Ermənistan ordusu - özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyi - ŞƏRH

Ermənistan ordusu - özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyi - ŞƏRHDavit Tonoyanın Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etdiyi dövrdə hərbi hissələrdə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayının durmadan artması müşahidə olunur. Köhnə rejim tərəfindən əsası qoyulan bu ənənə, yəni "dedovşina" bu gün də davam edir. Bu da düşmən ordusunda intihar və özünəqəsd hallarının getdikcə çoxalmasına gətirib çıxarır.

Ermənistanın baş naziri Nikol Paşinyanla "Qarabağ" klanı arasında getdikcə dərinləşən qarşıdurma erməni ordusunu tamamilə məhvə sürükləyir. Yanvarın 24-də düşmən tərəfindən işğal altında olan ərazilərimizdə erməni əsgərlər arasında baş vermiş silahlı qarşıdurma əminliklə, demək olar ki, sonuncu olmayacaq.

Son vaxtlar Ermənistan ordusunda əsgərlərin bir-birini odlu silahla qətlə yetirməsi halları tez-tez baş verir. Bütün bunlar xalqdan gizlədilir, ölənlərin və intihar edənlərin sayı barədə dəqiq məlumat verilmir. Xüsusilə də Ermənistan Müdafiə Nazirliyi əsgərlər arasında baş vermiş silahlı qarşıdurmanı qəza hadisəsi kimi təqdim edərək don geyindirməyə çalışır. Həmçinin əsgərlərdən birinin digərinə atəş açması nəticəsində baş verən ölüm və ağır yaralanma hallarını ört-basdır etməyə çalışan Ermənistan Müdafiə Nazirliyi bütün bunların, əsgər ölümünün guya atəşkəsin pozulması nəticəsində baş verdiyi barədə məlumat yayaraq ictimaiyyəti aldadır. Bütün bunlar Ermənistan ordusundakı intizamsızlıq və özbaşınalıqdan xəbər verir.

Düşmən ordusunda baş verən ölüm hallarına görə bu vaxta qədər heç kəs cəzalandırılmayıb. Eyni zamanda bunun kökündə işğalçı ölkənin ordusunda əsgər-komandir inamsızlığı, etimadsızlığı və nizamnamədənkənar halların baş verməsi, əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən qul kimi işlədilməsi dayanır. Ona görə də Ermənistanda yerli əhali övladlarını kütləvi surətdə hərbi xidmətdən yayındırmağa çalışır. Valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alçaldılması və döyülməsi faktları təşkil edir. Bu səbəbdən də valideynlər bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırır, müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Statistik məlumatlar da təsdiqləyir ki, son illər ölkəni tərk edənlər arasında gənclər çoxluq təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdən açıq şəkildə imtina edir.

Davit Tonoyanın quruma rəhbərliyindən sonra Ermənistan ordusunda heç nə dəyişməyib. Əksinə, vəziyyət getdikcə pisləşib. Hətta gənc əsgərlərin özünəqəsd hallarının əksəriyyətini Davit Tonoyanın Müdafiə Nazirliyinə rəhbərliyindən sonra baş verdiyini qeyd etmək olar.

Ordudakı özbaşınalıq, müəmmalı əsgər ölümləri Ermənistanda ictimai-siyasi vəziyyəti getdikcə gərginləşdirir. Artıq işğalçı ölkədə etiraz aksiyaları baş qaldırır. Valideynlər bildirirlər ki, Paşinyan bu barədə dərindən düşünməli, orduda nizam-intizam yaratmalı, quldurluq hallarına son qoymalıdır. Bu isə mümkün deyil.

Son olaraq onu qeyd edək ki, bu ilin yanvar ayında artıq Ermənistan ordusunda 5 nəfər hərbçi ölüb, 10 nəfərədək hərbi qulluqçu isə yaralanıb. Bu statistik rəqəmlər bir daha Ermənistan ordusundakı acınacaqlı vəziyyəti üzü çıxarır.

Siyasi analitik Ehtiram Aşırlı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1687   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda icra başçısına yeni müavin təyin edildi

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev əmr imzalayıb. Əmrə əsasən, Gülxanım Orucova icra başçısının müavini təyin olunub. O, bu gün kollektiv

22 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Sabah yağış yağacaq, külək əsəcək

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərind

22 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib. Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.

22 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq

2022-2023-cü tədris ilində Azərbaycanda ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə 1548 nəfər məzun olub. APA-ya istinadən bildirir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Dövlət Turizm Agentliyini

22 aprel