Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA

Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA"Bakı-Quba-Rusiya yolunun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşaasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində tamamlanması nəzərdə tutulub".

Bunu BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib

Onun sözlərinə görə, Bakı-Rusiya istiqamətində yeni avtomobil yolunun 2018-ci ildə təməli qoyulub: "Mövcud Bakı-Quba-Rusiya istiqamətində olan Bakı-Quba yolunun 45-ci kilometrindən götürür. Ümumi uzunluğu 152 kilometrdir. Birinci texniki dərəcəli olmaqla inşa olunur. Yolun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşaasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Yolun hər iki tərəfi çəpərlənəcək. Hərəkət hissəsinə kənar heç nə daxil ola bilməyəcək. Yol ətrafında maşınlar və sərnişinlərə xidmət üçün istirahət əraziləri qurulacaq. Tam olaraq müasir standartlara cavab verən yol olacaq".

Anar Nəcəfli əlavə edib ki, yeni salınan yollara alternativ yollar olduğu üçün bu yolların ödənişli olması ilə bağlı təkliflər verilib: "Bildiyiniz kimi, Azərbaycan şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Nəqliyyat dəhlizi üzərində ən böyük elementlərdən biri Bakı-Quba-Rusiya sərhəd yolu və Bakı-Ələt-Astara avtomobil yoludur. Artıq Bakı-Ələt-Astara istiqamətində yeni yolun inşaası artıq yekunlaşdırılıb. Birinci texniki dərəcəyə uyğun olaraq bu il ərzində Astaradan İran sərhədinə qədər yolun inşaası və İranla sərhəddə bir körpünün inşaasının aparılması və Bakı-Quba-Rusiya yolunun istifadəyə verilməsi ilə artıq şimaldan cənuba və ya əks istiqamətdə istər yük daşımada, istər tranzit yük daşımada, istərsə də sərnişin daşımada və regionları birləşdirmək baxımından bu yolların çox böyük əhəmiyyəti olacaq.

Bu yollara alternativ yollar olduğu üçün yolların ödənişli olması ilə bağlı təkliflər verilib və inşaat işlərinin yekununa doğru bu təkliflərə baxılacaq. Hər hansı qərar qəbul ediləcəyi təqdirdə artıq ödənişin tətbiqi ilə bağlı işlər aparılacaq. Qeyd edim ki, həm Bakı-Quba-Rusiya, həm də Bakı-Ələt-Astara yolları boyunca müəyyən istirahət əraziləri yaradılır ki, vətəndaşlar istirahət edə bilsin və nəqliyyat vasitələrində yaranan problemləri rahat şəkildə aradan qaldıra bilsinlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1587   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabı

19 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel