ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıbABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü, Kiçik Biznes Komitəsinin sədri Stiv Çabot 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

"Report"un məlumatına görə, bəyanatda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusu Azərbaycanın paytaxtı Bakıya və ətraf ərazilərə hücum edib:

"Bu vəhşi işğal Azərbaycanın milli tarixində öz əksini tapıb və xalqın qəlbində "Qara Yanvar" olaraq xatırlanır. Sovet vəhşiliyi nəticəsində 145-dən çox günahsız mülki şəxs ölüb, 800-ə yaxın insan yaralanıb, yüzlərlə adam həbs edilib. Sovet hakimiyyəti bunları Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq üçün edirdi. Bu hücum əslində Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verdi. "Qara Yanvar" hadisələrindən sonra Azərbaycan Sovet İttifaqından çıxdı və müstəqilliyini elan etdi.

Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib. 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanıb. Gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurdu. Bu gün ABŞ və Azərbaycan arasında əməkdaşlıq bir çox sahələrdə inkişaf edib.

ABŞ və Azərbaycan region üzrə ortaq maraq və məramlara malikdir. Ölkələrimiz xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlıq edir. Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıram".

Eyni zamanda ABŞ Konqresindəki Tennesi ştatını təmsil edən konqresmen Stiv Kohen də (Demokrat) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. S.Kohen bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet qoşunu tanklarla Bakı şəhərinə hücum edib:

"Həmin gecə Sovet hərbçiləri günahsız Azərbaycanlılara zor tətbiq edib, qadın və uşaqlar da daxil olmaqla azadlıq istəyən dinc nümayiş iştirakçılarına fərq qoymadan silahla atəş açıb. Bu qəddar hərəkətlər nəticəsində 147 insan həlak olub, 800-ə yaxın insan yaralanıb, 841 nəfər həbs edilib, 5 nəfər isə itkin düşüb. "Human Rights Watch" təşkilatının "Azərbaycanda Qara Yanvar" adlı hesabatında deyilir ki, Bakıya hücum zamanı insan hüquqları ən kobud şəkildə pozulub.

Buna misal olaraq tibb işçilərinə, təcili tibbi yardım avtomobillərinə və xəstəxanalara qarşı hücumları misal göstərmək olar. Sovet ordusu tərəfindən törədilmiş zorakılıq kollektiv cəza üsulu hesab edilirdi və Azərbaycan da daxil olmaqla SSRİ-nin digər ittifaq respublikalarındakı millətçilik hərəkatları üçün xəbərdarlıq idi. ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Hazırda ABŞ və Azərbaycan strateji müttəfiq, regionda və dünyada ortaq maraqlara malik dövlətlərdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2469   Tarix: 20 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel