"20 Yanvar faciəsinin səbəbi o dövrdə hakimiyyətdə olanların səriştəsizliyidir"- Cavanşir Paşazadə ilə MÜSAHİBƏ

"20 Yanvar faciəsinin səbəbi o dövrdə hakimiyyətdə olanların səriştəsizliyidir"- Cavanşir Paşazadə ilə MÜSAHİBƏMilli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə Sonxeber.az-ın suallarını cavablandırıb.

-Cavanşir müəllim 20 yanvar faciəsindən 30 il keçir. O dövr xatırlayırsınız?

-20 yanvar faciəsi bizim qan yaddaşımıza yazılan və xalqımıza qarşı törədilən qətliamdır. Bu qətliamdan artıq 30 il keçir. Bu dəhşətli faciəni Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Bu elə bir faciədir ki, 30 il deyil, 300 il də keçsə unudulmayacaq. Təəssüf ki, bu faciə o dövrdə hakimiyyətdə olanların səriştəsizliyi və acgözlüyünə görə xalqımızın başına gətirildi. Təbii ki, bir rəhbərin öz insanlarını qırğına verməsi unudulası deyil. 100 illərdir ki, müharibələr olub, insanlar qırılıb. Böyük vətən müharibəsində insanlarımız həlak olub. Biz o zaman dövlətimizi qorumaq üçün başqa dövlətlərlə savaşırdıq. Amma 20 yanvar faciəsi bu müharibələrdən fərqlənir. Çünki bu faciənin qılıncı özümüzünkilər tərəfindən hazırlanmışdı. Ona görə də heç vaxt yaddan çıxan deyil. Bu gün Əbdürrəhman Vəzirovun başqa dövlətdə oturub özünü azərbaycanlı adlandırmağa haqqı yoxdur. Çünki o, öz nəfsinə görə xalqı qırğına verib, insanlarımızın həlak olmasına səbəb oldu. Təəssüf ki, o dövrdə SSRİ-yə və Azərbaycana rəhbərlik edənlər layiq olduqları cəzanı almadılar. Təəssüf ki, həmin dövrdə elə bir şərait yaradılmışdı ki, xalqın öz dövlətinə inamı qalmamışdı. Ümumiyyətlə, bəzi gənclərimiz vətənpərvərliyi yaddan çıxarmışdılar. Təbii ki, bu inamı dövlət xalqın əlindən almışdı. Dövlətimizə zəif, acgöz və səriştəsiz insanların rəhbərlik etməsi torpaqlarımızın 20 faiz işğalına gətirib çıxardı. Bütün faciələr SSRİ-nin tabeliyində olan dövlətlərdə baş verdi. Bəyəm dünyanın bütün ölkələri yaxşı idi, 15 republika pis idi?!

Azərbaycan xalqının başına gətirilən 20 Yanvar faciəsi qabaqcadan hazırlanmış bir plan idi. Bu qırğın üçün əvvəlcədən zəmin yaradılmışdı. Sonrakı dövrdə xalqımızın istəyi ilə ulu öndər Heydər Əliyevin ölkəmizə qayıtması və dövlət başçısı seçilməsi hakimiyyətə qarşı itmiş inamsızlığı yenidən bərpa etdi. 1995-ci ildə ulu öndər Heydər Əliyev ölkə başçısı olan zaman dövlət çevrilişinə cəhdlər oldu. Baxmayaraq ki, biz bir neçə il idi ki, müstəqil idik. Amma yenə də ulu öndər Heydər Əliyevə və xalqımıza zərər toxundurmaq üçün müxtəlif vasitələrə əl atılırdı. Bu işləri görənlər də təbii ki, 20 Yanvar faciəsinin baş verməsinə zəmin yaradan insanlar idi. Onlara qoşulan bəzi gənclər vətənin, dövlət başçısının, xalqın nə olduğunu bilmirdilər.

"20 Yanvar faciəsinin səbəbi o dövrdə hakimiyyətdə olanların səriştəsizliyidir"- Cavanşir Paşazadə ilə MÜSAHİBƏ-Cavanşir müəllim bilirik ki, siz cənub bölgəsindənsiniz. Bilirik ki, cənub bölgəsinin insanları vətəninə, xalqına bağlı insanlardır. O dövrdə cənub bölgəsinin insanları hansı mövqedə dayanırdı?

- Bu gün təəssüf ki, bir çoxları bunu demir. 20 Yanvar faciəsindən sonra torpaqlarımız erməni təcavüzkarlar tərəfindən işğal olunan zaman birinci Bakıdan ordu göndərilmişdisə, ikincisi də Lənkərandan idi. Bu gün bunu danmaq lazım deyil. Torpaqlarımızın müdafiəsi üçün müharibəyə gedən ilk gənclər Lənkərandan olub. Bunu tarix və o zaman döyüşənlər təsdiqləyə bilər. Biz o dövrdə şəhidlər vermişik. Lənkəranda Şəhidlər Xiyabanı var. Bakıda olduğu kimi Lənkəranda da insanlar Şəhidlər Xiyabanını ziyarət edir. İşğal olunmuş rayonların insanları ilə yanaşı Lənkəran camaatının da başına az müsibətlər gətirilməyib. Lənkəran çoxlu şəhidlər verib. Bilirsiniz ki, ölkəmizi istəməyənlər Gəncə və Lənkəranda dövlət çevrilişinə cəhd etdilər. Ələkrəm Hümbətov bir mif kimi yarandı. Ümumiyyətlə, Ələkrəm Hümbətov mənə görə nə talış, nə də azərbaycanlı deyil. Onun heç əsli, nəsli də bilinmir. Düşünürəm ki, Ələkrəm Hümbətov Sovet hökumətinin o vaxt Lənkərana atdığı bir casus olub. Bu gün o, xaricdə yaşasa da addımları ilə yenə də insanlarımıza zərər verməyə çalışır. Təbii ki, Ələkrəm Hümbətov bu gün inkişaf edən Azərbaycana heç bir zərər verə bilməz.

-Cavanşir bəy bilirsiniz ki, ulu öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq xalqın istəyi ilə Azərbaycana geri qayıtdı. Sizcə həmin dövrdə ulu öndər Heydər Əliyev kimi bir lider olmasaydı və ya o, xalqın istəyi ilə Azərbaycana geri dönməsəydi dövlətimizin taleyi necə olardı?

- Əlbəttə bu gün Azərbaycan bir dövlət kimi olmazdı. Bəlkə də xəritədən belə silinmişdi. Çünki Azərbaycan müəyyən dövlətlər arasında paylaşılmışdı. Canavar kimi hər kəs öz payını götürmüşdü. Əgər ulu öndər xalqın istəyi ilə geri qayıtmasaydı Azərbaycan dövlət kimi yox olacaqdı. Bunu tək biz deyil, Azərbaycanla maraqlanan bütün dövlətlərin siyasətçiləri deyir. Hətta bildirilir ki, SSRİ-yə ulu öndər Heydər Əliyev rəhbərlik etsəydi heç vaxt dağılmazdı. SRRİ-ni saxlaya biləcək 3 nəfərdən biri kimi ulu öndərin adı çəkilirdi. Məncə Heydər Əliyevin yerinə başqası olsaydı xarici və daxili təzyiqlərə heç bir zaman tab gətirə bilməzdi. Bəlkə də ulu öndər vaxtında geri qayıtmasaydı işğal olunan torpaqlar 20 faizdən çox olardı. Çünki buna hazırlıqlar gedirdi. Ona görə də bugünki inkaf edən Azərbaycanda ulu öndər Heydər Əliyevin böyük haqqı var.

"20 Yanvar faciəsinin səbəbi o dövrdə hakimiyyətdə olanların səriştəsizliyidir"- Cavanşir Paşazadə ilə MÜSAHİBƏ- Bir neçə gün öncə İsa Qəmbər 20 yanvar faciəsinə həsr olunmuş tədbir təşkil etdi. Onlar hələ də 90-cı ildə xalqımızın başına gətirdikləri oyunları qəbul etmir, yalan danışmaqda davam edirlər.

- Onların bugünki danışıqları ulu öndər Heydər Əliyevin onlara göstərdiyi humanistliyin nəticəsidir. Bilirsiniz ki, o dövrdə onların əllərində fürsət olduğuna görə ulu öndər Heydər Əliyevə qarşı kampaniyalar aparır, hətta Milli Məclisdə çıxışına belə maneələr yaradılırdı. Ulu öndər hüququ, siyasəti və elmi yaxşı bilirdi. Əgər ümumilli lider Heydər Əliyev onlar kimi hərəkət etsəydi, gərək o dövrdə bir çoxlarını cəzalandırardı. Çünki torpaqlarımızın 20 faiz işğalında və 20 Yanvar faciəsinin baş verməsində onların birbaşa əli var. Bu barədə sübutlar da mövcuddur. Əgər ulu öndər Heydər Əliyev komissiya yaratsaydı və onlar öz cəzalarını alsaydılar bu gün onlar belə rahat danışmazdı. Bu gün 20 yanvar faciəsinə zəmin yaradanlar təbii olaraq günahlarını öz boyunlarından atmağa çalışır. 30 ildir ki, onlar gözləyirlər ki, hakimiyyətə gələcəklər. Onlar partiya kimi demək olar ki, mövcud deyillər. Mən onları partiya kimi saymıram. Düşünürəm ki, bir çoxları mənimlə eyni fikirdədir. Onlar bu gün cənab prezident İlham Əliyevin humanistliyindən istifadə edib ölkəmizdə gəzirlər, rahat yaşayırlar.

-Cavanşir bəy, bilirsiniz ki, dövlətimizin ən çətin anında ulu öndər Heydər Əliyevlə birlikdə cənab prezident İlham Əliyev də həyatını təhlükəyə ataraq xalqın istəyi ilə Azərbaycana qayıtdı.

- Hər bir dahinin formalaşmasında ailənin böyük rolu var. 20 Yanvar hadisələri baş verdikdən sonra cənab prezident İlham Əliyev də atası ilə birlikdə Azərbaycana qayıtdı. Ulu öndər ailəsi ilə birlikdə Azərbaycana qayıdan zaman onların başına hər bir iş gələ bilərdi. Amma ulu öndər Heydər Əliyev və cənab prezidentimiz İlham Əliyev xalq, dövlət sevgisini canlarından belə üstün tuturdular. Təbii ki, bu xalqına, dövlətinə bağlı olan ata-oğlun qormamazlığından qaynaqlanır. 1995-ci ildə dövlət çevrilişinə cəhd olan zaman ulu öndər Heydər Əliyevlə birlikdə İlham Əliyev də qorxmadan xalqın qarşısına çıxdı. Bilirsiniz ki, həmin vaxt hər şey baş verə bilərdi. Bu gün cənab prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin kursunu layiqincə davam etdirir. Ümumilli lider olan Heydər Əliyevdəki qorxmamazlıq bu gün ali baş komandanımız İlham Əliyevdə də var. Cənab prezidentlə yanaşı Azərbaycanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva da dövlətimiz, xalqımız üçün çox gözəl işlər görür. Bütün atılan addımlar dövlətimizin işıqlı gələcəyinə, iqtisadiyyatımızın artımına, xalqımızın daha firəvan yaşamasına xidmət göstərir. Son bir ilə ərzində görün nə qədər işlər görülüb. Pensiyalar, əmək haqqılar, müavinatlar artırıldı. Yeni iş yerləri yaradıldı. İnsanlarımızın yaxşı yaşamasına maneəçilik törədən insanlar vəzifəsindən asılı olmayaraq cəzalandırılır. Aparılan bütün bu islahatlar xalqımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Xalqımız cənab prezidentimizə, Azərbaycanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya inanır, onların uğurlu siyasətini dəstəkləyir.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə
"20 Yanvar faciəsinin səbəbi o dövrdə hakimiyyətdə olanların səriştəsizliyidir"- Cavanşir Paşazadə ilə MÜSAHİBƏ"20 Yanvar faciəsinin səbəbi o dövrdə hakimiyyətdə olanların səriştəsizliyidir"- Cavanşir Paşazadə ilə MÜSAHİBƏ"20 Yanvar faciəsinin səbəbi o dövrdə hakimiyyətdə olanların səriştəsizliyidir"- Cavanşir Paşazadə ilə MÜSAHİBƏ"20 Yanvar faciəsinin səbəbi o dövrdə hakimiyyətdə olanların səriştəsizliyidir"- Cavanşir Paşazadə ilə MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2038   Tarix: 20 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel