26 yaşlı üç uşaq anası Əfsanənin danışdıqları insanı dəhşətə gətirdi: Əri qırmancla döyürmüş - VİDEO

26 yaşlı üç uşaq anası Əfsanənin danışdıqları insanı dəhşətə gətirdi: Əri qırmancla döyürmüş - VİDEOƏrinin işgəncələrindən qaçan 26 yaşlı Əfsanənin yaşadıqları ölkə ictimaiyyətində rezenans doğurub. 10 ildir ailəli olan üç azyaşlı uşağını da götürüb evdən qaçıb. Gənc qadın son dəfə qırmancla döyüldükdən sonra boşanmağa qərar verib və Bakıya üz tutaraq Xoşqədəm Hidayətqızını axtarıb tapıb, ondan kömək istəyib. Qadının əri Səxavət elə həmin günü həyat yoldaşının və uşaqlarının itkin düşməsilə bağlı polisə müraciət edib. Polis tərəfindən yeri müəyyən edilən ana və azyaşlılar sığınacağa yerləşdirilib.

BAKU.WS xəbər verir ki, dünən "Səni axtarıram" proqramında Əfsanənin məsələsi müzakirəyə çıxarılıb.

Canını və uşaqlarını götürüb evdən qaçan qadın bu illər ərzində mütəmadi şəkildə döyüldüyünü, təhqirlərə məruz qaldığını bildirib. Qadının sözlərinə görə, dəfələrlə anasına bu barədə desə də, ana qızına "Qadının ər evindən ancaq meyiti çıxar" deyərək dözməyi məsləhət verib.

Əfsanənin söylədikləri və xarici görünüşü hər kəsi dəhşətə gətirib. Belə ki, 16 yaşından ərə verilən və üç uşaq anası olan Əfsanınin 26 yaşında olduğuna heç kim inanmayıb. Sosial şəbəkələrdə münasibət bildirən izləyicilər ona 40-dan az yaş verməyiblər. Hətta Əfsanənin nəinki 26, 76 yaşlı qadına bənzədiyini deyənlər olub.

Həyat yoldaşı Səxavət dayısını da götürüb barışıq üçün efirə gəlib. Lakin Əfsanə qətiyyətlə barışmaq istəmədiyini deyib:
"10 ildir dözürəm. İnsan nə qədər döyülüb-söyülər? Məni qırmancla döyüb, qarnımın üstünə çıxıb tapdalayıb, bədənimdə siqaret yandırıb, uşaqları döyür. Fikirləşib qərar vermişəm, barışmaram. İşləyib uşaqlarımı saxlayacam. Guya orada işləmirdim? Gecə-gündüz işləyirdim. O da uşaqlarına aliment versin. Barışmaq fikrim yoxdur. Daha bədənimdə döyülməyə salamat yer yoxdur".
Barışmaq üçün efirə gələn Səxavət: "O, böyük səhv edib evdən çıxıb. Hər evdə söz-söhbət olub. Mən ona 2 qırmanc vurmuşam. Səhvimi başa düşürəm. Üç uşağım var, barışmaq istəyirəm".

Xatırladaq ki, 17 yanvarda 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayevin itkin düşməsilə bağlı məlumat yayılmışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3171   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Son günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası ala

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel