"Azərbaycan balı baha olsa da, çox keyfiyyətlidir"- Ekspert rəyi

"Azərbaycan balı baha olsa da, çox keyfiyyətlidir"- Ekspert rəyiYanvarın 25-26-da Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.

Bu ilki konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları təlimlər keçəcək, master-klass proqramları təqdim edəcəklər.

Konfrans müddətində 20-dən çox firmanın yer alacağı sərgiyə Azərbaycan, Çin, Pakistan, Rusiya, Türkiyə və sair fərqli ölkələrdən olan istehsalçılar qatılacaq, hər biri öz məhsullarını bölgənin arıçısı ilə tanış edəcək.

Arıçılıq konfransının rəsmi hissəsi ilə yanaşı "bal yarışması", qala gecəsi, mükafatlandırma mərasimləri keçiriləcək.

Bəs Azərbaycan balı xüsusiyyətləri, növləri, yüksək ekoloji keyfiyyəti ilə digər ölkələrin balından necə fərqlənir?

Məsələ ilə bağlı Azərbaycan Arıçılar Assosiasiyasının Mətbuat Xidmətinin rəhbəri Elvin Bayramov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Azərbaycan balı dünya ölkələrinin balından öz qiymətinə görə fərqlənir:

"Bizim ölkənin balı bahalıdır. Eyni zamanda həm də çox keyfiyyətlidir. Çünki Azərbaycan günəşli ölkədir. Bu da məhsulun tərkibinə və dadına birbaşa təsir edir. Buna görə də Azərbaycan balının topdan satışı Avropa balının pərakəndə satışından bahadır. Həmçinin növlərinə görə də bizim ölkənin balı digər ölkələrdən fərqlənir. Belə ki, Azərbaycan balının növləri çoxdur. Buna misal olaraq qaratikan balını göstərə bilərik. Bu bitki demək olar ki , yalnız Azərbaycanda bitir. Bu bitkinin balı may ayının sonu iyun ayının əvvəlinə təsadüf edir. Olduqca dadlı bal olur. Bundan əlavə bian balı və dağ-çəmən balları da öz dadına görə fərqlənir.
Azərbaycanın fərqli iqlim tipləri var və həmin iqlimdə yerləşən meşə zolaqlarında yetişən çiçəklər və bitkilərdən çəkilən bal öz dadına, ətrinə, keyfiyyətinə görə bir-birindən fərqlənir.

Onu da qeyd edim ki, dünyanın bir çox ölkələrində zərərli həşəratlara qarşı pestisitlərdən istifadə olunur. Bu pestisidlər bitkilərin üzərinə yapışaraq çiçəklərin nektarına hopur və arıların keyfiyyətli məhsul istehsal etməsinə mane olur. Balın çirklənməsi baş verir. Bizim ölkədə bunlardan istifadə olunmadığına görə istehsal olunan bal ekoloji cəhətdən də olduqca keyfiyyətlidir.

Balın satış qiymətinə gəlincə onu deyə bilərəm ki, Bakı şəhərində bu məhsulun 1 kq-ın qiyməti 20-40 azn arasında dəyişir. Gələcəkdə arıçılıq çox inkişaf etsə, bu qiymət 17-35 azn arasında da dəyişə bilər".

Qeyd edək ki, 6 ildir ardıcıl keçirilən konfrans arıçılıq sahəsində Qafqazda keçirilən ən böyük konfransdır.

Lamiyə Məmmədova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5353   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel