Azərbaycanın mərkəzə çevrilmək strategiyası Davosda böyük marağa səbəb olub - YENİLƏNİB - VİDEO

Azərbaycanın mərkəzə çevrilmək strategiyası Davosda böyük marağa səbəb olub - YENİLƏNİB - VİDEODavosda işinə başlayan sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində "Qlobal dəyişikliklər fonunda Xəzər nəqliyyat dəhlizi" adlı sessiya keçirilib.

"Report"un Davosa ezam olunmuş müxbiri xəbər verir ki, dünyanın müxtəlif bölgələrindən gələn ekspertlər regionun inkişafı perspektivləri, iqtisadiyyatlarının gələcəyi ətrafında müzakirələr keçiriblər.

Tədbirdə ekspert qismində iştirak edən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov Çinin "Bir kəmər və bir yol" layihəsi istiqamətində Azərbaycan xüsusilə də Bakı limanında görülən işlər haqqında danışıb.

O digital koridor rəqəmsallaşma sahəsində regionun portları ilə həyata keçirilən layihələr haqqında da ətraflı məlumat verib. Sessiya zamanı ekspertlər logistik şirkətləri ilə Çindən Avropaya gedən xüsusilə Orta koridorun inkişafı ilə bağlı bir çox mövzulara toxunublar. Azərbaycanın həyata keçirdiyi mərkəzə çevrilmək strategiyası xarici ekspertlərin böyük marağına səbəb olub.

Taleh Ziyadov Bakı limanının 34 "yaşıl" limandan biri olduğunu və keçən il regionda ilk "yaşıl liman" statusu aldığını iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edək ki, ekspertlər arasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, İsveçrə parlamentinin keçmiş prezidenti Felipe Lombardi, Əfqanıstanın iqtisadiyyat naziri Mustafa Məstur, Rusiyanın Almaniyadakı keçmiş səfiri Vladimir Kotenev, "A+A" şirkətlər qrupu prezidenti Andreas Baumqartner, "Fiata" şirkətinin keçmiş prezidenti Baber Badat və digər şəxslər olublar.

Xatırladaq ki, "Caspian Week" forumunun başlıca məqsədi Böyük Xəzər Re-gionu (Xəzər və Qara dəniz hövzələri ölkələri) ilə Avropa arasında iqtisadi, mədəni, təhsil, elmi əlaqələri genişləndirmək, habelə adı çəkilən regiona sərmayələr, rəqəmsal və digər yeni texnologiyaları cəlb etməkdən ibarətdir.

**** 05.41

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda "Xəzər nəqliyyat dəhlizləri qlobal dəyişikliklər fonunda" panel müzakirəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nın baş direktoru Taleh Ziyadov çıxış edib.

QSC-dən "Report"-a bildirilib ki, Taleh Ziyadov Bakı Limanının "Şərq–Qərb" nəqliyyat dəhlizində (Orta dəhliz) mühüm yer tutduğunu deyib.

Qeyd edilib ki, beynəlxalq logistika və nəqliyyat şirkətləri ilə əməkdaşlıq edərək Çinə və Mərkəzi Asiyaya daha çox yüklərin Venlo (Niderland) – İstanbul (Türkiyə) - Bakı Limanı (Azərbaycan) - Çin marşrutu ilə yollanması nəzərdə tutulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1836   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel