Nemət Abbasov: "Petkim"in tətbiq etdiyi "Sənaye 4.0" texnologiyası olduqca keyfiyyətli və əlverişlidir"

Nemət Abbasov: "Petkim"in tətbiq etdiyi "Sənaye 4.0" texnologiyası olduqca keyfiyyətli və əlverişlidir"Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya kompleksi olan "Petkim" "Sənaye 4.0" texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil olub. "Sənaye 4.0" standartı sayəsində "Petkim" Dünya İqtisadi Forumunun (WEF) "Global Lighthouse Network"una seçilib. "Global Lighthouse Network" 2018-ci ildə təsis edilib və "gələcəyin fabrikləri" olaraq qəbul edilir, onun 44 üzvü var. "Petkim" "Global Lighthouse Network"ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.

Bəs "Sənaye 4.0" texnologiyaları nədir və hansı üstünlükləri var?

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-Texnologiya Fakültəsinin müəllimi Nemət Abbasov "APA-Economics"ə bildirib ki, "Sənaye 4.0" texnologiyası çox keyfiyyətli və əlverişli texnologiyadır.

Onun sözlərinə görə, iqtisadi və iş baxımından sərfəliliyinə görə bütün böyük şirkətlər "Sənaye 4.0" texnologiyasını tətbiq etmək niyyətindədirlər.

O qeyd edib ki, "Petkim" bu sistemi tətbiq etmək üçün böyük institutlarla və universitetlərlə əməkdaşlıq edib və nəticədə sistemi tətbiq edə bilib:

"Hətta "SOCAR Turkey Enerji" şirkətinin baş icraçı direktoru Zaur Qəhrəmanov da qeyd edib ki, şirkət ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə birgə bu layihəyə başlayıb və Türkiyənin böyük texniki universitetləri ilə əlaqədə olduqdan sonra sistemi tətbiq edib və müəyyən səviyyəyə çatıblar.

"Sənaye 4.0" sisteminin tətbiqi ilə hər şey kompüterləşdirilir və tam dəqiqliyi ilə tətbiq olunur. İnsan səhv edə bilər, ancaq kompüterdə bu cür səhvlər mində bir dəfə mümkündür. Çünki bunu super-kompüterlər həyata keçirir. İşin həcmi, enerjinin az istifadə olunması, keyfiyyətin artması baxımından "Sənaye 4.0" texnologiyaları çox müsbət səviyyədə tətbiq oluna biləcək texnologiyadır", - deyə N. Abbasov bildirib.

O xatırladıb ki, "Sənaye 4.0" texnologiyasının tətbiq edilməsi ilk dəfə Davos İqtisadi Forumunda qeyd edilib və ilk dəfə bu sistemi Davos Dünya İqtisadi Forumunun banisi və icraçı direktoru Klaus Şvab istifadə edib: "Əslində "Sənaye 4.0" texnologiyasının tətbiqi dördüncü sənaye inqilabı olaraq adlandırılır. Tarixə nəzər salsaq, bir neçə sənaye inqilabı baş verib. Hazırda da sənaye inqilabı texnologiya, kompüterlər, proqramlaşdırma üzrə rəqəmsal sahədə aparılır. "Sənaye 4.0" texnologiyaları da artıq dördüncü sənaye inqilabı adlandırıla bilər".

O qeyd edib ki, "Sənaye 4.0" texnologiyasını tətbiq edərkən istehsalın davamlılığı təmin edilir: "Bu sistemi tətbiq etdikdə istehsal 7/24, fasiləsiz davam edə bilər. Bu texnologiya tətbiq edildikdə istehsal həcmi artır. Təbii ki, "Sənaye 4.0" texnologiyası ilə keyfiyyət də arta bilir. İnsan müdaxiləsi olduqda keyfiyyəti insan yoxlamalıdır. Ancaq artıq "Sənaye 4.0" texnologiyasında kompüterlər tam dəqiqliyi ilə istehsalın keyfiyyətinin nə dərəcədə olduğunu bizə göstərir. Orada verilmiş keyfiyyət şkalası üzrə davamlı olaraq həmin keyfiyyətlə məhsul istehsal edilir. Burada ən əsası enerji cəhətidir ki, bu texnologiyalar sayəsində enerjiyə qənaət maksimum səviyyəyə çatır. Yəni minimum enerji istifadə olunur. Çünki bu gün dünyada hər şey enerji üzərində qurulub və enerji əsas vacib şərtdir. Yəni enerjini nə qədər az istifadə ediriksə və enerjiyə nə qədər az vəsait xərclənirsə, iqtisadi cəhətdən o qədər də gəlir əldə etmiş oluruq. Bu cəhətdən "Sənaye 4.0" texnologiyası çox keyfiyyətli və əlverişli texnologiyadır", - deyə N. Abbasov əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5720   Tarix: 24 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart