Daxili işlər nazirinin adından istifadə edən şəxs həbs OLUNDU
Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunda bir qrup şəxsin özünü polis işçisi kimi təqdim edən şəxs tərəfindən aldadılması ilə bağlı xəbərə münasibət bildirib.
DİN-in Mətbuat xidmətindən Sonxeber.az-a daxil olan məlumatda deyilir:
"Kanal13"ün "Yutub" sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim etmiş Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb.
DİN-in Mətbuat Xidməti olaraq bildiririk ki, hələ keçən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət etmişdilər. Dərhal məsələ araşdırılmış və təsdiqini tapmışdır. Odur ki, 25.11.2019-cu il tarixdə DİN BMCMİ-də Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. Bundan 2 gün sonra B.Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad RPŞ-yə müraciət edə bilərlər".
Qeyd edək ki, "Kanal13"ün "Yutub" sosial şəbəkəsindəki səhifəsində bildirilib ki, Qədirov Mirbaba adlı şəxs bir qrup Sabirabad sakinindən işə düzəltmə adı ilə pul alıb. "Şikayətçilər iddia edir ki, Qədirov Mirbaba Daxili İşlər nazirinin adından istifadə edərək bu pulları onlardan alıb. Zərərəçəkənlərin sözlərinə görə onlar bir neçə ay işlədikdən sonra maaşları ödənmir. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq", - deyə "Kanal 13" xəbər verib.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 3415 Tarix: 24 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasının 8 ili tamam olur
Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsi
24 yanvar 2020Bibiheybət yolu bu tarixdə açılacaq – RƏSMİ AÇIQLAMA
Bibiheybət yolunda tikinti-bərpa işlərinin may ayının sonuna qədər yekunlaşıdırlması nəzərdə tutulub.. . Bunu BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.. . O, bildirib ki, hazırda Bibiheybət yolunda tikinti-bərpa işləri davam etdirilir: "Fövqəlad
24 yanvar 2020Həyətindən uşaq oğurlandığı deyilən məktəblə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün sosial şəbəkələrdə və bəzi KİV-də uşaqları oğurlayan qadının peyda olması barədə xəbərlər yayılıb. İddia görə paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlə
24 yanvar 2020İsveçrə Senatının keçmiş prezidenti: "Azərbaycan sülhpərvər ölkədir"
"Azərbaycan qonşuları ilə yaxşı münasibətlər qura bilir". . . Bu fikirləri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "Report"a açıqlama verən İsveçrə Dövlətlər Şurasının (Senat) keçmiş prezidenti Filippo Lombrdi bildirib.. . O, Xəzər regionunun Davosd
24 yanvar 2020237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.. . . . Sonxeber.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 237 nəfər
24 yanvar 2020İstanbul aeroportunda koronavirus həyəcanı yaşanır
İstanbul aeroportunda Çindən birbaşa reyslə gələn sərnişinləri yeni virusla əlaqədar yoxlamadan keçiriblər.. . Sonxeber.az "Report"-a istinadən xəbər verir ki, İstanbul aeroportuna Çindən gələn 3 təyyarənin sərnişinləri koronavirusla əlaqədar termal kameralarla nəzarətdən keçirilib.. . Xatırlada
24 yanvar 2020Bakıda iyrənc mənzərə: Heyvanlar kəsilib, qanı yola axıdılır - VİDEO
Bakı şəhərində qanunsuz heyvan kəsimi hələ də davam edir.. . Bu barədə Oxu.Az-a Yasamal rayonu, Şərifzadə və Talıblı küçələrinin kəsişməsində, 3/8 ünvanında yaşayan sakinlər bildirib. . . Onların sözlərinə görə, heyvanlar küçədə kəsilir, qanı yola axıdılır. . . Sakinlər bildirib ki, məsələ barədə dəfələrl
24 yanvar 2020Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA
"Bakı-Quba-Rusiya yolunun 100 kilometr hissəsinin bu ilin may ayının sonuna qədər inşaasının yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində tamamlanması nəzərdə tutulub".. . Bunu BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib. . Onu
24 yanvar 2020