Zaur Darabzadə seçkilərdə əsas prioritetlərini açıqladı - MÜSAHİBƏ

Zaur Darabzadə seçkilərdə əsas prioritetlərini açıqladı - MÜSAHİBƏ23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Zaur Darabzadənin Oxu.Az-a müsahibəsi:

- Gəlin, söhbətimizi ən məntiqli sualdan başlayaq. Hazırkı növbədənkənar parlament seçkilərində iştirak etməyinizə nə səbəb oldu?

- Gələcək nəsillərə güclü, iqtisadi cəhətdən inkişaf etmiş, sabit dövlət ötürməyimizə imkan verən islahatlarda iştirak etmək arzusu. Bunun üçün yeni, indiki dövrün ruhuna və tələbinə cavab verən qanunlar gərəkdir.

Parlamentin əsas funksiyası isə qanunlar qəbul edilməsi ilə bağlıdır. Məhz buna görə Milli Məclisə cari seçkilərdə bu qədər çox sayda gənc namizədliyini irəli sürüb. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan əhalisinin 60 faizini gənclər təşkil edir.

Hesab edirəm ki, Milli Məclisdə elə təxminən eyni nisbətdə gənclər olmalıdır.

- Seçkilərdə əsas rəqibiniz kimdir?

- Onların hər birinə böyük hörmətlə yanaşıram. Bəli, müsbət dəyişikliklərə necə tez nail olmaq barədə fikirlərdə müxtəliflik var. Seçkilərin də mahiyyəti budur ki, deputatlığa namizədlərin seçki platformaları ilə tanış olan seçici konsepsiyası ona ən yaxın, ən başa düşülən, ən etibarlı görünənə səs vermək imkanına malikdir. Qoy ən güclü qalib gəlsin!

- Namizəd olduğunuz dairə seçicilərinin əsas problemləri nələrdir?

- Deputatlığa namizədliyimin qeydə alınması üçün zəruri olan imzaları şəxsən toplayan bir şəxs kimi qeyd edim ki, bu dairədə seçicilərin ümumi sayı təqribən 35 min nəfərdir. Ümumi götürsək, onlar da bütün Azərbaycan vətəndaşları kimi eyni ümid, problem, sevinclərlə yaşayırlar. Eyni zamanda, əlbəttə ki, hansı yaş kateqoriyasına aid olmalarına görə, seçicilərin problemlərində və gözləntilərində fərq var.

Məsələn, bu seçki dairəsi üzrə seçicilərin əksəriyyəti 25-44 yaş arasındakı insanlardır. Bunlar artıq müəyyən həyat prioritetlərini formalaşdıranlar və ya formalaşdırmaqda olanlardır. Onları, əlbəttə ki, daha çox sabit, yaxşı maaşlı işə sahib olmaq məsələsi maraqlandırır.

65 yaşdan yuxarı vətəndaşlar seçicilərin ikinci ən böyük qrupunu təşkil edir. Onlar daha çox pensiya problemləri ilə maraqlanırlar. Üstəlik, onları bu rayonda əlillərin problemlərinin az nəzərə alınması narahat edir. Təbii ki, bu kateqoriyalı vətəndaşların həyatını daha rahat etməyə borcluyuq. Bütün bu məsələlər qanunvericilik kontekstində yeni yanaşma tələb edir.

Mənim üçün prioritet bütün seçicilərlə yanaşı, gənclərin də səsini qazanmaqdır. Gəncləri özünü reallaşdırma, karyera yüksəlişi, "sosial lift"in işi maraqlandırır. Gördüyümüz kimi, vətəndaşları maraqlandıran, narahat edən bütün məsələlərin həlli müvafiq qanunların qəbul edilməsini tələb edir.

Məhz buna görə də ümid edirəm ki, dairəmdə yaşayan sakinlər yeni təşəbbüslərin lehinə səs verəcəklər və məni bütün Azərbaycan vətəndaşlarının həyatını asanlaşdıran qanunların hazırlanmasında və qəbul edilməsində iştirak etmək üçün Milli Məclisin deputatı seçəcəklər.

- Eyni zamanda, bildiyimə görə, sizin üçün 10 prioritet mövzu var. Bu, belədir?

- Bəli, doğrudur. Bu mövzuları sadalayıram: gənc sahibkarlar üçün vergilərin azaldılması, gənc sahibkarlar üçün bank kreditlərinin alınmasının sadələşdirilməsi və faiz dərəcələrinin aşağı salınması, gənc ailələr üçün ipoteka kreditlərinin alınması prosesinin sadələşdirilməsi və güzəştlər verilməsi, gənclər üçün şəhərciklərin tikilməsi və onlarda güzəştli qiymətlərlə mənzillər satılması, xaricdə təhsil alan gənclərin işlə təmin olunması, startap layihələrin dəstəklənməsi və onların həyata keçirilməsi üçün güzəştlər təmin edilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və ixracatçılar üçün dövlət rüsumlarının tamamilə ləğv edilməsi.

Bundan əlavə, orta məktəblərdə informasiya texnologiyalarından daha fəal istifadənin, gənclər üçün sağlam həyat tərzi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsinin tərəfdarıyam. Həmçinin, gənclərin mənəvi tərbiyəsində də müəyyən problemlər var ki, bunlarla işləmək vacibdir.

- Həqiqətən, çox vacib problemlərə toxunur, aktual məsələləri qaldırırsınız. Ümid edirəm ki, Milli Məclisin deputatı olmağa müvəffəq olarsınız və artıq deputat statusunda bütün sadaladığınız məsələlərin həllinə doğru addımlayarsınız. Yeri gəlmişkən, yeni çağırış parlamentdə belə gənc, yeni simaların olmasının Azərbaycandakı bədnam "sosial lift"in işinin sübutu olacağı fikri ilə razısınızmı?

- Azərbaycanda "sosial lift"in nə dərəcədə yaxşı işlədiyini son illərdə ölkədə dövlət qurumları, nazirliklər, dövlət komitələri və dövlət agentliklərinə rəhbərlik etmiş gənclərin sayına görə qiymətləndirmək olar. Əsas odur ki, proses dayanmasın.

Mövcud bəzi bürokratik əngəlləri aradan qaldıraraq ölkənin qabaqcıl universitetlərinin ən yaxşı məzunlarını, xüsusən də universitetləri fərqlənmə diplomu ilə bitirən, təhsil alarkən beynəlxalq qrant və diplomlara layiq görülən insanların iş tapmasına yardım göstərmək vacibdir. Bu məsələdə Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən "Yüksəliş" proqramı mühüm rol oynayacaq və bunu qeyd etmək olmaz. Bu, hazırda Azərbaycanda güclənən "sosial lift"in çox vacib hissəsidir.

Həmişə yalnız öz əməksevərliyimə və biliyimə güvəndiyimdən gənclərimizin hər birini gözəl başa düşürəm. Onların işə, vətənlərində tələbat zəmanətlərinə ehtiyacı var. Axı zəmanətli iş olmadan, karyera qurma perspektivləri olmadan Azərbaycan gəncləri ailə qurmaq, uşaq sahibi olmaq istəməyəcək. Bu isə artıq demoqrafik problemə səbəb ola bilər.

Dövlət yalnız istedadlı gənclərə yox, həm də hər hansı bir iş axtaranlara diqqət ayırmalıdır.

Əminəm ki, müasir peşə təhsili şəbəkəsinin inkişafını irəlilətmək lazımdır. Özü də Milli Məclis artıq müvafiq qanunu qəbul edib. İndi bu qanunun gündəlik həyatda tətbiqinə nail olmaq, peşə təhsili müəssisələrinin məzunlarının işlə təmin olunması məsələsini həll etmək lazımdır.

O cümlədən, gənclərin peşə əldə etməsinə və yekun nəticədə cəmiyyətə əmək inteqrasiyasına yardım etmək məqsədi daşıyan QHT-lərə və layihələrə dövlət qrantları ayırmaq vacibdir.

Gördüyünüz kimi, gənclərimizin problemlərinin həlli üçün geniş fəaliyyət sahəsi var. Buna görə yeni çağırış Milli Məclisdə onun nümayəndələrinin sayının mümkün qədər çox olacağına ümid edirəm. Bu, çalışqanlığından, istedadından, vətənpərvərliyindən Azərbaycan naminə istifadə etməyi xəyal edən minlərlə uşaq üçün bir növ yolgöstərici ulduz olacaq.

Namizəd haqqında daha ətraflı məlumat üçün - www.darabzadeh.az

Zaur Darabzadə seçkilərdə əsas prioritetlərini açıqladı - MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4970   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Firəngiz Mütəllimova Xocalıda - Foto

Xalq artisti Firəngiz Mütəllimova bu dəfə Xocalıya yollanıb. Axşam.az xəbər verir ki, aktrisa çəkdirdiyi şəkli instaqram izləyiciləri ilə bölüşüb. "Bu günə şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm" deyə, F.Mütəllimova paylaşımına yazıb

23 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel