Bakının taksi xidmətində inqilabi dəyişiklik: gedişhaqqı artacaqmı? - RƏSMİ CAVAB

Bakının taksi xidmətində inqilabi dəyişiklik: gedişhaqqı artacaqmı? - RƏSMİ CAVABPrezident İlham Əliyev ötən həftə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən ölkədəki taksi xidmətinin hansı səviyyədə olması ilə maraqlanıb.

Sonxeber.az xəbər verir ki, ölkə başçısı paytaxt Bakı başda olmaqla, bütün şəhər və rayonlarda taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində vacib tapşırıqlar verib.

Verilən tapşırıqlardan sonra ölkə üzrə taksi xidmətinin təşkil olunması ilə bağlı müxtəlif fikirlər səsləndirilməyə başlayıb. Taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması dəqiq olsa da, bunun hansı şərtlər və meyarlarla tənzimlənəcəyi sual doğrurur.

Yaranan suallara cavab tapmaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarovaya müraciət etdik. O, BAKU.WS-ə açıqlamasında bununla bağlı artıq komissiya yaradıldığını bildirdi:

"Cənab Prezidentin paytaxt Bakı şəhəri və regionlara "Tx5" markalı yeni London taksilərinin 100 ədədinin 3 ay müddətinə gətirilməsi ilə bağlı verdiyi tapşırıq tam həllini tapacaq. Bununla bağlı artıq komissiya yaradılıb. Komissiya ən yaxın zamanda respublika üzrə sərnişindaşıma sahəsi, xüsusilə də taksi xidməti ilə bağlı təhlillər aparacaq və boşluqların həllinə başlayacaq.

Taksi minik avtomobilləri də sərnişindaşıma fəaliyyətinin bütün digər növləri kimi eyni qanunvericilik aktları ilə tənzimlənir. Bildiyiniz kimi, əvəllər lisenziyalar mövcud idi və bu mahiyyəti üzrə işləmədiyi üçün ləğv olundu. Bunun yerinə isə daha da sadələşdirilmiş bir sistem - taksi və digər sahədə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən daşıyıcı vergi öhdəliyi yaranan fərqlənmə nişanını əldə etməklə bu sahəyə başlaya bilir.

Müəyyən qaydalar və kriteriyaların mövcud olduğu baza mövcud deyil. Lisenziyaların qayıtmasının təbii ki, tərəfdarı deyilik. Amma bunun bütün dünyada bir mexanizmi var. Bu mexanizm özündə həm də fərqlənmə nişanını ehtiva edir. Biz bu sisteminin hazırlanması üçün hökumətə öz təkliflərimizi vermişik. Təklifin adı "Biznesə əlavə", "Biznesə razılıq", "Biznesə buraxılış" və başqa ola bilər. Təkliflər paketi özündə fərqlənmə nişanı və daşıyıcının üzərinə tələblər qoymağa ehtiva edəcək. Bundan sonra hansı taksi xidmətini kim göstərə bilər, hansı avto nəqliyyat vasitəsilə bazasında olan göstərə bilər, taksi sürücülərinin xüsusi seçilməsi üçün meyarlar qoyulacaq, istənilən vətəndaş yerindən qalxıb taksi sürücüsü ola bilməyəcək".

Nuridə Allahyarova əlavə etdi ki, respublika üzrə rəsmi və qeyri-rəsmi 44 min ədəd taksi fəaliyyəti göstərir: "Bu rəqəmin 27 mini Bakı şəhərində, 17 mini isə digər şəhər və rayonlarda faəliyyət göstərir. 17 min ədədinin 3730 ədədi taksi xidmətində fərqlənmə nişanı ilə çalışır. Digər 13270 taksi fəaliyyəti göstərən fiziki şəxs sadəcə öz nəqliyyat vasitəsiylə nəqliyyat daşımaqla məşğuldur. Bu da tənzimlənməsi çətin olan, lakin tənzimlənməli olan məsələdir.

Qiymətlərdə heç bir artım və fərq olmayacaq. Tarif Şurası marşrut xidmətlərinə müvafiq standart tarifləri tətbiq edib. Amma taksilərdə bu qimətlər yoxdur. Bizim tətbiq edəcəyimiz sistem ondan ibarət olacaq ki, taksometrlər quraşdırılacaq və kilometrə uyğun qiymət müəyyən olunacaq. Vahid tarif burda olmayacaq. Qiymətlərin artmaq məsələsi mümkün deyil".

Sosial   Baxılıb: 6416   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Gəncədə itkin düşən 11-ci sinif şagirdi Bakıda tapıldı

Gəncə şəhərində itkin düşən 2004-cü il təvəllüdlü Gülçin Məmmədova Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.. . BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gülçin Məmmədova Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir.. . O, yanvarın 21-də əmisigilə getmək adı ilə evdə

23 yanvar

Zaur Darabzadə seçkilərdə əsas prioritetlərini açıqladı - MÜSAHİBƏ

23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Zaur Darabzadənin Oxu.Az-a müsahibəsi:. . - Gəlin, söhbətimizi ən məntiqli sualdan başlayaq. Hazırkı növbədənkənar parlament seçkilərində iştirak etməyinizə nə səbəb oldu?. . - Gələcək nəsillərə güclü, iqtisadi cəhətdən inkişaf etmiş, sabi

23 yanvar

Prezident İlham Əliyev qızını belə təbrik etdi – FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın ad günüdür.. . Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.. . Orta təhsilini 1995-2006-cı illərdə Bakıda, 160 saylı məktəbdə, al

23 yanvar

Azərbaycanda BİABIRÇILIQ: Ər arvadını uşaqlarının gözü önündə vəhşicəsinə döyüb, xəstəxanalıq etdi - FOTO

Azərbaycanda kişi arvadını azyaşlı övladlarının önündə döyüb.. . Bu barədə Sonxeber.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.. . O, bildirib ki, iki körpənin önündə ər yoldaşını necə döyübsə, qadın sığınacağa özünü güclə çatdırıb və dərha

23 yanvar

Kəmaləddin Heydərovun deputat dostu namizədliyini geri götürdü - FOTO

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.. . Unikal.org-un əldə etdiyi məlumatına görə, Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə müraciə

23 yanvar

İpoteka və Kredit Zəmanət Fondundan AÇIQLAMA: Kirayə evlərlə bağlı müraciət başlayacaq

Yanvarın 22-də satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbulu ilə bağlı "Elektron ipoteka və kredit zəmanət" sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində "elektron sistemin çökməsi" başlığı altında yayılan məlumatlar həqiqət

23 yanvar

26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: "Bir axşam evdə tək idim..."

"Onun ölüm xəbərini internetdə oxudum".. . Bunu Qaynarinfo-ya açıqlamasında şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun həyat yoldaşı Məlahət İbrahimova deyib. Onun sözlərinə görə, bu müddət ərzində onlar Vəliəddin İbrahimovu itkin biliblər:. . "Vəliəddin itkin düşmüşdü. Biz onu axtarırdıq

23 yanvar

Bakıda bu marşrutlar üzrə avtobusların hərəkət sxemi dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.. . Agentlikdən Sonxeber.az-a verilən məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməkl

23 yanvar

Bu şəxslərə ŞAD XƏBƏR: əmək haqları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ""Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında" Qaydanı təsdiq edib.. . Agentlikdən Publika.az-a verilən məlumata görə

23 yanvar