Bakıda iyrənc mənzərə: Heyvanlar kəsilib, qanı yola axıdılır - VİDEO

Bakıda iyrənc mənzərə: Heyvanlar kəsilib, qanı yola axıdılır - VİDEOBakı şəhərində qanunsuz heyvan kəsimi hələ də davam edir.

Bu barədə Oxu.Az-a Yasamal rayonu, Şərifzadə və Talıblı küçələrinin kəsişməsində, 3/8 ünvanında yaşayan sakinlər bildirib.

Onların sözlərinə görə, heyvanlar küçədə kəsilir, qanı yola axıdılır.

Sakinlər bildirib ki, məsələ barədə dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etsələr də, ərazidə iş görülməyib:

"Qurumdan bizim müraciətə cavab olaraq bildirilib ki, Şərifzadə küçəsi ilə Talıblı küçəsinin kəsişməsində fəaliyyət göstərən "Qara dana" adlı heyvan kəsimi məntəqəsində ətin satışı antisanitar vəziyyətdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib.

Bununla əlaqədar olaraq sahibkarlıq subyektinə məxsus qeyri-qanuni heyvan kəsimində istifadə olunan dəmir konstruksiyalı qurğular ləğv edilib, antisanitar vəziyyət aradan qaldırılıb. Amma bu gün orada vəziyyət AQTA-nın bizə ünvanladığı cavab kimi deyil".

Vətəndaşlar qeyd edib ki, məsələ barədə Yasamal Rayon İcra Hakimiyyətindən də müraciət ediblər. Lakin qurumdan müraciətə cavab ala bilməyiblər.

AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, qeyd olunan ərazidə müvafiq qurumlarla birgə dəfələrlə reydlər keçirilib:

"Heyvan kəsimində istifadə edilən vasitə və qurğular sökülüb. Həmin yer nəzarətə götürülüb, müvafiq icra qurumları və hüquq-mühafizə orqanları ilə birgə qeyd olunan ünvanda qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1546   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart