Liviya üçün toplaşdılar, bu görüntü müzakirə olundu - FOTOLAR

Liviya üçün toplaşdılar, bu görüntü müzakirə olundu - FOTOLARAlmaniyanın paytaxtı Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfrans başa çatıb.

Unikal.org türkiyə mətbuatına istinadla xəbər verir ki, Almaniya Kansleri Angela Merkelin dəvəti ilə baş tutan konfrans dörd saat davam edib.

Konfransdan dərhal sonra A.Merkel, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, Almaniyanın Xarici İşlər naziri Hayko Maas və BMT-nin Liviya nümayəndəsi Qassan Salame mətbuat konfransı keçiriblər.

Tərəflər bu konfransın BMT-nin Liviyadakı sülh səylərinə töhfə verəcəyini bildirib, BMT-ni atəşkəs rejiminə nəzarət üçün texniki komitələr yaradacağı bildirilib. Tədbirdə əhatəli bir plan barəsində razılığa gəlindiyi, hərbi komitə yaratmaq üçün adların hazırlandığı qeyd edilib. Yaxın günlərdə hərbi komitənin Cenevrədə toplanacağı diqqətə çatdırılıb. İclasda iştirak edən bütün tərəflərin atəşkəsi dəstəklədiyi vurğulanıb.

BMT-nin Liviya məsələsindəki cəhdlərinə dəstək vermək məqsədilə keçirdiyi konfransda atəşkəsin əldə edilməsi, tərəflər arasında qarşılıqlı inamın bərpası, Liviyanın ərazi bütövlüyü çərçivəsində sülhün bərpası üçün görüşlər keçirilib.

Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş Naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron və digər ölkələrin dövlət başçıları iştirak ediblər.

Qeyd edək ki, konfrans əsnasında Türkiyə ilə Rusiya prezidentləri arasında görüş də keçirlib. Putinin Ərdoğanın əlini möhkəm sıxması dünya mətbuatı tərəfindən maraqla qarşılanıb. Liviya məsələsi gündəmdən kənar saxlayan KİV-lər, əsas üstünlüyü iki ölkə başçısının bu səmimi görüntüsünü gündəmə çeviriblər.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ dövlət katibi Mayk Pompeo, Almaniya Kansleri Angela Merkel və Avropa Komissiyasının yeni sədri Ursula von der Leyen ilə görüşləri olub.
Liviya üçün toplaşdılar, bu görüntü müzakirə olundu - FOTOLARLiviya üçün toplaşdılar, bu görüntü müzakirə olundu - FOTOLARLiviya üçün toplaşdılar, bu görüntü müzakirə olundu - FOTOLARLiviya üçün toplaşdılar, bu görüntü müzakirə olundu - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2361   Tarix: 20 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel