Umayra Tağıyeva hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - MÜHÜM AÇIQLAMA

Umayra Tağıyeva hava şəraiti ilə bağlı xəbərdarlıq etdi - MÜHÜM AÇIQLAMA"Bu ilin yanvar ayının 21 günü ərzində Bakıda şaxtalı hava qeyd edilməyib, orta sutkalıq temperatur isə normadan 1.8°, yanvarın 7-də isə 4,3 dərəcə yüksək olub".

Axeber.az "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, müqayisə üçün göstərmək olar ki, keçən il temperatur cəmi bir dəfə 0 dərəcədən aşağı enib və ayın 20-də 2 dərəcə şaxta qeydə alınıb.

"Keçən əsrin çoxillik iqlim müşahidələrinə görə yanvar ilin ən soyuq ayı kimi qəbul edilmişdir. Lakin son onilliklərin təhlili göstərir ki, Azərbaycanın əksər ərazilərdə fevral ayı daha soyuq keçir. Ümumilikdə qış fəslində şaxtalı günlərin sayı azalıb. Yanvar ayına gəldikdə isə 1961-1990-cı illərdə şaxtalı günlərin orta çoxillik sayı 6 gün olduğu halda, 1991-2018-ci illərdə 4 gün olub", deyə U.Tağıyeva bildirib.

O, qeyd edib ki, yanvarın 24-də şimaldan gələn soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində paytaxt sakinləri ilkin proqnozumuza görə bu qış fəslinin ilk qarını müşahidə edə bilərlər.

Belə ki, yanvarın 23-də güclü cənub-qərb küləyi 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeronda 24-dən 25-i səhərədək yağıntılı keçəcəyi gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək, 0-3° isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 23-ü axşamdan 25-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir.

Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Yanvarın 23-24-də güclü küləkli olacaq, 23-də cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s, 24-də isə şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-yə çatacaq.

Avtomobil yollarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Sosial   Baxılıb: 10006   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

SOCAR və "LUKoil" arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib. . . "Report" xəbər verir ki, görüşdə bir sıra maraq doğuran məsələlə

22 yanvar

Əri tərəfindən qırmancla döyülən Əfsanənin son GÖRÜNTÜSÜ - FOTO

Əri tərəfindən vəhşicəsinə döyüldüyünə görə evdən qaçan Əfsanənin son görüntüsü hər kəsi təəccübləndirib. . . Sonxeber.az verir ki, Xəzər televiziyasında yayılan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən və həyat yoldaşı Səxavət İsayev tərəfində

22 yanvar

7 dərəcə şaxta, qar, güclü külək - HAVA XƏBƏRDARLIĞI

Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.. . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Sonxeber.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq..

22 yanvar

"Müğənnilərin parlamentdə nə işi var? Bəyəm Milli Məclis xor dərnəyidir?"- Hafiz Hacıyev

Xəbər verdiyimiz kimi fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Milli Məclisə seçkilərlə əlaqədar 1542 nəfərin namizədliyi qeydə alınıb. Onların arasında Əməkdar artisti Elza Seyidcahan, bir çox mətbuat nümayəndələri və vəkillərində adları var. . . Bununla bağlı Sonxeber.az-

22 yanvar

"Zirəddin Nərmin cinayəti ilə özünü reklam edir"-Tanınmış VƏKİLDƏN AÇIQLAMA

Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan" "Youtube" kanalına müsahibəsində Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiklərini iddia edib.. . Bununla bağlı Sonxeber.az-a danışan vəkil Mehman Muradlı bildiri

22 yanvar

"Toy olsun"da evlənmişdi, "Səni axtarıram"da axtarılırdı - Ölü tapıldı - FOTO

"Səni axtarıram" verilişində axtarılan Ceyhun Əhmədovun meyiti tapılıb.. . Bir neçə gündür axtarılan Əhmədovu maşın vurub.. . Bu barədə Xoşqədəm Hidayətqızı aparıcısı olduğu verilişdə məlumat verib. Mərhum iki uşaq atası idi.. . Qeyd edək, C.Əhmədov 2010-cu ildə ANS telekanalında yayımlana

22 yanvar

Azərbaycandan bu ölkəyə yeni qatar açıldı: Gediş pulsuzdur

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb. . . Qaynarinfo İran mətbuatına istinadən xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq. . . Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan

22 yanvar

Gürcü hərbi ekspertlər: "Gürcüstan Azərbaycanla hərbi sənaye sahəsində uğurlu əməkdaşlıq qura bilər"

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dostudur. Bu baxımdan Azərbaycan müdafiə nazirinin Gürcüstana rəsmi səfəri olduqca böyük əhəmiyyət kəsb edir".. . Bu barədə "Report"un yerli bürosuna gürcü politoloq, hərbi ekspert Vaxtanq Maisaya Azərbaycanın Müdafiə naziri, general-polkovni

22 yanvar

Vilayət Eyvazov generalları topladı - FOTO

Yanvarın 22-də Daxili İşlər Nazirliyində 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.. . Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

22 yanvar