Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: kəndlisi nişanlısına zəng etdi və...

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: kəndlisi nişanlısına zəng etdi və...Sabirabad rayonunda qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Bəxtiyar Xankişiyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Naməlum zəng

Publika.az-ın xəbərinə görə, Bəxtiyar Xankişiyev 15 may 2017-ci il tarixdə, saat 13.30-da Sabirabad rayonunun Qaraağac kəndində yaşayan əmisi Elyanurun evinə gəlib.

Əmisinin evində olduğu zaman Bəxtiyar Xankişiyev qohumu Zibeydə Mirzəyevaya məxsus mobil telefona zəng gəldiyini görüb. Zibeydə həmin telefonunu Bəxtiyara verərək tanımadığı nömrə olduğuna görə cavab verməsini xahiş edib.

Nişanlıma niyə zəng vurmusan?

Bu zaman Bəxtiyar Zibeydənin telefonunu götürərək gələn zəngə cavab verib. Bir nəfər oğlanın telefonda ona kim olmasını və nişanlısının telefonuna bu nömrədən zəng gəlməsini deyib.

Həmin zəng edən şəxs bu nömrədən nişanlısının telefonuna zəng edilməsinin səbəbini soruşub. Zəng edən şəxs özünü təqdim edən zaman onunla danışanın həmkəndlisi Elmir Oruclu olduğunu bilib.

Mübahisə və dava

Elmir nişanlısının telefonuna zəng etməsini Bəxtiyara irad tutaraq mübahisə edib. Həmin vaxt Elmir ona nalayiq sözlər deyib və ondan kənddə olan "Rahat" adlı marketin yerləşdiyi yerə gəlməsini tələb edib.

Bəxtiyar evdən çıxaraq həmin gün saat 14 radələrində "Rahat" marketin yerləşdiyi yerə gəlib, kəndarası küçədə Elmir Oruclu ilə rastlaşıb. Elmir onu yenidən nalayiq sözlərlə söyüb, şillə ilə sifət nahiyəsindən vurub.

Qanlı dava və həbs

Elmir hərəkətlərini davam etdirərək Bəxtiyara əlavə zərbələr vurmağa cəhd edərkən sonuncu zərində gəzdirdiyi cib bıçağını çıxarıb və onun qarşısında sağ və sol tərəfə hərəkət etdirməklə özündən kənarlaşdırmağa çalışıb.

Bu zaman Elmir Bəxtiyara müqavimət göstərib, Bəxtiyar isə özündə olan bıçaqla ona bir neçə xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs həbs edilib.

İstintaq orqanı tərəfindən Bəxtiyar Xankişiyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Xankişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Bəxtiyar Xankişiyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının daha yüngül cəza ilə əvəz olunmasını istəyib.

"Məni təhqir etdi"

Bəxtiyar Xankişiyev qeyd edib ki, telefon zənginə qohumu Zibeydə Mirzəyevanın təkidi ilə cavab verib: "Zəng edən Elmir Oruclu məni təhqir etdi və söyüşlər söydü. Bunu yanımda olan bütün qohumlarda təsdiq edərlər. Çünkü telefonun mikrafonu xarab olduğundan bərk səslə eşidilirdi. Sonra Elmiri tanıdığımdan, yəni həmkəndlim olduğundan, kənd dükanının qabağına gələrək məni niyə söydüyünü soruşdum. O isə yenə məni söydü və hətta yaşda və boyda da məndən böyük olduğuna görə məni döyməyə başladı. Mən isə özünü müdafiə etmək üçün bıçağımı çıxardım".

Təqsirləndirilən şəxs daha sonra şikayətində qeyd edib: "Hətta atam ilə polis şöbəsinə gedərək hadisə barədə məlumat vermişəm. Elmirin xəstəxana xərclərini də heyvanlarımı sataraq ödəmişəm. Söyüldüyüm və döyüldüyüm üçün də ondan heç bir şikayət etməmişəm".

Cəza 2 ilə endirildi

Bəxtiyar Xankişiyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilib, Bəxtiyar Xankişiyevin cəzası 2 ilə endirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2387   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021