Azərbaycan Davos Forumunun çox nüfuzlu üzvlərindən biridir - TƏHLİL

Yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsi yerləşdirilib.
Azərbaycan Davos Forumunun çox nüfuzlu üzvlərindən biridir - TƏHLİLMəqalədə vurğulanır ki, "Azərbaycan enerji layihələrini də uğurla həyata keçirməyə davam edib. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan bu layihə 4 hissədən ibarətdir".

Qeyd edək ki, dövlət başçısı artıq Davosda bir sıra mühüm görüşlər keçirib.

Prezident İlham Əliyevin Davosda "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşü olub. Görüşdə "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubinşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirib. Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edilib. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Carlyle Group" arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.
Azərbaycan Davos Forumunun çox nüfuzlu üzvlərindən biridir - TƏHLİLPrezident İlham Əliyev yanvarın 20-də Davosda "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə ilə də görüşüb. Görüşdə "VTB Bank"ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə "VTB Bank" arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev "VTB Bank"ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib.
Azərbaycan Davos Forumunun çox nüfuzlu üzvlərindən biridir - TƏHLİLAndrey Kostin təklifə müsbət yanaşdığını bildirib və dövlətimizin başçısını əmin edib ki, "VTB Bank" bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Ölkə başçısının görüşləri davam edir.

Vurğulayaq ki, Davos İqtisadi Forumu yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətli tədbirlərdən biri kimi dəyərləndirilir. Davos İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi formada keçirilən dövlət və hökumət başçılarının, iri biznes nümayəndələrinin, ayrı-ayrı sahələrdən ekspertlərin görüşləri problemlərin həlli üzrə optimal variant tapmağa kömək edir. Davos İqtisadi Forumu özünü təsdiqləmiş nüfuzlu iqtisadi platformadır. Azərbaycan isə bu forumun ən aktiv təmsilçilərindən biridir. Prezident Əliyev hər il bu forumda fəal şəkildə iştirak edir və ölkənin iqtisadi potensialı barədə orada çalışan iş adamları, eləcə də mediaya ciddi məlumatlar verir. Eyni zamanda, bu forum çərçivəsində Azərbaycanın təbliği baxımından geniş işlər görülür.

Davos İqtisadi Forumu dünyanın bir sıra aparıcı şirkət rəhbərləri ilə bir araya gələrək onlarla iqtisadi məsələlərə dair müzakirələr aparmağa və əməkdaşlıq etməyə imkan verir. Hazırda Davos İqtisadi Forumu Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atır və ölkədə iqtisadi islahatlar həyata keçirir. Bu islahatların həyata keçirilməsi, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsinə xarici şirkətlərlə əlaqələrindən inkişafı müsbət təsir edə bilər.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin belə tədbirlərdə iştirakını Azərbaycanda aparılan ciddi iqtisadi islahatlarla əlaqələndirmək, ortaya qoyulan strateji yol xəritəsinin mühüm istiqamətlərindən biri kimi yanaşmaq lazımdır.

Azərbaycanın dünyada böyük neft-qaz ölkəsi kimi qəbul olunur. Digər tərəfdən bir sıra xarici şirkətlər Azərbaycanın qeyri-neft sektoruna da investisiya yatırmağa maraq göstərir. Azərbaycan regionda mühüm iqtisadi tərəfdaş imicini layiqli şəkildə qoruyur. Bu platformadan müsbət istiqamətdə yararlanaraq, Azərbaycana gələcəkdə mühüm iqtisadi və siyasi dividentlər qazandıra bilər.

Davos İqtisadi Forumu dünyanın ən böyük forumu kimi qiymətləndirilir. Bu forumu digərlərindən fərqləndirən cəhət burada dünyanın çoxlu sayda yüksək səviyyəli şəxslərinin toplanmasıdır. Belə ki, forum nəticə etibarı ilə qlobal aləmin fərqli təşkilatlarını təmsil edən insanlar, dövlət və hökumət başçıları, iş adamları, ekspertləri və media bir araya gəlmək imkanı qazanırlar.

Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib. Azərbaycan hər il bu forumda təmsil olunur və ölkəmizin dünyada nüfuzu daha da artır. Qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və illik toplantılarına dövlət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri qatılırlar.

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin yaradılmasında önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos İqtisadi Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Ölkə rəhbərinin Davos Forumunda iştirakı Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır. Prezident Əliyevin Davosda şirkət rəhbərləri görüşlər keçirməsi əlaqələr baxımından mühüm əhəmiyyətə malikdir.

Davos İqtisadi Forumunda iştirak edən Azərbaycanın məqsədi dünyada gedən prosesləri izləmək, o cümlədən Azərbaycandakı prosesləri bölgədə marağı olan iştirakçılara çatdırmaqdan ibarətdir. Forumun platforması informasiya mübadiləsi nəticəsində dünya ictimaiyyətinə qlobal iqtisadiyyatla bağlı fikirləri formalaşdırmaq və çatdırmaqdır.

Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində yanvarın 22-nə təyin olunmuş "Strateji Proqnoz: Avrasiya" sessiyasında iştirak və çıxış edəcək.

Görüş iştirakçıları region üçün 2020-ci ildə strateji prioritetləri müzakirə edəcəklər. Sessiyanın gündəliyinə iqtisadi imkanların yaradılması, geosiyasi gərginliklərin idarə edilməsi və texnoloji tətbiqetmənin sürətlənməsi kimi məsələlər daxil edilib. Dövlət başçısının bir sıra nüfuzlu Qərb mətbuatına müsahibələr verəcəyi də gözlənilir. Lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5221   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel