Prezidentin islahatları beynəlxalq indeksdə 26 dərəcə irəlilədi

Prezidentin islahatları beynəlxalq indeksdə 26 dərəcə irəlilədiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini verib, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb.

Keçirilən sistemli islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, "Beynəlxalq Şəffaflıq" Təşkilatının (Transparency International) 2019-cu il üzrə tərtib etdiyi Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 30 balla 26 pillə irəliləyib. 2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

Ötən il dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter almış, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunub.

Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu–vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan "ASAN xidmət" mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 16 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin "bir pəncərə"dən təqdim edilməsinə imkan verən nadir layihə kimi DOST mərkəzlərinin fəaliyyətə başlaması kimi mühüm əhəmiyyətli tədbirlər ölkəmizin mötəbər Korrupsiya Qavrama İndeksində əhəmiyyətli dərəcədə irliləməsi ilə nəticələnib.

Dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübə və amillər fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə - iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnib, vətəndaş rifahının daha da yüsəldilməsinə hesablanmış vəbu daxili göstəricilər beynəlxalq arenalarda öz əksini da tapır. "Beynəlxalq Şəffaflıq" Təşkilatının (Transparency International) 180 ölkədəki inkişaf göstəricilərini korrupsiya təzahürünün mövcudluğu prizmasından qiymətləndirən 2019-cu il üzrə Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 26 pillə irəliləyib.

Qeyd edək ki,Transparency International (TI) – Beynəlxalq Şəffaflıq təşkilatı 1993-cü ildə Berlin şəhərində təsis edilmiş təşkilat olub dövlət və özəl sek­tor­larda mövcud olan korrupsiya haqqında araşdırmalar apa­rıl­ması və digər fəaliyyəti həyata keçirir. Təşkilatın dünyanın 100-dən çox ölkəsində yerli bölmələri mövcuddur. Qu­ru­mun Azərbaycan nümayəndəliyi olan "Şəffaflıq Azərbaycan" Təş­kilatı 2000-ci ildə təsis edilmiş və 2001-ci ildə akkre­di­ta­si­ya­dan keçərək ölkəmizdə fəaliyyət göstərir.

Korrupsiya Qavrama İndeksi (KQİ) müxtəlif mənbələrə əsaslanaraq sistemli şəkildə hər il dünya ölkələrində korrupsiyanın qavranılmasına dair məlumatları və təhlilləri özündə əks etdirən hesabatdır və hesabatda ölkələr üzrə ballar 100 bal (çox yaxşı) - 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir.

2019-cu il üzrə Korrupsiya Qavrama İndeksinin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilmiş, Azərbaycana dair məlumat isə Bertelsmann Foundation (Bertelsman Fondu), Economist Intelligence Unit (İqtisadi Təhlil Birliyi), Freedom House, Global Insight, Political Risk Services, Varieties of Democracy Project kimi fərqli-fərqli mötəbər mənbələr əsasında hazırlanmışdır. Bu mənbələr anti-korrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Hal hazırda Azərbaycanın 26 pillə irəliləməsi, onu göstərir ki, Prezidentin apardığı siyasət təkcə ölkə daxilində yox, beynəlxalq arenalarda da düzgün nəticələr verir.

Korrupsiya Qavrama İndeksi Transparency International təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir. 2013-cü ildən hesabatda xallar 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. 2012-ci ilə qədər qiymətləndirmə 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilirdi. KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycan bu sıralamada 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb. 2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

Korrupsiya Qavrama İndeksində ölkəmizin mövqeyinin əhəmiyyətli dərəcədə irəliləməsində digər faktorlarla yanaşı Dövlət başçısı İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanın icrası ilə yeni müstəviyə keçən məhkəmə-hüquq islahatlarının müstəsna rolu vardır. Sözügedən aktın qəbulu digər ali məqsədlərlə yanaşı, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkilini, mübahisələrin alternativ həllini, beynəlxalq arbitraj prosedurlarının, habelə vahid məhkəmə təcrübəsinin tətbiqini şərtləndirmişdir.

Ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatlar və əldə etdiyi nailiyyətlər bu sahədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu fikir yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı təşkil edilmiş mətbuat konfransında söylənmişdir. Hazırda "Beynəlxalq Şəffaflıq" Təşkilatı (Transparency International) tərəfindən tərtib etdiyi Korrupsiya Qavrama İndeksinin mövcud göstərilirə ölkəmizdə bu sahədə əldə edilən uğur və nailiyyətləri bir daha təsdiqləyir.
Prezidentin islahatları beynəlxalq indeksdə 26 dərəcə irəlilədi


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1878   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycanda bu səbəbdən 9 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.. . Sonxeber.az Axar.az-a istinadla xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.. . Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onla

23 yanvar

İmişlidə kimliyi dəqiqləşdirilən şəhidin nəşi məzardan çıxarılıb - VİDEO

İmişli rayonundakı "Şəmmədli" qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılıb. . . "Report"un Mil-Muğan bürosunun məlumatına görə, naməlum şəhidin kimliyi götürülən nümunələr əsasında müəyyən edildikdən sonra aidiyyəti qurumların iştirakı ilə şəhidin məzarı açılıb.

23 yanvar

26 ildən sonra kimliyi müəyyənləşən şəhidin nəşi Yevlaxa gətirilib - FOTO - VİDEO

İmişli rayonundakı "Şəmmədli" qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılaraq Yevlax rayonuna gətirilib.. . "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, şəhidin nəşi ailəsinə təhvil verilib. . . Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayon

23 yanvar

Baş nazir: "Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir" - VİDEO

"Xəzər regionu ölkələri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir". . . "Report"un Davosa ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri Giorgi Qaxariya İsveçrənin Davos şəhərində Böyük İqtisadi Forum çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qloba

23 yanvar

Füzulidə şəhid olan əsgər 26 ildən sonra Yevlaxda dəfn edilib - FOTO

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.. . "Report" xəbər verir ki, məlumatda deyilir: . . "Prezident İlham Əliyevin tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasını

23 yanvar

"Yalandan deyirlər ki, kərə yağıdır" - VİDEO - FOTO

Satışda saxta kərə yağları var.. . Sonxeber.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində bu məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.. . Eyyub Hüseynov - AİB sədri: "Bu cür saxta markalanmış, bəzən də üzərinə inək şəkli çəkilmiş, istehlakçıları inək şəkilini görüb, natural yazısın

23 yanvar

Restorandan çıxıb insanlara bıçaqla hücum edilib? - RƏSMİ AÇIQLAMA (VİDEO)

Bakıda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.. . Bu barədə Unikal.org-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.. . Rəis qeyd edib ki, tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbl

23 yanvar

Vəkil: "Vətəndaşlar torpaq sahəsi alarkən rəsmi sənədləşmə tələb etməlidirlər" - RƏY

SOCAR-ın infrastruktur obyektlərinin mühafizə zolağına düşən torpaq sahələrində vətəndaşlara məxsus tikililər var və zaman-zaman bu məsələ müzakirə mövzusuna çevrilir.. . Ümumiyyətlə, bununla bağlı mövcud durum necədir, buna hüquqi baxış nədən ibarətdir və vətəndaşların nəyi bilməsi vacibdir?. . "İM-Hüqu

23 yanvar

DYP-dən sürücülərə HAVA XƏBƏRDARLIĞI

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciət edib.. . Bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.. . Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departmantinin verdiyi məlumata əsasən, hav

23 yanvar