Zakir Həsənovun Gürcüstana səfəri: Ermənistanın mühasirədə saxlanılması güclənir - RƏYLƏR

Zakir Həsənovun Gürcüstana səfəri: Ermənistanın mühasirədə saxlanılması güclənir - RƏYLƏRAzərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanda rəsmi səfərdə olub. Nazir səfər çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili, parlamentin sədri Arçil Talakvadze ilə görüşüb.

Nazirlərin görüşündə Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.

Bəs Z.Həsənovun səfəri Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının gələcək inkişafında necə rol oynayacaq? Bakı və Tbilisinin hərbi əməkdaşlığı bölgəyə nə vəd edir?

Hərbi ekspert Azad İsazadə "Report"a açıqlamasında deyib ki, Azərbaycan-Gürcüstan əməkdaşlığının tarixi böyükdür.

O bildirib ki, hər iki ölkə müstəqillik əldə edəndən bu günədək bir-biri ilə əməkdaşlıq edir: "Dağlıq Qarabağda müharibə gedən dövrdə də Gürcüstanla əməkdaşlıq edirdik. O zaman hərbi təyyarələrimizi Gürcüstanda təmir etdirirdik. Gürcüstanla bizim ölkə arasında əməkdaşlıq həmişə olub. İndi də hər bir əməkdaşlıq tələb edir ki, onu dərinləşdirək, genişləndirək və inkişaf etdirək. Biz bu prosesin növbəti mərhələsini görürük".

A.İsazadənin sözlərinə görə, Azərbaycan-Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür: "Gürcüstan Azərbaycan üçün strateji bir yerdə yerləşir. Bizim ən yaxın müttəfiqimiz olan Türkiyə ilə ölkəmiz arasında Gürcüstan bir vasitədir. Bu baxımdan Gürcüstan Azərbaycan üçün mühüm bir rol oynayır. Bir də istər-istəməz hər bir əməkdaşlıqda boş yer olmur. Biz bu əməkdaşlığı eləməsək, mütləq Ermənistan tərəfi çalışar ki, həmin boş yeri tutsun. Bəzən də Ermənistan Gürcüstanla daha geniş əməkdaşlığa can atır. Ona görə də biz rəqibimizi neytrallaşdırmaq üçün bu əməkdaşlığı genişləndirməliyik.

Hərbi ekspert Azad İsazadə:

"Biz bu əməkdaşlığı eləməsək, mütləq Ermənistan tərəfi çalışar ki, həmin boş yeri tutsun".

Azərbaycan-Gürcüstan-Türkiyəni vahid enerji layihələri birləşdirir. Hər üç dövlət vahid maraq çərçivəsində fəaliyyət göstərir. Enerji dəhlizi, dəmir yolu xətti, neft-qaz kəmərləri, o cümlədən də avtomobil yolu üç ölkənin iqtisadiyyatını və Avropa ilə Asiyanı birləşdirir. Bütün bunların təhlükəsizliyini ancaq bu üç dövlət birgə əməkdaşlıq edə-edə qoruya bilər".

Politoloq Elxan Şahinoğlu "Report"a açıqlamasında qeyd edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə strateji müttəfiqdir.

O söyləyib ki, hər üç dövlətin bütün sahələrdə ortaq layihələri var: "Bunlardan da biri hərbi əməkdaşlıqdır. Hərbi tərəfdaş kimi də Gürcüstan bizim üçün vacibdir. Gürcüstan son illər Azərbaycan və Türkiyə ilə birgə hərbi təlimlərə maraq göstərir. Təsadüfü deyil ki, ötən il hər üç dövlətin müdafiə nazirləri görüşüb. Düşünürəm ki, Azərbaycanın Müdafiə naziri Zakir Həsənov məhz bu istiqamətin tərkib hissəsi kimi Tbilisidə oldu və əməkdaşlığın inkişafı yollarını müazkirə etdi. Gürcüstan da bu əməkdaşlıqda maraqlıdır. Belə əməkdaşlıq bizim üçün də faydalıdır. Bu yolla işğalçı Ermənistanı mühasirədə saxlamış oluruq. Çünki Gürcüstan heç vaxt Ermənistanla hərbi təlimlər keçirməz. Bu baxımdan da Gürcüstanla hərbi əməkdaşlıq Azərbaycan üçün faydalıdır".

Politoloq Elxan Şahinoğlu:

"Belə əməkdaşlıq bizim üçün də faydalıdır. Bu yolla işğalçı Ermənistanı mühasirədə saxlamış oluruq".

Politoloq deyib ki, Azərbaycan-Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi imkanları da böyükdür: "Yəni hər iki ölkə arasında keçirlən birgə hərbi təlimləri qeyd etmək olar. Hətta düşünürəm ki, Gürcüstan Azərbaycanın hərbi sənaye kompleksinə sifarişlər də verə bilər. Və yaxud Gürcüstanın hərbi sənaye kompleksi varsa, bu istiqamətdə ortaq əməkdaşlıq da mümkündür. Bütün istiqamətdə müzakirəsi və inkişafı yollarının hər iki tərəf üçün faydalı olacağını düşünürəm.

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı bölgəyə onu vəd edir ki, hər iki ölkə arasında müttəfiqlik daha da möhkəmlənir. Həmçinin işğalçı Ermənistanın mühasirəsi də güclənir. Çünki aydındır ki, Azərbaycan-Gürcüstan arasındakı hərbi əməkdaşlığı Ermənistanı çox ciddi sürətdə narahat edir. Bundan başqa, NATO şəmsiyyəsi altında Azərbaycanla Gürcüstanın birgə təlimlərdə iştirakı həm NATO üçün, həm də tərəfdaş ölkələr üçün faydalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2012   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021