"Azərbaycanın hədəfi regionda tranzit mərkəzə çevrilməkdir"-RƏY

"Azərbaycanın hədəfi regionda tranzit mərkəzə çevrilməkdir"-RƏY2020-ci ildə Azərbaycanın MDB məkanında ticarət və yük daşınması sahəsində ən böyük artım dinamikasının Rusiya, Qazaxıstan və Gürcüstan istiqamətində təmin olunacağı gözlənilir. Artımın əsas faktorları Nursultanla Pekin arasında Azərbaycan və Gürcüstan ərazisindən keçən dəhlizlərə (Bakı-Tbilisi-Qars dəmiryolu (BTQ), Batumi və Poti dəniz limanları) çıxmaqla yük axınının, xüsusən də Şərq-Qərb istiqamətində konteyner daşımalarının əhəmiyyətli dərəcədə artması barədə razılaşmalar olmalıdır. Rusiya istiqamətində ticarətin artımının katalizatoru rolunu yük axınının bir hissəsinin (Rusiyadan taxılın, taxta-şalbanın və digər tranzit yüklərin daşınması) Qara dəniz regionundan BTQ dəhlizinə köçürülməsinə dair Türkiyə-Rusiya razılaşmaları oynayacaqdır.
2020-ci ildə yük dövriyyəsi strukturunda gözlənilən dəyişikliklər, Azərbaycan ərazisindən daşınan tranzit yüklərin payının artması, Gürcüstan istiqamətində tranzitin payı necə olacaq?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sonxeber.az-a danışıb. O, bildirib ki, Azərbaycanın ortaya qoyduğu mövqe regionda tranzit mərkəzə çevrilməkdir:
"Bu istiqamətdə bir sıra layihələr demək olar ki, işlənib tamamlanıb, kifayət qədər ciddi infrastruktur xərcləri həyata keçirilib. İndiki halda bu infrastrukturu ən qısa müddətdə dəyərə çevirmək lazımdır. Çünki infrastrukturun özü amortizasiya olunaraq zaman çərçivəsində dəyərsizləşən və lazım olmayan bir dəyişiliklərin olmasına hesab olunub. Bu baxımdan Hindistan-Çin və Qazaxıstan-Türkmənistan üzərindən Xəzər dənizi vasitəsilə məhsulların Azərbaycandan keçmək şərtilə Avropaya çatdırılması eyni zamda Türkiyə-Rusiya və İran-Rusiya əlaqələrində müəyyən irəliləyişlərin olması, ticarət əlaqələrinin genişlənməsi Azərbaycan ərazisindən tranzit bölgə kimi istifadə imkanlarını artırır. Xüsusilə də Bakı-Tbilisi-Qars dəmiryolunun və Ələt Dəniz limanının tam olaraq 2020-ci ildə gücünün əhəmiyyətli hissəsini istifadə edə biləcəyi ehtimal olunur. Bu da öz növbəsində Azərbaycanda nəqiliyyat sektorunun xüsusi çəkisinə təsir göstərəcəkdir. Məsələn 2018-ci ildə bu sektorun iqtisadiyyatda payı 6.3% olubdur və hökumətin proqnozlarına görə artıq 2020-2023-cü illərdə təxminən orta hesabla 4.5% nəqiliyyat sektorunda artımlar, yəni ümumi daxili məhsulun böyüməsi planlaşdırılır. Böyümə də məhz sadaladığınız faktorlardan qaynaqlanacaq. Təbii ki, bu öz növbəsində regionda Azərbaycanın əsas tərəfdaşı olaraq Gürcüstanın da kifayət qədər bundan pay almasına gətirib çıxaracaqdır. Azərbaycan bu istiqamətdə səyini artırdıqca, bu daşınmaların əhəmiyyətli bir qismi məhz Gürcüstan üzərindən, dolayısı ilə Türkiyə və Qərbə çatdırılır. Bu da öz növbəsində Gürcüstanın da qeyd edilən sektorda inkişaf dinamikasının sürətlənməsinə gətirib çıxaracaq. Əlbəttə, Türkiyə də müəyyən qədər bu prosesdə aktiv iştirakçılardan hesab olunur. Yəni Azərbaycanın özünün bu istiqamətdə mərkəzə çevrilmə səyi həmçinin region iqtisadiyyatının, o cümlədən də qonşu ölkələrdən Gürcüstan və Türkiyənin birbaşa olaraq, Qazaxıstan, Türkmənistan, İran, Rusiya kimi ölkələrin isə dolayısı olaraq müəyyən qədər pay almasına və inkişaf etməsinə səbəb olacaq".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2895   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyat

18 fevral
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel