"Breksitlə Avropa xaosa doğru addım atdı"-RƏY

"Breksitlə Avropa xaosa doğru addım atdı"-RƏYBöyük Britaniya kraliçası II Elizabet "Brexit" sazişini təsdiqləyib. Həmçinin Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi fövqəladə iclasda Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmağı haqqında razılaşmanı təsdiqləyib. Avropa Parlamentinin yanvarın 29-da plenar sessiyasında səsvermədən sonra proses yekunlaşacaq. Bundan əvvəl isə İngiltərə parlamentinin İcmalar Palatası və Lordlar Palatası da bu sazişi təsdiqləyib.
Bununla da yanvarın 31-də Britaniyanın Avropa İttifaqını tərk etməsi üçün bütün əngəllər aradan qalxıb. Baş nazir Conson isə bildirib ki, ölkəsi gələn həftə Aİ-ni tərk edəcək.

Mövzu ilə bağlı politoloq Mübariz Əhmədoğlu Sonxeber.az-a danışıb. O, bildirib ki, Avropa xaosa doğru ciddi bir addım atdı:
"Əlbəttə Avropanın bu addımının səbəbi Böyük Britaniyadır. Yəni Böyük Britaniya Avropa İttifaqından çıxmaqla həm özünü, həm də Avropa İttifaqını yalnız problemlər istiqamətinə sürüklədi. Başlanğıcda hər iki tərəfdə müəyyən iqtisadi çətinliklər olacaq. İqtisadi geriləməni həm Böyük Britaniya, həm də Avropa İttifaqı aradan qaldıra biləcək. Bu iqtisadi qeyri-müəyyənlik 4-5 ildən artıq davam etməyəcək. Amma daha böyük problem iki istiqamətdədir. Birincisi, Avropanın ümumi təhlükəsizliyi konteksindədir. Çünki hazırda ABŞ Avropa İttifaqının təhlükəsizliyinə lazımi qayğı göstərə bilmir. Yəni "Marşal" planı üzərində qurulan Avropa İttifaqı demək olar ki, yoxdur. Mümkündür ki, Tramp və Trampdan sonra gələn prezidentlər də Avropa məkanında yaranmış vəziyyətdən öz maraqları üçün istifadə etsinlər. Yəni Avropanı vahid olmağa qoymasınlar və belə olan halda mümkündür ki, Amerika Böyük Britaniyadan bütün Avropaya qarşı istifadə etsin. Təbii ki, bu halda Rusiyanın, Çinin xüsusilə Rusiyanın mövqeyi Avropada güclənə bilər. Ona görə də təhlükəsizlik sahəsində Avropanın özünün vahid güc mərkəzi olmaması, indiki dövrdə özünün çox ciddi zərərli təsirini göstərəcək. Avropa gözəl yerdir, gözəl məkandır amma bir şeyi unutmayaq ki, Avropa dünya müharibələrinin məkanıdır. Yəni bütün müharibələrinin əksəriyyəti məsələn, birinci, ikinci dünya müharibələri Avropadan qaynaqlanıb. Vahid təhlükəsizlik sistemi ilə bağlı belə geosiyasi manipulyasiyalar dünyanı çox çətin vəziyyətə sala bilər. İkinci istiqamət Avropanın özünün daxilində etnik münaqişələr, etnik mübahisələrin hətta qanlı toqquşmaya çevrilə bilməsidir. Hazırda Böyük Britaniya böyük imperiyadır. İrlandiya, Şotlandiya hər biri demək olar ki, bölünmüş vəziyyətdədir. Onların tərkib hissələrində Böyük Britaniyadan çıxmaqla bağlı məsələ indi də aktual olaraq qalır. Eyni zamanda Cəbəllütariq üzərində İspaniya ilə Böyük Britaniya arasında böyük bir müharibə başlaya bilər. İspaniya deyir ki, Cəbəllütariq mənimdir amma Böyük Britaniya isə mənim ərazimdir deyə iddia edir. Eləcə də vaxtı ilə Böyük Britaniya Argentinaya Folklend, Molven adaları üstündə ona görə qalib gələ bildi ki, arxasında bütün Avropa, ABŞ dayanmışdı. Argentina bu gün zəifdir amma sabah güclənib Folklend, Molven adalarını özünə qaytarmaq istəsə, Böyük Britaniya təkbaşına da olsa müharibəyə gedəcək. Amma istər-istəməz bu qitələr arası müharibəyə gətirib çıxara bilər. Ona görə mən elə başa düşürəm Breksitin Avropa İttifaqı tərəfindən təsdiqlənməsi yaxşı heç nə vəd vermir".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5011   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

"Brüssel görüşündən sonra Ermənsitan birmənalı olaraq kənar qüvvələrlə işbirliyi çərçivəsində sülh prosesindən yayınır" - Ekspert

Artıq neçə gündür ki Ermənistan atəşkəsi pozur. Atəşkəsin bu dərəcə tez tez pozulması Ermənistanın Aprelin 5-də keçirilmiş Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüssel görüşü ilə əlaqəsi ola bilərmiı? Proseslər bel

9 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel
.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel