər təqdim olunub, Rusiya Baş Prokurorluğu 1990-cı ilin yanvar hadisələri haqqında cinayət işinin 68 cildinin geri qaytarılmasından dəfələrlə əsassız olaraq imtina edib.

Z.Qaralov əlavə edib ki, 1992-ci ildə hakimiyyəti qanunsuz yolla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəyə rəhbərlik etdikləri bir il ərzində xalqımıza qarşı xəyanət edərək 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verməyib, bu faciəyə biganə qalıb. Azərbaycan xalqına qarşı törədilmiş bu bəşəri cinayətə məhz ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verilib. Hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət alması məqsədilə ümummilli lider Heydər Əliyevin imzaladığı "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994-cü il 5 yanvar tarixli Fərmana əsasən Milli Məclisin 1994-cü il martın 29-da keçirilmiş xüsusi sessiyasında 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunaraq bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Baş prokuror həmçinin vurğulayıb ki, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ulu öndən Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Şəhidlər xiyabanında ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi qəhrəmanlıq və rəşadətin əbədiləşən rəmzinə çevrilib. 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli Prezident İlham Əliyev tərəfindən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Həyata keçirilən geniş sosial paketlərlə qanlı Yanvar hadisələrində əlil olmuş və ailə üzvlərini itirmiş şəxslərə verilən sosial müavinətlərin məbləği artırılıb, eləcə də onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı şəhidlərimizin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrilmişdir. 2009-cu ilin oktyabrında isə paytaxtın Yasamal rayonundakı "20 Yanvar" dairəsində memorial abidə kompleksinin inşası 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olub.

Ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, sosial həssas əhali qruplarının, o cümlədən 20 Yanvar hadisələrində əlil olmuş və ailə üzvlərini itirmiş şəxslərin problemlərinin aradan qaldırılması istiqamətində Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər xüsusi vurğulanıb.

Mərasimin sonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7922   Tarix: 18 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

29 mart
.

Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT

Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar

28 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?

Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d

29 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart