"20 yanvar hərbi cinayətdir və onun başında Qorbaçov dayanmışdı"-Vəkil

"20 yanvar hərbi cinayətdir və onun başında Qorbaçov dayanmışdı"-VəkilAzərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eyni zamanda bu tarix Azərbaycan istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.

Mövzu ilə bağlı vəkil Mehman Muradlı Sonxeber.az-a danışıb. O , bildirib ki, Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi:
"İnsanların əksəriyyəti bu günə Qanlı Yanvar deyirlər amma mən həmişə bu sözün əleyhinə olmuşam. Çünki bu hadisə millətin oyanışı, müstəqillik yolunda canlarını qurban verdikləri tarixi bir gündür.
Bu hadisəyə gətirib çıxardan amillər əsasən Qarabağda başlanan hərəkat, həmçinin ermənilərin seperatçılıq məsələləri oldu. Daha sonra Bakıda Qarabağdakı hadisələrə qarşı mitinqlər başladı və ondan sonra digər proseslər davam etdi. Proseslər cənubi Azərbaycan ilə şimali Azərbaycan arasında olan sərhədlərin dağıdılmasına kimi gedib çıxdı. Yəni Bakıda hər hansı bir hadisə baş verməmişdi. Bakıda başlayan hadisə ondan ibarət idi ki, insanlar toplaşıb öz etirazlarını bildirirdilər. Bu da Moskada olan mərkəzi hakimiyyətə qarşı etirazlar idi ki, bu da əsaslı idi. Mən özüm Dağlıq Qarabağ ərazisinə yaxın, Tərtər rayonundanam. Həmin vaxt atam Tərtərin özündə məsul vəzifədə işləyirdi. Birbaşa Dağlıq Qarabağ, ondan sonra Kəlbəcər ilə də əlaqələrimiz olurdu. Yadımdadır həmin dövrdə Xankəndində, Ağdərəyə, Şuşaya Azərbaycan Mərkəzi Komitəsindən nümayəndə heyəti gəlmişdi və atam onları Ağdərəyə müşayət etdi. Həmin vaxt Ağdərənin birinci katibi erməni idi və onlar onun otağına qədər gedib, məsələni yaxından öyrənmək istəyirdilər. Amma məsələ hamıya aydın idi. Sadəcə mərkəzdən gələn Mərkəzi Komitənin əməkdaşlarına bəlkə məsələ tam olaraq çatmırdı,ona görə istəyirdilər ki, yaxından gedib danışsınlar. Atam onlara dedi ki, vəziyyət o qədər də xoş deyil amma getmək istəyirsinizsə gedə bilərik. Həqiqətən ora gedəndən sonra katibin qəbulunda olublar. Orada onları məlumatlandırmaq yox, məhz qorxutmaq mənasında "birazdan buradan çıxa bilməzsiniz" deyə bildiriblər. Həqiqətən bir-iki saatdan sonra həmin o Partiya Komitəsinin yerləşdiyi ərazidə ermənilər toplaşıbmış. Mərkəzi Komitədən gəlmiş azərbaycanlı nümayəndə heyəti oradan canlarını güclə qurtarmışdılar. Yəni, Bakıda da insanlar bu məsələlərə görə Moskvaya qarşı çıxırdılar. Məsələ nədən ibarət idi? Azərbaycanlı kəndlərində artıq Sovet qoşunları Qarabağın ərazisinə yeridirilir, eyni zamanda azərbaycanlıların əlindən ov tüfəngləri belə alınırdı. Faktikin olaraq azərbaycanlılar köməksiz qalmışdılar. İnsanlar məhz bunlara qarşı çıxırdılar. O vaxt Moskva bildirirdi ki, guya Bakıda təxribatlar baş verir. Amma Bakıda belə bir hadisə yox idi. Moskva da Dağlıq Qarabağ məsələsinin dırnaqarası həlli üçün azərbaycanlıların gözünü nəynənsə qorxutmalı idi. Bu da əllərinə imkan verdi və Bakıda mitinqləri dağıtmaq üçün Bakıya qoşun yeritdilər. Düşünürdülər ki, onlar qoşun yeritməklə millətin gözünü qorxuda biləcəklərini zənn etdilər amma əksinə məhz bu hadisədən sonra müstəqillik yolunda böyük oyanış oldu. 1990-cı ilin yanvar hadisəsindən dərhal sonra ümumilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyində oldu və faktiki olaraq Bakıda baş verən hadisələrlə bağlı informasiya blokadasını dağıtdı. Həmin dövrdə Azərbaycan televiziyası da partladılmışdı. Azərbaycanlıların bircə informasiya çıxışı qalmışdı, o da Şuşa televiziyası idi ki, yalnız ətraf rayonlarda maksimum iki saatdan bir hansısa bir xəbər çatdırılırdı. Bu məsləyə hüquqi qiymətlə bağlı danışsaq deyə bilərəm ki, qırğınları törədənlərin heç biri öz cəzasına çatmadı. Onların başında da Qorbaçov dayanırdı. 20 yanvar hadisəsi həmçinin hərbi cinayət sayılırdı. Çünki, Sovet ordusunun müdaxiləsi ilə baş vermişdi. Bu hadisələri törədənlər rəzil günündə öldülər. Yəni, həmin hadisəni törədənlər heç də xoş vəziyyətdə olmadılar. Bircə Qorbaçovdur ki, 88 yaşı var. Nobel mükafatı almaqla deyil, bu adam həqiqətən də əli təkcə azərbaycanlıların qanına batmayıb, onun əli gürcülərin ,qazaxların da qanına batmışdı. Mənəvi cəhətdən nə qədər əzab çəkdilər deyə bilmərəm amma cinayəti törətdikləri üçün cəzasız qaldılar".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5186   Tarix: 20 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel