Terapevtdən xəbərdarlıq: Qrip üçün olan toz dərmanları qarışdırıb içməyin

Terapevtdən xəbərdarlıq: Qrip üçün olan toz dərmanları qarışdırıb içməyinBütün dünyada qaraciyərin toksiki zədələnməsi üzrə birinci qrup dərmanlar qeyri-steroid iltihabəleyhinə preparatlar hesab olunur.

Bunların arasında parasetamol və nimesil ən təsiredici sayılır

Qış - xəstəliklər fəslidir. Havaların soyuması ilə kəskin respirator virus infeksiyaları və kəskin respirator qrip infeksiyası - yəni yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri yayılmağa başlayır. Bu xəstəliyə yoluxan şəxslər Həkimə müraciət etmədən aptekdən müxtəlif toz dərman vasitələri alaraq onları qarışdırıb içirlər.

Xəstələr bu zaman düşünürlər ki, içdikləri bu qarışıq onları sağaldacaq.

Həkim-terapevt Mətanət Cəfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu dərmanların doza həddi aşılsa da, bir neçəsi bir-birinə qarışdırılsa da, heç bir güclü təsirə malik deyil. Bu qrup preparatlar virus və bakteriya əleyhinə heç bir təsir etmir.

Həkim vurğulayır ki, virus və bakteriya orqanizmə düşübsə, immunitetdən asılı olaraq, hansısa bir formada özünü göstərəcək: "Bu preparatların tərkibində parasetamol olduğu üçün qəbul edərkən hərarətin qarşısını alır, ağrıları götürür, iltihab əleyhinə təsir göstərir. Belə preparatlar orqanizmin iltihab əleyhinə çıxan mediatorlarını tormozlayır. Nəticədə orqanizm özü həmin bakteriya, virusla mübarizə apara bilmir, üstəlik onlarla mübarizə üçün tələb olunan maye də bədəndən çıxır".

M.Cəfərova qeyd edib ki, dərmanın təsiri keçəndən sonra isə xəstəlik özünü daha ciddi şəkildə göstərə bilər. Bu qrup dərmanlar böyüklərdə hərarət 38.5 dərəcə C-ni keçərsə, hərarət salıcı kimi istifadə edilə bilər. Ona qədər isə bol maye içərək, bədəndə maye miqdarını artırmaq lazımdır.

Bu dərmanların birlikdə, qarışdırılaraq istifadə edilməsinə gəldikdə isə, həkim bildirib ki, bu, qaraciyər hüceyrəsinin nekrozuna səbəb ola bilər.

Bütün dünyada qaraciyərin toksiki zədələnməsi üzrə birinci qrup dərmanlar qeyri-steroid iltihabəleyhinə preparatlar hesab olunur. Bunların arasında parasetamol və nimesil ən təsiredici sayılır. Bu dərmanların birdən-birə yüksək dozada qəbulu qaraciyərə toksiki təsiri artırır. Bu, eyni zamanda böyrəklərə də mənfi təsir göstərir. Bəzən xəstələr aspirin, analgin alır və bunları da qarışdırıb içirlər.

"Bu, uşaqlarda özünü daha acınacaqlı şəkildə göstərir. Uşaqlara eyni qrupdan olan bir neçə dərman verirlər. Bu isə qaraciyərə zərər verməklə toksiki hepatitə səbəb ola bilər. 3-6 aya qədər olan körpələr, böyrək və qaraciyər çatışmazlığı olanlar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar üçün belə preparatlar çox təhlükəlidir. Nimesulid tərkibli preparatlar çox geniş yayılıb. Bu dərmanlardan 12 yaşına qədər uşaqlar və hamilə qadınlar istifadə edə bilməzlər. Bu, əks göstərişdir. Amma baxırıq ki, bunu vitamin kimi suya qatıb içirlər", - M.Cəfərova xatırladıb.

Terapevt bildirir ki, bu dərmanları qarışdırıb içmək xəstələrə apteklərdə məsləhət görülür: "Bəzən xəstələr müraciət edirlər. Deyirlər ki, biz bu dərmanları qatıb içirik, heç bir faydası olmur. Soruşanda ki, bunu sizə kim məsləhət görüb, aptek satıcılarının məsləhət etdiyini bildirirlər. Vətəndaşlar bilməlidirlər ki, aptekdə xəstələrə hansısa dərmanların məsləhəti qadağandır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5664   Tarix: 19 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021